Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-112/2023 15.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs1nə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs1nə qarşı 194*-cı il tarixdə Gədəbəy rayonu, Tikdaş kəndində doğulmuş və 1*.*2.2*15-ci il tarixdə vəfat etmiş X1 onların bacısı olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni onunla əsaslandırmışlar ki, onlar Gədəbəy rayonu, Tikdaş kəndində doğulmuşlar. Digər bacıları X4 194*-cı il tarixdə Gədəbəy rayonu, Tikdaş kəndində doğulmuş, 1*.*2.2*15-ci il tarixdə vəfat etmişdir. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 11 saylı qərarı ilə Gədəbəy rayonunun Tikdaş kəndində 2497.74 kv.m həyətyanı torpaq sahəsi mərhum bacıları X1 mülkiyyətində olmuşdur. Onlar hazırda həmin torpaq sahəsində yerləşən evdə qeydiyyatdadır və yaşayırlar. Onlar hazırda X1 mülkiyyətində olan torpaq sahəsinə vərəsəlik şəhadətnaməsi almaq istələr də aralarında qohumluq münasibətləri aşkar edilmədiyi üçün onlara vərəsəlik şəhadətnaməsi verilməmişdir. Onlar Maraqlı şəxs1nə müraciət etmiş, onlara imtina məktubu verilmişdir. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə verərək, işə onların iştirakı olmadan baxılmasını, şahidlərin məhkmə iclasında dindirilməsini və ərizənin təmin edilməsini xahiş etmişlər. Maraqlı şəxslər Maraqlı şəxs2nə və Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələrini məhkəmə iclasına göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 1*6.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X7 ifadə verərək, bildirmişdir ki, ərizəçilər onun yaxın qohumlarıdır. Ərizəçilərin ataları Eyyub olmuşdur. X4 ərizəçilərin bacısıdır və o 1*.*2.2*15-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X6 və X5 eyniməzmunlu ifadələr vermişlər. İşdə olan X2 görünür ki, X4 1*.*2.2*15-ci il tarixdə vəfat etmişdir. İşdə olan Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 11 saylı qərarı ilə X3 Gədəbəy rayonunun Tikdaş kəndində 2497.74 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Maraqlı şəxs1 tərəfindən verilmiş məktubdan görünür ki, ərizəçilərə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şahid ifadələrini və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 3*7.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması ilə 194*-cı il tarixdə Gədəbəy rayonu, Tikdaş kəndində doğulmuş və 1*.*2.2*15-ci il tarixdə vəfat etmiş X1 Ərizəçi1 və Ərizəçi2 ilə qohumluq münasibətində olması, yəni, X1 ərizəçilərin bacısı olması faktı sübut edilmişdir. Həmin faktın müəyyən edilməsi ərizəçilərin mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar hüquqi əhəmiyyətlidir və ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. 194*-cı il tarixdə Gədəbəy rayonu, Tikdaş kəndində doğulmuş və 1*.*2.2*15-ci il tarixdə vəfat etmiş X1 Ərizəçi1 və Ərizəçi2 bacısı olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-112/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-112/2023
15.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver