Məhkəmə qərarları › İş №2(042)-1156/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1156/2023

15.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1156/2023 15.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı istifadə hüququnun verilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı Cavabdeh məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2942 A ünvanında yerləşən 18 saylı binanın 28-ci mənzilinə istifadə hüququnuun tanınması və azyaşlı övladı ilə birlikdə həmin mənzilə köçürülməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, cavabdehin oğlu X4 ilə onun Bakı şəhərində 2018-ci ilin iyun ayının 23-də qeyri-rəsmi ailə qurmuşdur. 08 avqust 2018-ci ildə X4 ilə Rusiya Federasiyasının Moskva şəhərində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X1 doğulmuşdur. O, X4 ilə ailə qurduqdan sonra, yəni, 2018-ci ildə onun atası Cavabdeh məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2942 A ünvanında yerləşən 18 saylı binanın 28-ci mənzilinə gəlin köçmüşdür. Mənzilin həqiqətən cavabdehə məxsus olmasını təsdiq etmək üçün binanı inşa edən Folklor MTK tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışı ərizəyə əlavə edir. Rusiyaya getməzdən əvvəl ona məxsus olan cehiz əşyaları həmin mənzilə yığılmışdır. Toylarından sonra Rusiya Federasiyasına getsə də, bir müddət sonra Azərbaycana qayıtmış və həmin mənzildə yaşamağa başlamışdır. Cavabdeh həmin mənzildə yaşamamış, həmin mənzildə yalnız o, yaşamışdır. 19 oktyabr 2020-ci il tarixdə X4 ilə aralarında olan nikah Rusiyada pozulmuşdur. Bununla da Həsənlə və onun valideynləri ilə ailə münasibətlərinə xitam verilmişdir. Hazırda Bakı şəhərində kirayə tutduğu mənzildə yaşayır.Gədəbəy rayonu, Novoivanovka kəndində isə valideynlərinin evi yerləşir. Maddi vəziyyəti pisdir. Cavabdehin oğlu ilə nikah münasibətlərinə xitam verdikdən sonra onun xahişi ilə övladı Sofiyanı onun yanına göndərmişdir. O, hazırda atasının himayəsindədir. Övladının atasından alınıb ona verilməsini istəyir. Bunun üçün onun yaşayış yeri olmalıdır. Ona görə də Cavabdeh məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2942 A ünvanında yerləşən 18 saylı binanın 28-ci mənzilinə istifadə hüququ tanınmaqla azyaşlı övladı ilə birlikdə həmin mənzilə köçürülmək istəyir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə baxış iclasında iddiaçının izahatı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən göürnür ki, İddiaçı Gədəbəy rayonu, Novoivanovka kəndində qeydiyyatdadır. İşdə olan A-01588 nömrəli nikah haqqında arayışın surətindən göürnür ki, X4 və İddiaçı 08 avqust 2018-ci ildə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Hümbətova soyadı verilmişdir. İşdə olan Xİİ-МЮ 878750 seriyalı doğum haqqında şəhadətnamənin surətindən göürnür ki, X3 30 may 2019-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuş, atası qrafasında X4, anası qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan Moskva şəhəri Kuntsevo rayonu 199 saylı məhkəmə sahəsinin xx.xx.2020ci il tarixli qərarının surətindən görünür ki, X4 və İddiaçı arasında 08 avqust 2018-ci ildə Moskva VVAQ İdarəsinin Kutuzov VVAQ şöbəsi tərəfindən bağlanılan nikah pozulmuşdur. İşdə olan Folklor MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, i-039 nömrəli arayışdan göürnür ki, Cavabdeh Folklor MTK-nin Xətai rayonu Gəncə prospekti 2942 A ünvanında inşa etdiyi hündürmərtəbəli 18 saylı yaşayış binasının 28-ci mənzilini alaraq payçı olmuşdur. Bina 2020-ci ilin mart ayında 344 saylı icazə aktına əsasən dövlət qurumları tərəfindən istismara qəbul edilmişdir. Həmin mənzil Cavabdeh adına rəsmiləşdirilərək sənədləri Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti idarəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı Hümbətova X2 Həsən Aydın oğlu ilə 08 avqust 2018-ci ildə nikaha daxil olmuşdur. Cavabdeh iddiaçının qaynatasıdır. İddiaçı ilə əri Həsən Abdullayev, eləcə də cavabdeh arasında ailə münasibətləri 2018-ci ildə yaranmışdır. İddiaçı ilə X4 arasında olan nikah 19 oktyabr 2020ci ildə pozulmuş, iddiaçı ilə cavabdeh arasında ailə münasibətlərinə xitam verilmişdir. Yəni, mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə əsasən tənzimlənməli, iddiaçı ilə cavabdeh arasında ailə münasibətlərinə xitam verildiyi üçün keçmiş ailə üzvü kimi, onun həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmamalıdır. Məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə məxsus yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması üçün də əsaslar müəyyən edilməmiş, iddiaçının Gədəbəy rayonu, Novoivanovka kəndində valideynlərinin yaşayış yerinin olduğu müəyyən edilmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Məhkəmə yuxarıda göstəriləələri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar