Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-1267/2025 04.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu, Ərizəçi “doğum faktının müəyyən edilməsi tələbi barədə” ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdi: Ərizəçi xx.xx.2025-ci il tarixində iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 149.2.5-ci maddəsinə görə iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Göründüyü kimi, qanun iddia ərizəsinin məzmununda “sənədlərin” siyahısının göstərilməsini nəzərdə tutur. Hazırkı iddia ərizəsinə sənədlərin kserosurətləri əlavə edilmiş, lakin notarial qaydada təsdiq edilməmişdir. Məhkəmə qeyd edir ki, “sənədin surəti” deyiləndə sənədin əsli ilə düzgünlüyü təsdiq olunmuş əksi başa düşülür. Əgər sənədin əksinin sənədin əsli ilə düzgünlüyü təsdiq olunmursa o, sənədin surəti hesab olunmur. İddia ərizəsinə əlavə olunan kserosurətlərin əsli ilə düzgünlüyü təsdiq olunmadığından onlar adı çəkilmiş sənədlərin surəti hesab olunmur. Nəzərə alınmalıdır ki, sənədlər siyahısı iddia ərizəsinin məzmununa dair qanunun müəyyən etdiyi tələblərdən biridir. Odur ki, əgər iddia ərizəsinə hər hansı sənədin əsli və ya əsli ilə düzgünlüyü lazımi qaydada (notariat qaydasında) təsdiq olunmuş surəti əlavə olunmursa, buna baxmayaraq sənədlər siyahısında həmin sənədin və ya onun surətinin guya iddia ərizəsinə əlavə edildiyi göstərilirsə, bu artıq iddia ərizəsinin məzmununa dair qanunun tələbinin pozulmasıdır. Çünki, qanunun tələbinə görə sənədlər siyahısında yalnız o sənədlər göstərilə bilər ki, həmin sənədlər (və ya onların surəti) iddia ərizəsinə əlavə olunur. Beləliklə, iddiaçı iddia ərizəsinin məzmununu müəyyən edən MPM-in 149-cu maddəsinin sənədlər siyahısı ilə bağlı tələbinə əməl etməmişdir. MPM-in 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəçi dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş materiallarında əlavə qedilmiş qəbzdən aydın olur ki, həmin rüsum Gəncə Şəhər Məhkəməsinin hesabına ödənilmişdir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçi tərəfindən iddia ərizəsinin qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi “doğum faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(042)-1267/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-1267/2025
04.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver