Məhkəmə qərarları › İş №2(042)-125/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-125/2023

18.01.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-125/2023 18.01.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı istifadə hüququnun olmamasının müəyyən dilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının olmaması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Evə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmış, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən ona xx.xx.2010-cu il tarixli, **********46-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli MA seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Hazırda ona məxsus evdə heç bir qohumluq əlaqəsi olmayan şəxslər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 rəsmi qeydiyyatdadırlar. Lakin sonradan məlum olmuşdur ki, təsərrüfatbaşına kitablarda və digər sənədlərdə cavabdehlər ona məxsus təsərrüfatda qeydiyyatdadırlar. Bu isə ona hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh3 iddia tələblərinə etiraz etməmiş, izahat verərək, bildirmişdir ki, iddiaçı onun qonşusudur. O, özünə məxsus olan evdə yaşayır. Hazırda iddiaçıya məxsus evdə qeydiyyatda olması texniki səhv nəticəsində olmuşdur. Məhkəmə iclasında Cavabdeh1 eyniməzmunlu ifadələr vermişlər. Cavabdehlər Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə işdə iştirak etməyən digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, **********46-10301 reyestr nömrəli ünvan 1 ünvanında xx.xx.2010-cu il tarixdən fərdi yaşayış evi İddiaçı Məhmməd oğlu mülkiyyətindədir. İşdə olan Arayışın surətindən görünür ki, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işin faktiki hallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Hazırda iddiaçıya məxsus evdə heç bir qohumluq əlaqəsi olmayan şəxslər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 rəsmi qeydiyyatdadırlar. Bu isə ona hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Ona görə də iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və АzərbаycаnRеspublikаsıMPM-nin216- 227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının olmaması müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar