Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1122/2023 07.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısına qarşı hüquqi əhəmiyyəti olan digər faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısına qarşı 05 dekabr 1950-ci ildə Gədəbəy rayonunda doğulmuş anası X2 onun yanında yaşaması hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə etmiş, izahat verərək bildirmişdir ki, X4 ərzəçinin anasıdır. X4 05 dekabr 1950-ci ildə Gədəbəy rayonu, Arıqıran kəndində doğulmuşdur. Atlas Məmmədova hazırda Gədəbəy rayonu, Arıqıran kəndində ərizəçinin yanında yaşayır. Ərizəçi hərbiçi olduğundan onunla yaşayan ailə üzvlərinin sayı nəzərə alınmaqla ona bir sıra imtiyaz və güzəştlər verilməsi nzərdə tutulmuşdur. Atlas Məmmədovanın həqiqətən ərizçi ilə eyni ünvanda yaşamasını təsdiq edən hüquqi əhəmiyyət daşıyan sənəd lazımdır ki, ərizəçi həmin sənədlə bir sıra hüquqlarımı həyata keçirsin. Lakin belə bir sənədin əldə edilməsi üçün qanunvericlikdə hər hansı qayda nəzərdə tutulmamışdır. Ona görə də ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısına məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X1 təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi atası qrafasında X3, anası qrafasında X4 qeyd edilmişdir. İşdə olan ərizəçiyə aid Şəxsiyyət Vəsiqəsinin surətindən və yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 1974-cü il tarixdə doğulmuşdur və hazırda Gədəbəy rayonunun Arıqıran kəndində qeydiyyatdadır. İşdə olan AZE № 02107322 seriyalı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X4 05 dekabr 1950-ci ildə Gədəbəy rayonu, Arıqıran kəndində doğulmuşdur və hazırda həmin kənddə qeydiyyatdadır. İşdə olan DƏDRX tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Arıqıran kəndində Ərizəçi xüsusi mülkiyyətində fərdi yaşayış evi və torpaq sahəsi vardır. İşdə olan Evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 və X4 xx.xx.1970-ci ildə nikahlarını bağlamışlar. İşdə olan Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3xx.xx.2015-ci ildə ölümşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Ərizəçi hazırda Gədəbəy rayonunun Arıqıran kəndində qeydiyyatdadır. Ərizəçinin anası X4 05 dekabr 1950-ci ildə Gədəbəy rayonu, Arıqıran kəndində doğulmuşdur və hazırda həmin kənddə qeydiyyatda olmaqla ərizəçi ilə eyni ünvdanda yaşayır. Yəni, ərizəçi ilə anası Atlas Məmmədovanın eyni ünvanda birlikdə yaşamaları faktı sübut edilmişdir. Həmin faktın müəyyən edilməsi Ərizəçi hərbi xidmətlə əlaqədar bir sıra hüquqlarının həyata keçirilməsi üçün hüquqi əhəmiyyət daşıyır. Ərizəçi həmin sənədi başqa qaydada ala bilməz. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 339, 341, 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə anası X2 Gədəbəy rayonu, Arıqıran kəndində eyni ünvanda yaşaması hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-1122/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1122/2023
07.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver