Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-121/2021 24.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 16.07.2007-ci il tarixli, 03 nömrəli qərarı 2010-cu ilin martın 15-də X5 kitabında 505 nömrə ilə uçota alınmış A seriyalı 255246 saylı, “Torpaq sahəsinin Planı və Ölçüsü” əsasında verilmiş 7900 kv.m torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və X1 çıxarılması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi X6 iddia ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 16.07.2007-ci il tarixli, 03 nömrəli qərarı 2010-cu ilin martın 15-də X5 kitabında 505 nömrə ilə uçota alınmış A seriyalı 255246 saylı, “Torpaq sahəsinin Planı və Ölçüsü” əsasında 7900 kv.m torpaq sahəsi verilmişdir. Cavabdehlər ona məxsus olan torpaq sahəsini zəbt etmişlər. O, dəfələrlə cavabdehlərdən torpaq sahəsindən çıxmalarını tələb etsə də, cavabdehlər torpaq sahəsindən çıxmamışlar. Ona görə də iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh2 və X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 16 iyul 2007-ci il tarixli, 3 nömrəli qərarı ilə 7900 kv.m torpaq sahəsi verilmişdir. İşdə olan 11/M-159 saylı, 13.10.2021-ci il tarixli, mütəxəssis rəyindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 16.07.2007-ci il tarixli, 03 nömrəli qərarına əsasən İddiaçı məxsus olan 7900 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 faktiki istifadəsində olan 8782 kv.m torpaq sahəsinin 433 kv.m-ə qədər olan hissəsi ilə üstüstə düşür. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı mütəxəssis rəyinin verilməsinə görə 311 manat "xxxx" MMC-nin hesabına ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, mütəxəssis rəyini, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə etmiş, cavabdehlər isə məhkəmə iclaslarında iştirak etməmişdir. İş üzrə mütəxəssis baxışı ilə müəyyən edilmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 16.07.2007-ci il tarixli, 03 nömrəli qərarına əsasən İddiaçı məxsus olan 7900 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 Kamıl oğlunun faktiki istifadəsində olan 8782 kv.m torpaq sahəsinin 433 kv.m-ə qədər olan hissəsi ilə üst-üstə düşür. Yəni, Cavabdeh2 İddiaçı məxsus torpaq sahəsinin 433 kv.m hissəsini zəbt etmiş və ondan istifadə edir. Ona görə də, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 İddiaçı məxsus olan 7900 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 433 kv.m hissəsindən çıxarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 10 manat dövlət rüsumu ödəmiş, eləcə də rəy verilməsi üçün 311 manat xərc çəkmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 İddiaçı məxsus 7900 kv.m sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 433 kv.m hissəsindən çıxarılsın. Ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi və rəy verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 311 manat xərcin əvəzi Cavabdeh2 alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-121/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-121/2021
24.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver