Məhkəmə qərarları › İş №2(042)-134/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-134/2024

29.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-134/2024 29.01.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı 06 fevral 2023-cü il tarixdə Gədəbəy rayonu, Qoşabulaq kəndində ölmüş əri X13 ilə 18 aprel 2011-ci il tarixdə ölmüş X1 onunla qohumluq münasibətində olması, yəni, X13 ilə X1 qardaş-bacı olması hüquqi əhəmiyyətli olan faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, 1940-cı il tarixdə Tovuz rayonunda doğulmuş və hazırda Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşayır. xx.xx.1968-ci il tarixdə X13 ilə evlənmişdir. X4 X23un bacısıdır. X23 06 fevral 2023-cü il tarixdə və ərinin bacısı Zərqələm Binnətova 18 aprel 2011-ci il tarixdə ölmüşdür. Zərqələm Binnətovanın ölümündən sonra ondan qalmış miras mülki sənədləşdirmək üçün Gədəbəy Rayon Notariat Ofisinə müraciət edən zaman məlum ona məlum olmuşdur ki, X23 və bacısı Zərqələm Binnətovananın doğum haqqında akt qeydləri aşkar edilməmiş və bu səbəbdən onların bacı-qardaş olmasını müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı Gədəbəy Rayon Dövlət Arxivinə müraciət etmiş və 26 oktyabr 2023-cü il tarixli arxiv arayışı ilə ona X14 və X1 doğum haqqında akt qeydləri barədə məlumat verilməsinin mümkün olmamadığını bildirmişlər. Ona görə də, X13 ilə X1 bacıqardaş olması barədə məhkəməyə müraciət etməli olmuşdur. Onların doğum akt qeydləri aşkar olmadığından qohumluq münasibətində olma faktı məhkəmə qaydasında müəyyən edilə bilər. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhbər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X15 ifadə verərək bildirmişdir ki, ərizəçi onun həmkəndlisidir. Ərizəçinin əri X13 və onun bacısı isə X4 olmuşdur. X13 ilə X4 bacı-qardaş olmuşdlar. Məhkəmə iclasında şahid X6 eyniməzmunlu ifadə vermişdir. İşdə olan X5 surətindən görünür ki, X13 06 fevral 2023-cü il tarixdə ölmüşdür. İşdə olan Arayışdan görünür ki, X4 19 aprel 2011-ci il tarixdə ölmüşdür. İşdə olan X2 surətindən görünür ki, X13 ilə X10 01 iyun 1968-ci il tarixdə evlənmişlər. İşdə olan ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Qoşabulaq kəndində yerləşən 0.1399 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi, X11, X8, X3, X13 və X1 ümumi birgə mülkiyyətində olmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması ilə 18 aprel 2011-ci il tarixdə ölmüş X1 ərizəçinin əri 06 fevral 2023-cü il tarixdə Gədəbəy rayonu, Qoşabulaq kəndində ölmüş X7 bacısı olması faktı sübut edilmişdir.Həmin faktın müəyyən edilməsi ərizəçinin mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar hüquqi əhəmiyyətlidir və ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir.Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i : Ərizə təmin edilsin. 18 aprel 2011-ci il tarixdə ölmüş X1 Ərizəçi əri 06 fevral 2023-cü il tarixdə Gədəbəy rayonu, Qoşabulaq kəndində ölmüş X7 bacısı olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar