Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1102/2024 19.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, Ərizəçi, onun vəkili X3 və Maraqlı şəxs müdiri X1 iştirakları ilə Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı anası Gədəbəy rayonu, Söyüdlü kənd sakini 1925-ci il təvəllüdlü X10 və 1928-ci ildə doğulmuş X2 doğma bacı olmaları, yəni, qohumluq münasibtində olmaları faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, X10 anası, X8 isə xalası olmuşlar. Anası ərə getdikdən sonra Zeynalova soyadını qəbuıl etmişdir. Onlar hər ikisi vəfat etmişlər. Xalasından Gədəbəy rayonu, Söyüdlü kəndində 0.29 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Mirası faktiki olaraq qəbul etmədiyi halda, dayısı Müseyibin qızı X9 məhkəmə qaydasında qəbul etmişdir. O, bu barədə ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra bilmişdir. O, xalasından miras qalmış əmlakdan miras payını almaq istəyir. Lakin anası və xalasının doğumları qeydə alınmadıqları üçün vərəsə olmasını müəyyən etmək mümkün olmamışdır. Ona görə də ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs müdiri X5 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, ərizəçinin anasının və X2 doğum qeydləri aşkar edilmədiyi üçün ərziəçiyə imtina edilmişdir. Ərizənin təmin edilməsini məhkəməinin mülahizəsinə buraxır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X11 ifadə verərək bildirmişdir ki, ərizəçi onun qonşusudur. Onun anası Güllü olmuş, Hava isə Güllünün bacısı olmuşdur. Onlar Gədəbəy rayonu, Söyüdlü kəndində yaşamışlar. Onların valideynləri Cabbar və Telli olmuşlar. Ərizəçinin anası ərə getdikdən sonra Zeynalova soyadını qəbul etmişdir. Məhkəmə iclasında şahidlər X4 və X6 eyniməzmunlu ifadələr vermişlər. İşdə olan Döğum haqqında Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Nasib oğlu xx xxxxx 1957-ci il tarixdə doğulmuş, atası X14, anası X10 olmuşdur. İşdə olan Arayışdan görünür ki,X14 və X7 03 fevral 1072-ci il tarixdə nikah bağlamışlar. İşdə olan Arayışdan görünür ki, X10 04 iuin 2002-ci il tarixdə ölmüşdür. İşdə olan Arayışın surətindən görünür ki, X8 30 mart 2005-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması ilə 1925-ci ildə doğulmuş X10 və 1928-ci ildə doğulmuş X2 doğma bacı olmaları faktı sübut edilmişdir.Həmin faktın müəyyən edilməsi ərizəçinin vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə əlaqədar hüquqi əhəmiyyətlidir və ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir.Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i : Ərizə təmin edilsin. 1925-ci ildə doğulmuş X10 və 1928-ci ildə doğulmuş X2 doğma bacı olmaları, yəni, onların qohumluq münasibətində olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-1102/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1102/2024
19.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver