Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-129/2024 19.01.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aralarında olan xx.xx.2008-cı il tarixdə Gədəbəy Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması, 10 dekabr 2007-ci il tarixdə doğulmuş X4, 29 noyabr 2009-cu il tarixdə doğulmuş X5 və 21 sentyabr 2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay hər uşağa görə 220 manat aliment tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bldirmişdir ki, o, Cavabdeh ilə 2007-ci ildə ailə qurmuş, 29 may 2008-ci il tarixdə nikah bağlamışdır. Ailə münasibətlərindən xx.xx.2007-ci il tarixdə X4, xx.xx.2009-cu il tarixdə X5 və xx.xx.2014-cü il tarixdə X2 doğulmuşdur. Əvvəllər normal ər-arvad münasibətində normal yaşasalar da, sonradan aralarında mübahisələr yaranmışdır. Onların yenidən ailələrini bərpa etməkləri qeyri-mümkündür. Uşaqlar onun himayəsindədir. Uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh fərdi əməklə məşğul olur və maddi vəziyyəti yaxşıdır.Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh izahat verərək bildirmişdir ki, o, iddiaçı ilə 2007-ci ildə ailə qurmuş və 2008-ci il tarixdə Gədəbəy Rayon Qeydiyyat Şöbəsində nikah bağlamışdır. Onların ailə münasibətlərindən xx.xx.2007-ci il tarixdə X4, xx.xx.2009-cu il tarixdə X5 və xx.xx.2014-cü il tarixdə X2 doğulmuşdur. O, nikahın pozulmasına razıdır.Lakin iddiaçının tələb etdiyi miqdarda, yəni, cəmi, 660 manat alimenti ödəməyə imkanı yoxdur. O, yeni ailə qurmuşdur. Hər bir uşağa görə 100 manat aliment ödəyə bilər. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Nikah haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 xx.xx.2008ci il tarixdə Gədəbəy Rayon Qeydiyyat Şöbəsində nikah bağlamışlar. İşdə olan Arayışlardan görünür ki, İddiaçı ilə Cavabdeh birgə ailə münasibətlərindən 10 dekabr 2007-ci il tarixdə X4, 29 noyabr 2009-cu il tarixdə X5 və 21 sentyabr 2014-cü il tarixdə X2 doğulmuşlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhqiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbləri qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məcəllənin 22.2.1, 22.2.2-ci maddələrinin tələbinə görə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qaldığını və uşaq üçün alimentin hansı valideyndən, hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Belə olan halda iddiaçı tərəfindən çəkilmiş xərclər cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər 2007-ci ildə ailə qurmuş, xx.xx.2008-ci il tarixdə nikah bağlamışlar. Ailə münasibətlərindən 10 dekabr 2007ci il tarixdə X4, 29 noyabr 2009-cu il tarixdə X5 və 21 sentyabr 2014-cü il tarixdə X2 doğulmuşlar. Azyaşlı uşaqlar iddiaçının himayəsindədir və uşaqların onun yanında qalması ilə əlaqədar mübahisə yoxdur. Məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi imkanlarını və uşaqların mənafeyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbləri qismən təmin edilməli, tərəflər arasında xx.xx.2008-ci tarixdə Gədəbəy Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulmalı, 10 dekabr 2007-ci il tarixdə doğulmuş X4, 29 noyabr 2009-cu il tarixdə doğulmuş X5 və 21 sentyabr 2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat, cəmi, 450 manat sabit miqdarda aliment Cavabdeh alınaraq, İddiaçı verilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 50 manat mediasiya xərci çəkmiş və 50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbləri qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə Gədəbəy Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulsun. 10 dekabr 2007-ci il tarixdə doğulmuş X4, 29 noyabr 2009-cu il tarixdə doğulmuş X5 və 21 sentyabr 2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat, cəmi, 450 manat sabit miqdarda aliment Cavabdeh alınaraq, İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi və 50 mediasiya xərci Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-129/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-129/2024
19.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver