Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1339/2025 13.02.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Xarxar kənd tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: əmək mübahisələri, işə bərpa) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, İddiaçı, Cavabdeh Xarxar kənd E.Məmmədəliyev adına tam orta məktəbinin səlahiyyətli nümayəndəsi (dirketor) X1 iştirakları ilə, İddiaçı Cavabdehə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı işdən azad olunmağı barədə Cavabdehin 14.*6.2*24-cü il tarixli, 46 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə, yəni məktəbin fıziki-tərbiyə müəllimi vəzifəsinə bərpa olunmağı və ona 14.*6.2*24-cü il tarixdən işə bərpa olunacağı tarixədək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, mən 1981-ci ildən etibarən pedaqoji fəaliyyətlə məşğul olur. Əvvəllər Gədəbəy rayonu Soyuqbulaq kənd tam orta məktəbində müəllim və həmin məktəbin direktoru vəzifəsində çalışmışdır. 2**9-cu ildə Azərbaycan Təhsil İşçiləri X3 Gədəbəy rayon Komitəsinin sədri seçilmişdir. 25.*9.2*14-cü il tarixdə Xarxar kənd tam orta məktəbinə müvəqqəti olaraq direktor vəzifəsinə təyin edilmişdir. 26.12.2*17-ci il tarixdən Xarxar kənd tam orta məktəbin direktoru vəzifəsini müvəqqəti icra etməkdən azad olunmuş və ixtisası üzrə məktəbdə müəllim saxlanılmışdır. 15.11.2*18-ci il tarixdə Xarxar kənd tam orta məktəbin fıziki-tərbiyə müəllimi vəzifəsindən azad edilmiş və *1.12.2*19-cu il tarixdə məhkəmənin qərarına əsasən Xarxar kənd tam orta məktəbin fıziki-tərbiyə müəllimi vəzifəsinə bərpa edilmişdir. *3.*2.2*24-cü il tarixdə çalışmanın son yaş həddinə çatdığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və məktəbin fıziki-tərbiyə müəlliminə zəruri ehtiyac olduğu üçün cari dərs ilinin sonuna kimi onunla müddətli əmək müqaviləsi bağlanmışdır. 14.*6.2*24-cü il tarixdə mənimlə bağlanmış müddətli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir. Bu barədə Xarxar kənd E.Məmmədəliyev adma tam orta məktəbinin 14.*6.2*24-cü il tarixli, 46 nömrəli əmr vermişdir. Hesab edir ki, həmin əmr qanunsuz olduğundan ləğv edilməli və öz işinə bərpa edilməlidir. Birincisi, onunıla bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verilmişdir. Belə ki, cavabdeh əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "e” bəndinə əsasən xitam vermişdir ki, həmin əsasla əmək müqaviləsinin xitam verilməsi halı müqavilədə mövcud olmamışdır. Hüquqlarının pozulması ilə bağlı X4 Xidmətinin Qazax-Tovuz regional şöbəsinə müraciət etmişdir, pozuntu faktı X4 Xidmətinin Qazax-Tovuz regional şöbəsi tərəfindən müraciəti əsasında aparılmış araşdırmanın nəticəsi ilə də öz təsdiqini tapır. Belə ki. X4 Xidmətinin Qazax- Tovuz regional şöbəsi tərəfindən ona ünvanlanmış *8.*1.2*25-ci il tarixli məktubda göstərilmişdir ki, mənimlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 "b” bəndi ilə devil. Əmək Məcəlləsinin 68.2 “e” bəndi ilə xitam verilmişdir. Bu səbəbdən Xarxar kənd E.Məmmədəliyev adına tam orta məktəbinin direktoru X2 barəsində Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə əsasən 2*.12.2*24-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və 25.12.2*24-cü il tarixli MN **2*632 nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 3* gün müəyyən olunmuşdur. Lakin həmin müddət ərzində Xarxar kənd E.Məmmədəliyev adına tam orta məktəbinin direktoru X2 tərəfindən pozuntu aradan qaldırılmamış və öz işinə bərpa olunmamışdır. Onu da qeyd edir ki, onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verildikdən sonra vəzifəsinə direktor qərəzli olaraq heç bir ali təhsili olmayan, kollec təhsili qutarmış bir nəfər şəxslə müqavilə bağlamışdır. Bu da onu göstərir ki, onun kimi ali təhsilli, cənab prezidentin tərəqqi medalı ilə təltif edilmiş bir müəllimin cavabdeh qərəzli mövqe tutaraq əmək müqaviləsinə xitam vermişdir. Həmçinin qeyd edir ki, o həm məktəb direktoru, həm də həmin məktəbdə fizikitərbiyə müəllimi kimi çalışdığı müddətdə heç bir əmək pozuntusuna yol verməmiş, əksinə nümunəvi müəllim kimi daim rəhbərliyin hörmətini qazanmışdır. 44 ildir ki, fiziki tərbiyə müəllimidir. 1993-cü ildən YAP-ın üzvüdür. 2*12-ci ildə Türkiyənin Antaliya şəhərində bir millət, iki dövlət müafatına layiq görülmüşdür. 2*13- cü ilə cənab Prezident tərəfindən tərəqqi medalına layiq görülmüşdür. “Küləyə qalib gəl” Bakı Marafonu 2*24-ün 21 km məsafəni 2 saat 25 dəqiqəyə qət edərək iştirakçı medalına layiq görülmüşdür. 65 yaşı tamam olsa da, fəaliyyətinin davam etdirilməsinə zərurət olduğu halda Xarxar kənd E.Məmmədəliyev adına tam orta məktəbinin direktoru X2 tərəfindən çalışmanın yaş həddi uzadılmır. Onu da qeyd edirəm ki, məlum iddia tələbi ilə mən Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir, Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 13.*5.2*25- ci il tarixli, 2(*42)-615/2*25 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-1394/2*25 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 13 may 2*25-ci il tarixli 2(*42)-615/2*25 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki. “nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər; cavabdeh S.Abdullayev isə iddiaçının müvafiq tələbinə cavab verməli olan subyekt deyildir. Çünki, İddiaçılə əmək müqaviləsi Gədəbəy rayon Xar-Xar kənd tam orta məktəb arasında bağlanmış, habelə həmin məktəbin mübahisələndirilən əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Bir sözlə, iddia üzrə cavabdeh qismində göstərilən S.Abdullayev mübahisəli hüquq münasibətinin subyekti olmadığından hazırkı iddiaya da cavab verən şəxs hesab edilə bilməz”. Odur ki, hazırki iddia tələbi ilə cavabdeh Xarxar kənd E.Məmmədəliyev adına tam orta məktəbinə qarşı iddia qldırmalı olmuşdur.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh Xarxar kənd orta məktəbinin səlahiyyətli nümayəndəsi X2 məhkəmə iclasında İddiaçı müəllim kimi sonuncu dəfə müddətli əmək müqaviləsi ilə işləməsini, müqavilə müddəti bitdiyi və çalışmanın son yaş həddinə çatdığı üçün işdən azad edilməsini qeyd etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını hərtərəfli araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız və formal olduğu üçün təmin edilməməlidir.
7. Belə ki, işdə olan; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyi yanında X4 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən İddiaçı göndərilmiş, *8.*1.2*25-ci il tarixli, 3-17-5/2M-69*/2*25 saylı məktuub mətnindən oxunur ki, İddiaçı ilə ilə Xarxar kənd tam orta məktəbi arasında olan əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin e bəndi ilə xitam verilmişdir. Əmək Müfəttişliyi tərəfindən həmin maddə ilə müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı həmin məcəllənin 68.2-ci maddəsinin b bəndinə əsasən xitam verilməli olduğu üçün həmin məktəbin direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərarla tənbeh edilmişdir. - əmək kitabçasının surətindən görünür ki, Gədəbəy Rayon Xar-Xar kənd orta məktəbinin 14.*6.2*24-cu il tarixli 46 saylı əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. - Gədəbəy Rayon Xar-Xar kənd orta məktəbinin 14.*6.2*24-cü il tarixli 46 saylı əmrindən görünür ki, Gədəbəy Rayon Maarif kənd orta məktəbinin müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir.
8. Аzərbаycаn Rеspublikаsı Əmək Məcəlləsinin 9-cu mаddəsinin «b» bəndinə əsаsən, əmək müqаviləsi üzrə işçinin əsаs hüquqlаrındаn biri əmək müqаviləsinin şərtlərini dəyişdirmək və yа оnu ləğv еtmək üçün işəgötürənə mürаciət еtməkdir.
13. Həmin Məcəllənin 45-ci maddəsinin tələblərinə əsasən Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
9. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı madəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 1*. Azərbaycan Respbulikası Əmək Məcəlləsini 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - Həmin maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
11. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər; Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur; İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər; Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur; İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir; İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir; İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Azərbaycan Respublikası Təhsil Nazirinin 11 sentyabr 2*23-cü il 3-29/3-2-548F/2*23 tarixli əmrinə əsasən 2*23/2*24-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabr 2*23-cü il tarixdə başlamış., 14 iyun 2*24-cü il tarixdə başa çatmışdır.
12. Məhkəmədə iş materialları və işdə iştirak edən şəxsləri izahatları ilə müəyyən edilir ki, İddiaçı *3.*2.2*24-cü il tarixdə çalışmanın son yaş həddinə çadığı üçün içdən çıxarılmaqla yenidən cari tədris iliin sonuna qədər məktəbdə fiziki tərbiyyə müəlliminə ehtiyyac olduğu üçün Xarxar kənd tam orta məktəbində işə qəbul olunmuşdur. Onunla olan əmək müqaviləsinə dərs ilinin sonunda xitam verilmişdir. Lakin 14.*6.2*24-cü il tarixli əmrdə əmək müqaviləsinin müddətinin qurtarması əsası əvəzinə tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar müddəası öz əksini tapmışdır.
13. Məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə səbəb kimi müqavilədə tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar müddəsasının müqavilənin müddətinin bitməsinə tətbiq edilməsində hər hansı uyğunsuzluq yoxdur. Belə ki, Əmək Məcəlləsi əmək müqaviləsinə işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə kimi qiymət verməklə, həmin müqavilə tərəflərin müqavilə şərtlərini razılaşdırmasını, iş rejimini, əmək müqaviləsi müddətli bağlandıqda müddətini müəyyən edən müqavilə növüdür. Belə ki, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “e” bəndində qeyd olunmuş “tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar” müddəasının müqavilənin müddətinin bitməsinə şamil oluunmasını qadağan edən hər hansı norma mövcud olmamaqla həmin dipozitiv norma hazırki müqavilə münasibəti üzrə “tədris ilinin sonu” kimi qiymətləndirilməlidir. Həmçinin İddiaçı əmək müqaviləsi bağlayan zaman müqavilənin müddətinin dərs ilinin sonunda başa çatmasını, əmək müqaviləsinə xitam veriləcəyi vaxtı bilməsi, əmək fəaliyyəti ilə bağlı son yaş həddinə çatmasını bildiyi halda müqaviləyə səhv əsasla xitam verilməsi ilə bağlı tələbi formal cəhətdən mümkün olsa belə, qanuni və hüquqi baxımdan ədalətsizdir. Həmin əmək müqaviləsinin ləğvi İddiaçı qanunla qorunan hər hansı hüquq və mənafeyinə ziyan vurmamış, müqavilə şərtləri, o cümlədən onun müddətli əsaslarla, həmçinin cari tədris ilinin sonuna qədər bağlanması müqavilədə öz əksini tapmışdır. Buna görə İddiaçı əvvəli iş yerinə bərpa edilməsi üçün heç bir əsas yoxdur.
14. Göründüyü kimi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilən zaman əmək qanunvericilyinin hər hansı tələbləri pozulmamış, əmək müqaviləsinə xitam verildikdən sonrakı hərəkətlərdə Gədəbəy rayon Xarxar kənd tam orta məktəbinin direktoru Səbuhi Abdullayev tərəfindən inzibati qaydada pozuntuya yol verilmiş və sonuncu inzibati məsuliyyətə cəlb edilmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin təbəblərinin pozulması işçinin işdən azad edilməsi barədə əmrin ləğvi və əvvəlki iş yerinə bəpası üçün əsas deyildir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.
16. Məhkəmə hesab edir ki, Xarxar kənd tam orta məktəbinin direktoru X2 tərəfindən İddiaçı işdən azad edilməsi zamanı Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir. Odur ki, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa barədə tələbi əsassızdır.
17. Məhkəmə, həmçinin, iddianın məcburi iş buraxmaya görə əmək haqqı tələbi hissəsini araşdırır və hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməməlidir.
18. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
19. Həmin Məcəllənin 3**-cü maddəsinin 1-ci bəndinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 2*. Məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən qanuni əsaslarla xitam verildiyindən iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi də əsassızdır.
21. Beləliklə, qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Xarxar kənd tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 233, 36* və 362-ci maddələrini rəhbər tutaraq,
Qət etdi:
İddiaçı Cavabdehə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi barədə” iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zamiq Rəsulov