Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-1193/2025 19.08.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi ilə iddiaçılar İddiaçı1,İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı evə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmə binasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1,İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı evə köçürülmə və istifadə hüququnun tanınması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2. və 153.2.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var. Ona görə də ərizəni qəbul etməkdən imtina edilməli və əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılar İddiaçı1,İddiaçı2 və İddiaçı3 qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 153, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia ərizəsinin icraata qəbul etməkdən imtina edilsin və əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılar İddiaçı1,İddiaçı2 və İddiaçı3 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-1193/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-1193/2025
19.08.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver