Məhkəmə qərarları › İş №2(042)-1210/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1210/2023

28.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1210/2023 28.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2,İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı payların müəyyən edilməsi tələbi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı Gədəbəy Rayon AİK-nin xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə Gədəbəy rayonu, Qumlu kəndində yerləşən Cavabdeh, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətinə verilmiş 1.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və Gədəbəy Rayon AİK-nin xx.xx.1997-ci il tarixli, 09 nömrəli qərarı ilə Gədəbəy rayonu, Qumlu kəndində yerləşən Cavabdeh, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətinə verilmiş 0.05 ha həyətyanı torpaq sahəsindən paylarının müəyyən edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə baxış iclasında İddiaçı1 iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, cavabdehlə 1986-cı ildə nikah bağlamış və onun soyadını qəbul etmişdir. Gədəbəy Rayon AİK-nin xx.xx.1997-ci il tarixli, 09 saylı qərarı ilə Gədəbəy rayonu, Qumlu kəndində Cavabdeh, İddiaçı2, İddiaçı3, İddiaçı4 və onun birgə mülkiyyətinə 1.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Eləcə də Gədəbəy Rayon AİK-nin xx.xx.1997-ci il tarixli, 09 saylı qərarı ilə Gədəbəy rayonu, Qumlu kəndində Cavabdeh, İddiaçı2, İddiaçı3, İddiaçı4 və onun birgə mülkiyyətinə 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hazırda onunla cavabdeh arasında olan nikah pozulmuşdur və o, öz əvvəlki soyadını götürmüşdür. Cavabdehlə aralarında olan narazılıqlara görə paylarının müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxış iclasında İddiaçı2 və İddiaçı4 eyniməzmunlu izahat vermişlər. İddiaçı3 məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5. və 259.0.6-cı maddələrinin tələblərinə uyğun olaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon AİK-nin 28 avqust 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə Cavabdeh, X2, İddiaçı4, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətinə 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Gədəbəy Rayon AİK-nin 28 avqust 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə Cavabdeh, X2, İddiaçı4, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətinə 1.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan X1 surətindən görünür ki, X3 ilə İddiaçı1 xx.xx.1986-ci il tarixdə nikah bağlamış, arvad Ələkbərova soyadını qəbul etmişdir. İşdə olan Nikahın Pozulması haqqında Şəhadətnamənin surətindən görünür ki, X2 və Cavabdeh arasında olan nikah pozulmuş, arvad Verdiyeva soyadını qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçıların izahatlarını və işdə olan sənədləri təhqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 1.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.05 ha həyətyanı torpaq sahəsi Cavabdeh, X2, İddiaçı4, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətindədir. İddiaçı1 əri Cavabdeh ayrılmış və öz əvvəlki soyadını qəbul etmişdir. Hazırda iddiaçılar həmin əmlakda paylarının müəyyən edilməsini istəyirlər. Ona görə də iddia tələbi təmin edilməli, tərəflərin ümumi birgə mülkiyyətdə olan torpaq sahələrində paylarının bərabər olması nəzərə alınmaqla, hər birinin 1/5 hissədə payları müəyyən edilməlidir. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 1.21 ha kənd təsərrüfatı təyinatlı və 0.05 ha hətyətyanı torpaq sahəsinə hər birinin 1/5 hissədə payları müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar