Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-115/2024 16.01.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qızına qarşı istifadə hüququnun olmaması tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan, Gədəbəy şəhəri, Qumlu Yaşayış massivi (Yeni qaydalarda: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının olmamasına dair qətnamə çıxarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, onun Gədəbəy şəhəri, Qumlu yaşayış massivində fərdi yaşayış evi vardır. Ev 1993-cü ildə tikilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi 0.05 ha torpaq sahəsinə dair çıxarış vardır. Evə dair çıxarış olmasa da, Gədəbəy RİHB-nın Şəhər İƏD üzrə Nümayəndəliyində adına həmin evə dair təsərrüfat açılmışdır. Cavabdeh onun bacısı oğludur. Valideynləri vəfat etdiyinə görə cavabdehə qəyyum təyin edilmiş, onu saxlamış, o, evə qeydiyyata alınmışdır. Cavabdeh hazırda onun evində yaşamasa da, formal olaraq onun evində və təsərrüfatında qeydiyyatdadır. Bu da ona hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Ona görə də Cavabdeh ona məxsus fərdi yaşayış evindən istifadə hüquqlarının olmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə baxış iclasında iddiaçı ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasında iddiaçının iddia tələbinə dair etiraz etmiş, izahat verərək bildirmişdir ki, İddiaçı onun xalasıdır. Valideynləri vəfat etdikdən sonra iddiaçı onun qəyyumu olmuş, o, uzun müddət iddiaçıya məxsus Gədəbəy şəhəri, Qumlu yaşayış massivində yerləşən evdə yaşamış və həmin evdə qeydiyyatdadır. Fərdi yaşayış evinin yanında olan torpaq sahəsi satılandan sonra onların aralarında narazılıqlar baş vermiş və o, evdən çıxmaq məcburiyyətində qalmışdır. O,həmin evdən qeydiyyatdan çıxarılmasına razı deyildir. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən göürnür ki, Orucova X3 rayonu, Qumlu kəndində qeydiyyatdadır. İşdə olan Çıxarışdan görünür ki, Gədəbəy şəhəri, H.Aslanov küçəsi, ev 17 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi tam olaraq İddiaçı mülkiyyətindədir. İşdə olan Gədəbəy RİHB-nın Gədəbəy Şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Arayışdan görünür ki, İddiaçı Gədəbəy şəhəri, H.Aslanov küçəsi, ev 17 ünvanında yerləşən 0.05 ha torpaq sahəsində fərdi yaşayış evi vardır. İşdə olan Gədəbəy RİHB-nın Gədəbəy Şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş Arayışdan görünür ki, Orucova X3 RİHB-nın Gədəbəy Şəhər İƏD üzrə Nümayəndəliyinin 2023-2027-ci illər üçün 10 nömrəli ev təsərrüfatının uçotu kitabının 30cu səhifəsində 888 nömrəli şəxsi hesabına əsasən qeyd edilmiş və onun aşağıdakı ailə tərkibi vardır: özü və Cavabdeh İşdə olan Azərbaycan Respublikası DİN-i tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı ilə X1 rayonu, Qumlu kəndində qeydiyyatdadırlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və cavabdehin izahatlarını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məcəllənin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Qumlu Yaşayış massivində yerləşən torpaq sahəsi iddiaçının mülkiyyətində olsa da, yaşayış sahəsinə mülkiyyət hüququ qeydə alınmamışdır. Yəni, iddiaçı və cavabdeh nəzəri olaraq, evə sahiblik və istifadə etməklə əlaqədar eyni statusa malikdirlər. Cavabdehin hazırda faktiki olaraq evdə yaşamaması onun evdən istifadə hüququnun olmaması kimi qiymətləndirilməsi və ya onun istifadə hüququna xitam verilməsi üçün əsas ola bilməz. Ona görə də, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Məhkəmə yuxarıda göstəriləələri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-115/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-115/2024
16.01.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver