Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1180/2024 28.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxsnə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi haqqında ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Baş İmatahan Qeydiyyat İdarəsinə qarşı mərhum anası X3 miras qalmış buraxiliş ili 1985-ci tarixli olan Niva markalı H-69-64 dövlət qeydiyyat nişanlı avtomobilin onun tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum anası X1 Gədəbəy rayonunun Gər-Gər kəndində fəaliyyət göstərən “Sovet Ermənistanı”adına savxozun balansında olan buraxlış ili 1985-ci il olan Niva markalı, H-69-64 dövlət qeydiyyat nişanlı avtomobil alqısatqı yolu ilə almışdır. Həmin tarixdən maşın onların istifadələrində olmuşdur. Onların evləri xx.xx.1993-cü il tarixdə elektirik cəryanınında baş vermiş qısa qapanma nəticəsində yanmışdır. Evlərinin yanan zaman evdə olan əşyalar və eləcə də onların və maşının sənədləri yanmışdır. Onlar maşının sənədlərinin bərpa edilməsi üçün Azərbaycan Respublikası DİN BDYPİ-nin Tovuz Rayonu 10 saylı RQİ və TB Şöbəsinə müraciət etmişlər. X16 xx.xx.1991-ci il tarixdə atası isə xx.xx.2019-cu il tarixdə vəfat etmişdir.Anasınan miras qalmış uNiva ” markalı, H-69-64 dövlət qeydiyyat nişanlı avtomobili adına rəsimləşdirmək məqsədi ilə Azərbaycan Respublikası DİN BDYPİ-nin Tovuz Rayonu 10 saylı RQİ və TB Şöbəsinə müraciət etmiş, ona bildirmişlər ki, anasından miras qalmış avtomobillə bağlı adiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Ona görə də ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərişəçi məhkəməyə ərizə göndərmiş, xəstəliyi ilə əlaqədar məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, şahidlərin dindirilməsini, mahiyyəti üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası DİN BDYP Baş İmatahan Qeydiyyat İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 259.0.6 və 185.6-cı maddələrinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X13 ifadə verərək bildirmişdir ki, ərizəçi onun qonşusudur.Ərizəçinin atası X8, anası X5 olmuşlar. Onlar vəfat etmişlər. Onların evləri 1993-cü ildə cərəyan xxəttində qısa qapanma nəticəsində yanmişdir.Həmin evdə olan əşyalar və həmçinin onlara aid olan sənədlər yanmişdır. Məhkəmə iclasında dindirilmiş şahid qismində dindirilmiş X9 eynieyniməzmunlu ifadə vermişdir. İşdə olan X11 görünür ki,X5 xx.xx.1991-ci ildə ölmüşdür. İşdə olan X10 görünür ki,Ərizəçi xx.xx.1961-ci ildə doğulmuşdur. Onun anası X5 olmuşdur. İşdə olan Qeydiyyat Kartının surətindən görünür ki, 1985-ci ildə istehsal edilmiş B- 2121 markalı qırmızı rəngli H6964 AQ nömrəli nəqliyyat vasitəsi X4 məxsus olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəni, şahidlərin ifadələrini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X2 rayonunun Gər-Gər kəndində fəaliyyət göstərmiş sovxozun balansında olan buraxlış ili 1985-ci il olan Niva markalı, H-69-64 dövlət qeydiyyat nişanlı avtomobili alğı-satqı yolu ilə əldə etmiş, həmin avtomobil mirasqoyanın mülkiyyətində olmuşdur. Mirasqoyan 14 aprel 1991-ci il tarixdə vəfat etmişdir. Ərizəçi həmin avtomobili idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Ona görə də ərizə təmin edilməli, mirasqoyan X4 məxsus olmuş 1985-ci ildə istehsal edilmiş Niva markalı H-69-64 dövlət qeydiyyat işanlı avtomobilin ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən mirasqoyan X4 məxsus olmuş 1985-ci ildə istehsal edilmiş Niva markalı H-69-64 dövlət qeydiyyat nişanlı avtomobilin miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-1180/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1180/2024
28.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver