Məhkəmə qərarları › İş №2(042)-12/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-12/2023

01.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-12/2023 01.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçılar İddiaçı1 Şəmşad oğlu, İddiaçı2, Alırzayev Şahin Şəmşad oğlu,İddiaçı4 Qəzəfər oğlu və Cavabdeh iştirakları ilə, iddiaçılar İddiaçı1 Şəmşad oğlu, İddiaçı2, İddiaçı3 Şəmşad oğlu, İddiaçı4 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 Şəmşad oğlu, İddiaçı2, İddiaçı3 Şəmşad oğlu, İddiaçı4 Cavabdeh qarşı Gədəbəy rayon AİK-nın xx.xx.2009-cu il tarixli 02 saylı qərarı əsasında verilmiş İddiaçı1 Şəmşad oğluna məxsus olan 4185 kv.m torpaq sahəsindən, İddiaçı3 Şəmşad oğluna məxsus olan 4395 kv.m torpaq sahəsindən, İddiaçı4 məxsus olan 3996 kv.m torpaq sahəsindən və İddiaçı2 məxsus olan 2098 kv.m torpaq sahəsindən Cavabdeh çıxarılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı1 Şəmşad oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon AİK xx.xx.2009-cu il tarixli, 02 saylı qərarı əsasında ona 4185 kv.m torpaq sahəsi, İddiaçı3 Şəmşad oğluna 4395 kv.m torpaq sahəsi, İddiaçı4 3996 kv.m torpaq sahəsi və İddiaçı2 2098 kv.m torpaq sahəsi verilmişdir. Onlara və ailə üzvlərinə verilmiş pay torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş hissəsinin bütövlükdə Cavabdeh tutaraq 20 ildən artıqdır ki, əkin sahəsi kimi istifadə edir. Cavabdeh könüllü olaraq onlara məxsus olan torpaq sahəsini boşaltmaq istəmir.Ona görə də, məhkəməyə müraciət etməmişlər və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Digər iddiaçılar eyniməzmunlu izahat vermişlər. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etməmiş, izahat verərək bildirmişdir ki, o iddiaçıara məxsus heç bir torpaq sahəsini tutmamışdır. Ona görə də, iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Torpaq sahəsinin Planı və ölçüsü Sənədinin surətlərindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2009-cu il tarixli qərarı əsasında İddiaçı1 Şəmşad oğluna 4185 kv.m torpaq sahəsi, İddiaçı3 Şəmşad oğluna 4395 kv.m torpaq sahəsi, İddiaçı4 3996 kv.m torpaq sahəsi və İddiaçı2 2098 kv.m torpaq sahəsi verilmişdir. İşdə olan mütəxəssis rəyindən görünür ki, mütəxəssis İlqar Məmmədov mütəxəssis baxışına cəlb edilmiş, o Gədəbəy rayonun, Tərs-yer kəndində mübahisəli ərazidə olmuş, lazımı ölçülər götürmüşdür. Lakin kammeral şəraitdə dəqiqləşdirmə apararkən Tərs-yer kəndinin Kompleks Yerquruluşu xəritəsi və təqdim olunmuş torpaq sahəsinin koordinatları arasında uyğunsuzluqlar aşkar olunması səbəbindən qərardada göstərilən sualları cavablandırmaq mümkün olmamışdır. İşdə olan məhkəmə ekspertizasının imtina edilməsi haqqında məlumatdan görünür ki, mütəxəssis rəyinin verilməsi mümkün olmadığı üçün ekspertiza aparılmasından imtina edilmiş və mülki iş geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçıların və cavabdehin izahatını, mütəxəssis rəyini, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilmişdir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutеtmə vəzifələrinin bölgüsünün ümumi qаyqаsını müəyyən еqir. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirаkçısı оlаn bu və yа bаşqа şəхsi оnun öz iddiа və еtirаzlаrını əsаslаndırmаq üçün söykəndiyi hаllаrın və qаnunlа sübut еtməli оlquğu bаşqа hаllаrın sübut оlunmаsı yükündən аzаd еdə, yахud sübutеtmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməliqir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə, iş üzrə rəy verilməsi üçün əvvlvə mütəxəssis cəlb edilmiş, daha sonra məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin rəylərin verilməsi mümkün olmamış, iddiaçılara məxsus torpaq sahələrinin cavabdeh tərəfindən tutulub-tutulmaması müəyyən edilməmişdir. Yəni, sübutetmə vəzifələri üzərinə düşməsinə baxmayaraq, iddiaçılar tərəfindən iddia tələblərinin əsasları kimi istinad etdikləri hallar sübut edilməmişdir. Ona görə də, iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏTETDİ: İddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar