Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1130/2024 14.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinə payların müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayon X2 xx.xx.1999-cu il tarixli, 09 nömrəli qərarı ilə verilmiş, JN-484 KOD 50500038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında X1, Cavabdeh1, Cavabdeh3, Abbasova (İsmayılova) Yeganə Adil qızının, Nəsibova (İsmayılova) Minayə Baba qızının və Tağıyeva (İsmayılova) Könül İlqar qızının ümumi birgə mülkiyyətinə verilmiş 2.82 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsindən iddiaçılar - Nəsibova (İsmayılova) Minayə Baba qızının və Tağıyeva (İsmayılova) Könül İlqar qızının hər birinin 1/6 hissə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçı2 iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 09 nömrəli qərarı ilə Gədəbəy rayonu Novosaratovka kəndində X1, Cavabdeh1, Cavabdeh3, Abbasova (İsmayılıova) Yeganə Adil qızının, Nəsibova (İsmayılova) Minayə Baba qızının və Tağıyeva (İsmayılova) Könül İlqar qızının ümumi birgə mülkiyyətinə 2.82 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-484 KOD 50500038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Hal-hazırda ümumi birgə mülkiyyətə olan həmin torpaq sahəsindən onlara düşən payların müəyyən edilməsini istəyirlər. Torpaq sahəsi 6 nəfərin ümumi birgə mülkiyyətinə verildiyindən hesab edirlər ki, onların hər birinin həmin torpaq sahəsindən 1/6 hissə payları müəyyən edilməlidir. Lakin bununla bağlı cavabdehlərlə razılığa gələ bilmirlər. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan “Torpağa mülkiyyət hüququna dair” JN-484 Kod 50500038 saylı Dövlət aktının surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1999-cu il tarixli, 09 nömrəli qərarı ilə X3 və onun ailə üzvləri - Cavabdeh1, Cavabdeh3, Abbasova (İsmayılova) Yeganə Adil qızına, Nəsibova (İsmayılova) Minayə Baba qızına və Tağıyeva (İsmayılova) Könül İlqar qızına 2.82 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Yuxarıda qeyd olunanlardan da məlum olur ki, mülkiyyət hüququ konstitusion hüquqdur və bu hüququn təmin olunmasına ali qanunla da təminat vermişdir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Əgər bu hüququn subyekti birdən artıq olduqda əmlak üzərində ümumi mülkiyyət hüququ yaranır ki, bunun da növləri birgə və paylı mülkiyyətdən ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsin 213-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Hazırki iş üzrə daşınmaz əmlak üzrə payın müəyyən edilməsi bağlı tərəflər arasında razılaşma olmaması müəyyən edildiyindən qanunvericiliyin sonuncu qeyd edilən normasını, yəni ümumi mülkiyyətdə olan əmlak üzrə iştirakçıların paylarının bərabərliyi prezumsiyasını rəhbər tutan məhkəmə qeyd edir ki, həmin torpaq sahəsi 6 nəfərin ümumi mülkiyyətinə verildiyindən, onların mübahisəli torpaq sahəsi üzərində payları bərabər olmaqla, hər birinə bərabər bir pay təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin olunduğundan iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilsin. Gədəbəy rayon X2 xx.xx.1999-cu il tarixli, 09 nömrəli qərarı ilə verilmiş, JN-484 KOD 50500038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında X1, Cavabdeh1, Cavabdeh3, Abbasova (İsmayılova) Yeganə Adil qızının, Nəsibova (İsmayılova) Minayə Baba qızının və Tağıyeva (İsmayılova) Könül İlqar qızının ümumi birgə mülkiyyətinə verilmiş 2.82 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsindən iddiaçılar - Nəsibova (İsmayılova) Minayə Baba qızının və Tağıyeva (İsmayılova) Könül İlqar qızının hər birinin 1/6 hissədə payları müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1130/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1130/2024
14.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver