Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1134/2021 30.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək onun 12.02.1961-ci il tarixdə doğum faktının müəyyən edilməklə, atasının X13 anasının isə X4 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək göstərdi ki, O, XX.XX.1961-ci il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində anadan olmuşdur. Valideyinləri savadsız olduğuna görə ona doğum haqqında şəhadətnamə alınmamışdır. Hal-hazırda ona doğum haqqında şəhadətnamə lazımdır. O, yeni doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də ona qeydiyyat orqanı tərəfindən 23.09.2021-ci il tarixdə 05/13-490 saylı imtina məktubu verilmiş və məktubda qeyd edilmişdir ki, xx.xx.1961-ci il tarixdən 23.09.2001-ci il tarixə olan dövr ərzində onun ilkin doğum akt qeydi aşkar edilməmişdir. O, yeni doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. O, pensiya yaşının çatması ilə bağlı onun doğum faktım müəyyən edilməlidir. Ona görə doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun 12.02.1961-ci il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində anadan olması faktının qeyd edilməklə ona yeni doğum haqqında şəhadətnamənin verilməsini, veriləcək doğum haqqında şəhadətnamədə ata qrafasında ata adının X13, ana qrafasında isə X2 qeyd edilməsinə dair qətnamə çıxarılmasını istəyir. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında bildirdi ki, o, 05.04.1948-ci ildə anadan olmuş, hazırda Gədəbəy rayonu, Qumlu kəndində yaşayır. Ərizəçi onun həm bibisi qızı, həm də qonşusudur. Ərizəçi 12 fevral 1961-ci il tarixdə anadan olmuşdur. Onun atası X13, anası X4 olmuşdur. Ərizəçinin anası və atası vəfat etmişdir. X3 məhkəmə iclasında X1 ilə eyni məzmunlu izahat verərək, ərizəçinin 12 fevral 1961-ci il tarixdə anadan olduğunu, atasının X13, anasının X4 olduğunu təsdiq etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 23.09.2021-ci il tarixli, 2101 saylı arayışdan görünür ki, Ərizəçi şəhər İƏD üzrə nümayəndəliyinin 10 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 68-ci səhifəsində qeyd edilmişdir. İşdə olan akt qeydləri kitabından çıxarışdan görünür ki, X13 ilə X6 nikahlarını 13.06.1985-ci il tarixdə bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Ələsgərov, arvada Ələsgərova soyadı verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş arayışlardan görünür ki, X13 25.05.1990-cı il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində, X4 isə 15.06.2013-cü il tarixdə Gədəbəy rayonunda ölmüşlər. İşdə olan Maraqlı şəxs tərəfindən vətəndaş Ərizəçi ərizəsinə cavab olaraq verilmiş 23 sentyabr 2021-ci il tarixli, 05/13-490 saylı məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsinə və ona dəyişikliklər edilməsinə kifayət qədər əsaslar verən sənədlər olmadığından doğum akt qeydinin bərpasına dair ərizə qeydiyyat orqanında təmin edilməsi mümkün olmamışdır. Yoxlama doğum akt qeydi xx.xx.1961-ci ildən, 23.09.2021-ci ilədək axtarılmışdır. İşdə olan səkkizillik təhsil haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi Gədəbəy rayonu, Qumlu kənd səkkizillik məktəbdə oxumuş və məktəbi 1976-cı ildə bitirmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi Gədəbəy rayonu, Qumlu kəndində anadan olmuşdur. Lakin ona doğum haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin 12.02.1961-ci ildə doğulması, ərizəçinin atasının X13, anasının X4 olması iş materiallarında olan sübutlar, ərizəçinin izahahtı və şahid ifadələri ilə öz təsdiqini tapır. Onun doğum faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. Odur ki, ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360, 362-ci maddələrini rəhbər tutaraq, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi 12.02.1961-ci il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Maraqlı şəxsnə həvalə edilsin ki, Ərizəçi veriləcək doğum haqqında şəhadətnamədə onun doğum tarixi kimi 12.02.1961-ci il, özünün adı, soyadı və ata adı qrafasında – Ərizəçi, atası qrafasında – X13, anası qrafasında – X4 qeyd edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1134/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1134/2021
30.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver