Məhkəmə qərarları › İş №2(042)-13/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-13/2022

01.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-13/2022 01.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Azərbaycan Respublikasının Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir ərazi İdarəsi tərəfindən verilmiş **********59 reyestr nömrəli, xx.xx.2008-ci il il tarixli, № AA 000972 nömrəli, Torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən Torpaq sahəsinin döngə nöqtələrinin koordinatları üzrə 4-1 nöqtədə 119.11 metr, 1- 2 nöqtədə 29.55 metr, 2-3 nöqtədə 122.04 metr və 3-4 nöqtədə 30.42 metr ölçülü ümümilikdə cəmi 0.344477 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən şimal tərəfindən 0.0571 ha (eni 30 uzunu 19 metr) hissəsini zəbt edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və eləcə də 0.344477 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin şərq tərəfdən 0.0379 ha hissəsini (eni 4 metr uzunluğu 100 metr, 4x100) zəbt edib taxıl məhsulu əkən Gədəbəy rayonu, Söyüdlü kənd sakini Cavabdeh3 çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, xx.xx.1973-cü il tarixdə Gədəbəy rayonu, Sarıhəsənli kəndində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. Gədəbəy rayonu, Söyüdlü kənd sakinləri X6 və X1 alqı-satqı müqaviləsi əsasında kənd təsərüfatı təyinatlı 0.344477 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, **********59 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və MH seriyalı, № ******* nömrəli çıxarış və Azərbaycan Respublikasının Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il il tarixli, **********59 reyestr nömrəli və № AA 000972 nömrəli Torpaq sahəsinin planı və ölçüsünü də almışdır. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğundan torpaq sahəsində kartof əkib-becərib, ondan istifadə edir. O, xüsusi mülkiyyətimdə olan həmin sahəsinin döngə nöqtələrinin koordinatları üzrə 4-1 nöqtədə 119.11 metr, 1-2 nöqtədə 29.55 metr, 2-3 nöqtədə 122.04 metr və 3-4 nöqtədə 30.42 metr ölçülü, ümumilikdə cəmi 0.344477 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin bir qismini hazırda cavabdeh olan qonşular qanunsuz zəbt etdiyindən istifadə edə bilmir. Belə ki, torpaq sahəsinin hansı qonşu tərəfindən zəbt edilməsinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir ərazi İdarəsi tərəfindən mütəxəssis göndərib yerində yoxlanılmasına ehtiyac yarandığından 26 dekabr 2019-cu il tarixdə ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Şəmkir Ərazi İdarəsinin Gədəbəy rayon şöbəsinin mühəndis-inventarlaşdırıcısı X5 xx.xx.2020-ci il tarixdə onun iştirakı ilə müayinə aktı tərtib etmiş və həmin müayinə aktında qeyd edilmişdir ki, ona məxsus torpaq sahəsinin 0.095 ha hissəsi digər vətəndaşlar tərəfindən zəbt olunaraq meyvə ağacları və taxıl əkilmişdir. O, torpaq sahəsinin ölçülüb rəy verilməsi üçün 17 aprel 2020-ci il tarixdə təkrar ərizə ilə ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11saylı Şəmkir Ərazi İdarəsinə müraciət etimşdir. Şəmkir Ərazi İdarəsinin 08 may 2020-ci il tarixli **********79 nömrəli məktubunda qeyd edilmişdir ki, 0.344477 ha. kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə baxış keçirilərkən məlum olmuşdur ki, əkin sahəsinin şimal tərəfindən 0.0571 ha hissəsinə digər qonşu tərəfdən meyvə ağacları əkilmiş, şərq tərəfdən isə 0.0379 ha hissəsinə isə bir başqa qonşu taxıl əkmişdir. Onun ümumi 0.095 ha.torpaq sahəsi qonşular tərəfindən zəbt edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və bildirdi ki, o, öz torpaq sahəsindən istifadə edir, heç kimin torpağını tutmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında Cavabdeh2 ilə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə sonuncu məlum qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, lakin, məhkəməyə bildirişin çatıbçatmaması barədə heç bir sənəd daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Sarıhasanlı kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* №-li “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə Gədəbəy rayonu, Söyüdlü kəndində 0.344477 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qayada təsdiq edilmiş surətindən görünür ki, Şəmkir rayon 1 saylı DNK, xx.xx.2008-ci il tarixli, 4Ə-222 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi və DTXK Gədəbəy rayon şöbəsinin xx.xx.1999-cu il tarixli JN-0336 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında İddiaçı məxsus Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.344477 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İşdə olan Gədəbəy rayon Polis şöbəsindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, məktubdan görünür ki, İddiaçı məxsus torpaq sahəsinin qonşulardan geri qaytarılması məsələsi mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan JN-0002 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 saylı qərarı ilə Gədəbəy rayonu, Slavyanka kəndində Cavabdeh2 və onun ailə üzvlərinə 2.34 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 01 oktyabr 2020-ci il tarixli, mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* №-ii 'Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən" Çıxarış əsasında İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin koordinantlan ilə Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.344477 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Gədəbəy rayon Aqrar islahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən, JN-0002 KOD ******* saylı "Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında Cavabdeh1 Ferman qızına və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.34 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin koordinantlan və faktiki istifadənin koordinantlan arasında uyğunsuzluqlar olduğu üçün qərardadda göstərilmiş sualları cavablandırmaq mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 mart 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01,10.2020-ci il tarixli, 11/M-147 №-li mütəxəssis rəyinə əsasən, Azərbayacan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı 003921 №-li “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış əsasında İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin koordinatları ilə Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.344477 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixi, 05 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən, JN-0002 KOD ******* saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı əsasında Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.34 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin koordinatları və faktiki istifadənin koordinatları arasında uyğunsuzluqlar olduğu üçün qərardadda göstərilmiş sualları cavablandırmaq mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 17 may 2021-ci il tarixli, mütəxəssis rəyindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinə mütəxəssis rəyinin verilməsi barədə 21 aprel 2021-ci il tarixli 2(042)- 25/2021 nömrəli məktubun icrası ilə əlaqədar Gədəbəy rayonu Söyüdlü kəndində oldum. İddiaçı ləğv edilmiş DT və XK-nin Şəmkir rayon şöbəsi tərəfindən Dövlət Aktı əsasında mülkiyyətinə verilmiş 0.344477 ha torpaq sahəsinə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən şərti koordinatlar GPS aparatı vasitəsi ilə yerəköçürmə edildi. Məlum oldu ki, torpaq sahəsinin şimal tərəfindən 0.0478 ha hissəsi digər vətəndaşlar tərəfindən həyətyanı sahə kimi istifadə edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 sentyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reystri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* №-li “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış əsasında İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.344477 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* №-li “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış əsasında İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.344477 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal tərəfindən 0.0478 ha hissəsi digər vətəndaşlar tərəfndən həyətyanı sahə kimi istifadə edilir. Lakin İddiaçı xüsusi mülkiyyətində olan 0.344477 ha torpaq sahəsinin Cavabdeh2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.34 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşməsi mütəxəssislər tərəfindən cavablandırılmadığı üçün qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13 iyul 2022-ci il tarixli ekspert rəyindən görünür ki, AA seriyalı 000972 №-li, xx.xx.2008-ci il tarixli, “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan “torpaq sahəsinin döngə nöqtələrinin koordinatları” “UTM” (X2) koordinat sistemində olmadığından və həmin torpaq sahəsinin sənəd üzrə yerləşmə mövqeyini müəyyən etmək mümkün olmadığında qərardadda ekspert qarşısında qoyulmuş sulların cavablandırılması mümkün olmamışdır. İşdə olan yerində müayinə iclasının protokolundan görünür ki, mübahisəli ərazi Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşir. Yerində müayinə iclasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisinin iştirak təmin edilmişdir. Mütəxəssis tərəfindən ölçü işləri götürülmüşdür. İddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin arasından avtomobil yolu keçdiyi aşkar edilmişdir. İddiaçı ona məxsus torpaq sahəsindən avtomobil yolunun nəzərdə tutulmadığını və həmin yol keçən yerinə ona məxsus olduğunu bildirdi. İddiaçı avtomobil yolunun şimal tərəfindən yerləşən ona məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən tutulduğun bildirdi. Məhkəmə tərəfindən mütəxəssisə iş üzrə müvafiq rəyin məhkəməyə təqdim edilməsi bildirildi. Məhkəmədə tərəflərin izahatı və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* №-li “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyət hüququ ilə Gədəbəy rayonu, Söyüdlü kəndində 0.344477 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı məhkəmə iddia qaldıraraq, ona məxsus torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən tutularaq istifadə olunduğunu bildirmiş və onların həmin torpaq sahəsindən çıxarılaraq torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb etmişdir. İddiaçının iddia tələbinin qanuni əsaslarını Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 157.4-cü maddələri təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehlərin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus mübahisəli torpaq sahəsinin cavabdehlər tərəfindən tutularaq istifadə edilib-edilməməsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən tərəflərin vəsatətləri, eləcə də məhkəmənin öz təşəbbüsü ilə mütəxəssis cəlb edilməsinə və eskpertiza təyin etməsinə baxmayaraq, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 mart 2021-ci il tarixli və 13 iyul 2022-ci il tarixli ekspert rəylərinə əsasən, torpaq sahələrinin koordinantları və faktiki istifadənin koordinantlan arasında uyğunsuzluqlar olduğundan, eləcə də, AA seriyalı 000972 №-li, xx.xx.2008-ci il tarixli, “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan “torpaq sahəsinin döngə nöqtələrinin koordinatları” “UTM” (X2) koordinat sistemində olmadığından və həmin torpaq sahəsinin sənəd üzrə yerləşmə mövqeyini müəyyən etmək mümkün olmadığında qərardadda qoyulmuş sulların cavablandırılması mümkün olmamışdır. Eləcə də, məhkəmə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 17 may 2021-ci il tarixli mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 sentyabr 2021-ci il tarixli ekspert rəyinə qiymət verərək qeyd edir ki, mübahisəli torpaq sahəsinin şimal tərəfindən 0.0478 ha hissəsinin digər vətəndaşlar tərəfindən həyətyanı sahə kimi istifadə edilməsi göstərilməsinə baxmayaraq, həmin rəylərlə mübahisəli torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilib-edilməməsi öz təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsusluğu, onun hər hansı hissəsinin cavabdehlər tərəfindən qanunsuz tutulması tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri mövcud olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmiş, eləcə də iş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş, mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 595 manat, eləcə də, ekspertiza tədqiqatının dəyəri (01 mart 2021-ci il, 14 sentyabr 2021-ci il və 13 iyul 2022-ci il tarixli ekspert rəyləri üzrə) 250 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və hazırkı iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc, eləcə də ekspertiza təhqiqatının dəyəri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq 595 (beş yüz doxsan beş) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq "xxxx" MMC-nin AZ23AİİB******************** №-li hesablaşma hesabına köçürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan (01 mart 2021-ci il, 14 sentyabr 2021-ci il və 13 iyul 2022-ci il tarixli ekspert rəyləri üzrə) ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu – 3) keçirilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar