Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1171/2022 19.12.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X16 oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən, ümumi sahəsi 117.20 kv.m olan fərdi yaşayış evindən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh qardaşı X1 həyat yoldaşıdır. X25 2009-cu ildə Cavabdeh ilə qeyri-rəsmi ailə qurub evlənmiş, rəsmi nikaha sonradan daxil olmuşlar. Cavabdeh qardaşı ilə evləndikdən sonra Miskinli kəndində yerləşən ata evlərinə gəlin köçmüşdür. X3 və X19 adında iki övladı olmuşdur. Təxminən, bir ilə yaxın Cavabdeh gəlin köçdüyü evdə yaşamışdır. Sonradan bacılarının uşaqları ata yurduna gəlib-getdikcə Cavabdeh buna narazılıq etmiş, qardaşının ailəsinin dağılmaması üçün müvəqqəti olaraq onların ona məxsus olan, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən öz evində yaşamalarına razılıq vermişdir. O, həmin evin yerləşdiyi torpaq sahəsini faktiki olaraq 20 avqust 2000-ci ildə Miskinli kənd sakini X4 almışdır. Bunu iddia ərizənə əlavə etdiyi kənd sakinləri tərəfindən verilmiş notarial ərizə ilə təsdiq edir. Yəni 2000-ci ildən sözügedən torpaq sahəsinə sahibliyi və nəzarəti o həyata keçirmişdir. İmkanı olmadığından torpaq sahəsini vaxtında adına sənədələşdirmə bilməmişdir. 2004-cü ildə o həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Torpaq sahəsinin sənədi İlham Abdullayevin adına olduğu üçün ev də onun adına qeyd edilmişdir. Yalnız xx.xx.2022-ci il tarixdə evi və torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində adına qeydə aldırmışdır və bu barədə ona DƏDRX tərəfindən **********570-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli elektron çıxarış verilmişdir. X25 təxminən 2 ay olar ki, Cavabdeh ayrılmışdır. Onların məhkəmədə boşanma işi olmuş, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X11 və Cavabdeh arasında olan nikah pozulmuş və ailə münasibətlərinə xitam verilmişdir. Buna baxmayaraq hal-hazırda Cavabdeh uşaqları ilə birlikdə mülkiyyət hüququ ilə ona məxsus olan evdən qanunsuz olaraq çıxmır. Belə ki, onun həmin evdən heç bir istifadə hüququ yaranmamışdır. O, sadəcə qardaşının ailəsinin dağılmamasına görə evində onlara müvəqqəti olaraq yaşamaq icazəsi vermişdir. Hazırda isə Cavabdeh qardaşı ilə ailə münasibətlərinə xitam verilməsinə baxmayaraq cavabdeh onun evindən çıxmır. Cavabdeh vaxtilə onların ata evlərinə gəlin köçmüşdür. Onun sığınacaq hüququnun təmin edilməsi üçün ata yurdları olan, hazırda anası Tamam Nağıyevaya məxsus olan, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən kürsülü olmaqla birmərtəbəli, iki otaq və 1 şüşəbənddən ibarət fərdi yaşayış evində yaşamasına etiraz etmirlər. X25 də hal-hazırda anasına məxsus həmin evdə yaşayır. Bu barədə Gədəbəy RİH əməkdaşları tərəfindən tərtib edilmiş müayinə aktını ərizəsinə etmişdir. Ona görə də, ona məxsus olan, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh çıxarılmasını istəyir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında İddiaçı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Gədəbəy rayon Məhkəməsində ona qarşı “əmlakdan çıxarılma” tələbi barədə iddia ərizəsi ilə müraciət etmişdir. O, həmin iddia ilə razı deyil və rədd edilməsini istəyir. Belə ki, o iddiaçının qardaşı X11 2009-cu ildə faktiki olaraq ailə qurmuş, nikahlarını 2013-cü ildə rəsmiləşdirmişlər. Gəlin köçdüyü gün, 2009-cu ilin aprel ayının 13-də Gədəbəy rayonu, Miskinli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Elçilik vaxtı da ona bildirilmişdir ki, ev həyat yoldaşı Natiq Nağıyevə məxsusdur. O, həmin evə gəlin köçdükdə ev 4 divaradan ibarət uçuq bir dam olmuşdur. O və həyat yoldaşı birləşib onun əmək haqqı ilə həmin evdə hamam, çardaq, dam örtüyü yeni otaqlar tikdirmişlər. Cavabdehlə nikahları məhkəmə qaydasında pozulduqdan sonra, onlara məxsus evi saxta yollarla xx.xx.2022-ci ildə qaynı İddiaçı adına çıxarış alınmışdır. Onun cehiz əşyaları həmin evə gedib və hal-hazırda həmin evdədir və o, həmin evdə yaşayır. Miskinli kənd tam orta məktəbində müəllim işləyir. İddiaçı isə iddia ərizəsində onun yaşayış ünvanını ünvan 1nun Natiq Nağıyevlə birgə nikah dövründə əldə etdiyi əmlakdır. O, həmin evin başa gəlib ev olması üçün canından keçib işləyib əmək haqqı ilə düzəltdirmişdir. Onun və uşaqlarının həmin evdən yaşamaq və istifadə hüququ var. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 2009-cu ildə Cavabdeh ilə qeyri-rəsmi ailə quraraq evlənmiş, nikahları xx.xx.2013-cü il tarixdə Gədəbəy rayonu, Miskinli kənd İƏDüzrə nümayəndəliyi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövrdə onların xx.xx.2010-cu il təvəllüdlü X21 və xx.xx.2015-ci il təvəllüdlü X19 adında iki övladları olmuşdur. O, cavabdehlə ailə qurduqdan sonra cavabdeh onun hazırda yaşadığı anasına məxsus fərdi yaşayış evinə gəlin köçmüşdür. Lakin, daha sonra evdə baş vermiş narazılıqlara görə onlar qardaşı İddiaçı məxsus fərdi yaşayış evinə müvəqqəti olaraq köçməli olmuşdur. Daha sonra onlar aralarında baş vermiş narazılığa görə ayrılmışlar və Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Hazırda Cavabdeh qardaşına məxsus fərdi yaşayış evində yaşayır. O, isə anasına məxsus fərdi yaşayış evində yaşayır. Onlar qardaşının evinə köçərkən niyyətləri müvəqqəti olaraq yaşamaq olmuşdur. Cavabdehin həmin evə heç bir istifadə hüququ yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı 14065601 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 rayonu, Rüstəm Əliyev (indiki Miskinli) kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy rayonu, Miskinli kənd sakinləri X12, X17 və X9 tərəfindən notarial qaydada verilmiş ərizənin surətindən görünür ki, Miskinli kənd sakini X13 özünə aid olan 1999.36 kv/m həyətyanı torpaq sahəsini 20 avqust 2000-ci il tarixdə Miskinli kənd sakini İddiaçı satmışdır. İşdə olan Gədəbəy rayon İHB-nın Miskinli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 iyun 2022-ci il tarixli, 138 saylı arayışın surətindən görünür ki, X7 adına 05 saylı təsərrüfatbaşına kitabın 71-ci səhifəsinə əsasən, 0.20 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 2004-cü il tarixdə şəxsi vəsaiti hesabına tikilmiş fərdi yaşayış evi və talvar qeyd edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” verilmiş, **********70-10301 reyestr nömrəli çıxarışdan görünür ki, İddiaçı adına Gədəbəy rayonu, Miskinli kəndində xüsusi mülkiyyəti hüququ ilə ümumi sahəsi 117.20 kv.m olan fərdi yaşayış evi və 0.1999 ha torpaq sahəsi verilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixdə, inventar nömrəsi 505-24-885 olan “Texniki pasport” tərtib edilmişdir. İşdə olan Gədəbəy rayon İcra Hakimiyyəti işçiləri tərəfindən tərtib edilmiş 29 sentyabr 2022-ci il tarixli müayinə aktlarının surətlərindən görünür ki, X11 anası Tamam Nağıyevaya məxsus fərdi yaşayış evində, Cavabdeh isə qaynı İddiaçı məxsus fərdi yaşayış evində yaşayır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-428/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X11 ilə Cavabdeh arasında 30 yanvar 2013-cü il tarixdə Gədəbəy rayonu, Miskinli kənd İƏD üzrə nümayəndəlikdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 26 noyabr 2015-ci il təvəllüdlü X14 və 08 avqust 2010-cu il təvəllüdlü X15 anaları Cavabdeh yanında saxlanılması, 17 avqust 2022ci il tarixdən başlayaraq, 26 noyabr 2015-ci il təvəllüdlü X14 və 08 avqust 2010-cu il təvəllüdlü X15 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində bir uşaq üçün 130 manat olmaqla, iki uşaq üçün cəmi 260 manat məbləğində aliment iddiaçı X5 alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən fərdi yaşayış evinin mülkiyyətçisi olmalı, cavabdeh heç bir hüquqi əsas olmadan həmin evdən istifadə etməlidir (yaşamalıdır). Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçının qardaşı X11 və Cavabdeh 2009-cu ildə qeyri-rəsmi ailə qurmuşlar, nikahlarını 30 yanvar 2013-cü il tarixdə Gədəbəy rayonu, Miskinli kənd İƏD üzrə nümayəndəlikdə rəsmiləşdirmişlər. Daha sonra aralarında olan narazılığa görə ayrılmışlar və aralarında olan nikah Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-428/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Hazırda cavabdehin uşaqları ilə birlikdə yaşadıqları mübahisəli fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” verilmiş, **********70-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Bu hal iddiaçının öz xüsusi mülkiyyətində olan əmlakdan istifadəsinə maneə yaradır və iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Bundan başqa cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsi məhkəməyə təqdim edərək, həmin fərdi yaşayış evindən istifadə hüququnun olmasını bildirsə də, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Eləcə də, cavabdeh X11 ilə ailə qurduqdan və aralarında olan nikah pozulduqdan sonra həmin mübahisəli fərdi yaşayış evində yaşamalarına baxmayaraq, mübahisəli fərdi yaşayış evinin X8 heç bir aidiyyəti olmamış, ev xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ev olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə etməsinin heç bir qanuni əsası yoxdur və iddiaçı cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin əmlaklardan çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, mübahisəli fərdi yaşayış evinin iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olması və həmin fərdi yaşayış evinin cavabdeh tərəfindən istifadə edilməsi tədqiq edilmiş hüquq müəyyənedici sənədlə və işə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” verilmiş, **********70-10301 reyestr nömrəli çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olan Gədəbəy rayonu, Miskinli kəndində yerləşən ümumi sahəsi 117.20 kv.m olan fərdi yaşayış evindən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-cü maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 238-241, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” verilmiş, **********70-10301 reyestr nömrəli çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olan Gədəbəy rayonu, Miskinli kəndində yerləşən ümumi sahəsi 117.20 kv.m olan fərdi yaşayış evindən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə çıxarılsın. Cavabdeh 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-1171/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1171/2022
19.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver