Məhkəmə qərarları › İş №2(042)-1202/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1202/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1202/2024 16.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı, ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh və onun vəkili X4 iştirakları ilə ilkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğvi və pul tələblərinə, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı cavabdehdən, cəmi, 3570 manat və dövlət rüsumunun əvəzi olan 57 manatın alınaraq, ona ödənilməsi və cavabdehlə aralarında olan 01 dekabr 2017-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdehdən 1800 manatın, həmçinin 146 manat ödənilmiş dövlət rüsumunun əvəziinin alınaraq, ona verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə etmiş, qarşılıqlı iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, cavabdehlə 01 dekabr 2017-ci il tarixdə icarə müqaviləsi bağlamış, mülkiyyətində olan qeyri-yaşayış sahəsini metal qəbul məntəqəsi kimi işlətməsi üçün cavabdehin istifadəsinə vermişdir. 2024-cü ilin iyul ayına qədər cavabdeh aylıq icarə haqqını ödəmişdir. Bu müddət ərzində cavabdeh icarə haqqını bəzi aylar tam ödəməmiş, onun 200 manat borcu yaranmışdır. Bundan başqa, cavabdeh icarə müddətində icarəyə götürdüyü yeri təmir etdirməmişdir. O, obyekti özü təmir elətdirmiş, buna, cəmi, 644.3 manat xərci çıxmışdır. Bundan başqa, cavabdehə 2400 manat dəyərində 6 ton metal, dəyəri 176 manat olan VAZ 2101 markalı avtomaşının 88 ədəd lampasını, dəyəri 450 manat olan UAZ 452 markalı avtomobilin mühərrik və digər hissələrini vermişdir. Hazırda cavabdeh qeyri-yaşayış sahəsini qaytarmışdır. Lakin borcunu ödəməmiş, onunla aralarında bağlanılmış icarə müqaviləsini ləğv etməmişdir. Ona görə də iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbinə etiraz etmiş, qarşılıqlı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, cavabdehlə həqiqətən icarə müqaviləsi bağlamışdır. İcarə haqqını həmişə ödəmişdir. Onun qarşı tərəfə icarə haqqı borcu yoxdur. O, ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdehdən metal və başqa avtomobil hissələri də almamışdır. İlkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh əgər icarə verdiyi qeyri-yaşayış sahəsini təmir etmişdirsə də, ondan hazırda özü istifadə edir.Bu təmirin xərcinin ondan tələb ediməsi düzgün deyildir. Bundan başqa, ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh evinin tikintisi zamanı ona məxsus su çənini icarəyə götürmüş, icarə haqqını ödəməmiş, ona 1800 manat borcu yaranmışdır. Ona görə də ilkin iddia tələblərinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək, bildirmişdir ki, İddiaçı sifarişi ilə ona məxsus qeyi-yaşayış otağının təmir işlərini yerinə yetirmişdir. Təmir işlərinin haqqını İddiaçı ödəmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X8 ifadə verərək, bildirmişdir ki, İddiaçı qohumudur. O, İddiaçı xahişi və tapşırıqlarını yerinə yetirmiş, Cavabdeh icarə haqqını istəmişdir. Cavabdeh icarə pulunu tam ödəməyini İddiaçı demiş, ondan aldığı cəmi, 200 manatı yenidən ona qaytarmışdır. Cavabdeh İddiaçı nə qədər borcunun olduğunu bilmir. İddiaçı Cavabdeh istifadə etdiyi qeyi-yaşayış yerini də təmir etdirmişdir. Bundan başqa, İddiaçı Cavabdeh metal, mühərrik və avtomobil lampaları vermişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X11 ifadə verərək, bildirmişdir ki, İddiaçı müdiridir. O, görmüşdür ki, İddiaçı Cavabdeh metal lapet vermişdir. Lakin metalı hədiyyə kimi verdiyini və ya satdığını bilmir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X1 ifadə verərək, bildirmişdir ki, Cavabdeh icarəyə götürdüyü qeyri-yaşayış sahəsinə görə icarə haqqının istənildiyini görmüşdür. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadə verərək, bildirmişdir ki, hər iki tərəfi tanıyır. Cavabdeh bir neçə il bundan əvvəl öz maşını ilə ona məxsus malların daşınmasında ona kömək etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X5 ifadə verərək, bildirmişdir ki, X7 Əsgərovdan icarə pulu aıldığını görmüşdür. İşdə olan İddiaçı və Cavabdeh arasında 01 dekabr 2017-ci il tarixdə bağlanılmış İcarə Müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan Gədəbəy şəhəri, S.Vurğun küçəsində yerləşən 12 kvm sahəsi olan qeyri-yaşayış sahəsini ayda 30 manat icarə haqqı ödəmək şərti ilə Cavabdeh icarəyə vermişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, işdə olan sübutları və işin faktiki hallarını araşdıraraq, hesab edir ki, ilkin iddia tələbləri qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məcəllənin 704.1-ci maddəsinə əsasən əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məcəllənin 423.2-ci maddəsinə əsasəm müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəfələr arasında icarə müqaviləsi bağlanılmış, tərflərdən biri icarə müqavilsindən imtina etmiş və icarəyə götürülmüş qeyri-yaşayış sahəsini artıq bir neçə ildir ki, icarədara təhvil vermişdir. Ona görə də icarə müqaviləsi ləğv edilməlidir. İlkin iddia ərizəsi üzrə digər tələblərin əsası kimi istinad edilən hallar iddiaçı tərəfindən kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. İlkin iddia tələbi üzrə iddiaçının şahidləri onunla qohumluq və ya xidməti asılılıq münasibətlərindədirlər və məhkəmənin qənaətinə görə onların verdikləri ifadələr mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə qarşılıqlı iddia ərizsə üzrə iddiaçı da idda tələbinin əsasları kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eləcə də onun təqdim etdiyi audio-video disk qeyri-qanuni yolla əldə edilmiş sübut kimi qiymətləndirilmişdir. Ona görə də ilkin iddia tələbləri qismən təmin edilməli, İddiaçı və Cavabdeh arasında 01 dekabr 2017-ci il tarixdə bağlanılmış İcarə Müqaviləsi ləğv edilməli, ilkin iddia tələbləri digər hissələrdə təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməməli, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İlkin iddia tələbləri qismən təmin edilsin. İddiaçı və Cavabdeh arasında 01 dekabr 2017-ci il tarixdə bağlanılmış İcarə Müqaviləsi ləğv edilsin. İlkin iddia tələbləri digər hissələrdə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar