Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1343/2025 16.12.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "fərdi yaşayış evindən çıxarılma tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: mənzil mübahisələri, mənzildən çıxarılma) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, Cavabdeh nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "fərdi yaşayış evindən çıxarılma tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəmədə iddia qaldıraraq, Gədəbəy rayonu, Gərgər kəndində 0,65 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli ümumi sahəsi 208,4 kv.m yaşayış sahəsi olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evindən Cavabdeh çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qardaşıdır. Cavabdeh, X13 ilə ailə qurub uzun müddətdir ki, Rusiya Federasiyasının Orenburuq vilayəti, Orsk şəhəri, BQKM 6 sahə 100 ünvanda yaşayırlar. Rusiya vətəndaşıdır. 2025-ci ilin iyul ayının əvvəllərində Cavabdeh və həyat yoldaşı Ə.Tağıyeva zorla, onun və sözügedən evdə qeydiyyatda olan bacısı X1 və digər ailə üzvlərinin razılığı olmadan, onun xüsusi mülkiyyətində olan evə girmiş və indiyədək onun evində qanunsuz yaşamaqda davam edir. Gədəbəy rayonu, Gərgər kəndində X2na məxsus olmuş, ümumi sahəsi 208.4 kv.m olan sözügedən fərdi yaşayış evi və ümumi birgə mülkiyyət olaraq 0,65 ha torpaq sahəsini anası ona əvəzsiz olaraq 29 iyun 2021 ci il tarixdə Gədəbəy rayon notariat ofisinin xüsusi notariusunda ona vəsiyyət etmişdir. Vəsiyyətnamə Gədəbəy rayon notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq olunmuş və reyestrdə 2V-320 nömrəsi ilə qeyd edilmişdir. Gədəbəy rayonu, Gərgər kəndində 0,65 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli ümumi sahəsi 208,4 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh və həyat yoldaşı Ə.Tağıyeva qanunsuz olaraq onun xüsusi mülkiyyətində olan evə girməklə bugünədək həmin evdə özbaşına yaşamaqda davam edir. Cavabdehin həyat yoldaşı Əminə Tağıyeva sözügedən evdə anasından qalan əşyaları bayıra çıxarıb yandırıb, kül etmişdir. Cavabdeh sözügedən evdə yaşamasına, evin xüsusi mülkiyyətçisi kimi o və evə qeydiyyatda olan bacısı T.Bayraməliyeva və evin digər sakinləri razılıq verməmişlər və bu gün də onun sözügedən evdə yaşamasına razı deyillər. Çünki Cavabdeh məqsədi onun xüsusi mülkiyyəti olan evdə qanunsuz yaşamaqla, ailə üzvləri daxilində münaqişəli vəziyyətlər yaratmaq və ata yurdlarında anasının ona vəsiyyətnamə ilə verdiyi fərdi yaşayış evni və həyətyanı torpaq sahəsini satmaqdır. X2 xx.xx.2023-ci ildə ürək çatmamazlığından ölmüşdür. Anasının dəfn mərasiminin bütün xərcini özü ödəmiş və dəfn etmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qeydiyyatda olmadan, Rusiya vətəndaşı olduğu halda bacısı Tamilənin və evin xüsusi mülkiyyətçisi kimi onun razılığı olmadan sözügedən evdə özbaşına yaşamasına son qoyulması və Cavabdeh və Ə.Tağıyevanın onun xüsusi mülkiyyətində olan evdən çıxarılmasını məqsədəuyğun hesab edir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı məhkəməyə ərizə verərək, səhəti ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmiş və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Lakin, Cavabdeh nümayəndəsi, Vəkil məhkəməyə vəsatət verərək mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən işin baxılmamış saxlanılması üçün əsaslar yaranmamışdır və işə mahiyyəti üzrə baxılmalıdır.
4. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı ona qarşı Gədəbəy Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Gədəbəy rayonu Gərgər kəndində 0,65 ha torpaq sahəsində yerləşən ikimərtəbəli, ümumi sahəsi 208.4 kv.m olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbinə etiraz edir və hesab edir ki, iddia tələbi tamamilə əsassız olduğundan rədd edilməlidir. Belə ki, sözügedən fərdi yaşayış evi mərhum atası X7 məxsus olmuş, evin yerləşdiyi 0,65 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət olaraq atası Nəriman İsmayılova və X2na məxsus olmuşdur. Atası xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra Gədəbəy rayonu, Gərgər kəndində yerləşən fərdi yaşayış evi və ümumi birgə mülkiyyətdə olan 0,65 ha torpaq sahəsinin atasına çatan hissəsi miras qalmışdır. O, atasından qalmış mirası qəbul etmiş və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Gədəbəy rayon notariat ofisinə müraciət etmişdir. Digər vərəsələr, o cümlədən İddiaçı notarial ərizə verərək atasından qalmış mirasdan ona çatan payı qəbul etmədiyini və paydan onun xeyrinə imtina etdiyini bildirmişdir. Eləcə də vərəsə X3 notarial ərizə verərək atasından qalmış mirasın qəbulu üçün müddəti buraxdığını, mirasa dair onun vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmədiyini bildirmişdir (notarial ərizələrin təsdiq edilmiş surətləri etiraza əlavə olunur). Bundan sonra ona Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən fərdi yaşayış evinə tam pay olaraq, ümumi birgə mülkiyyətdə olan 0,65 ha torpaq sahəsinin isə atasına çatan hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında Gədəbəy rayonu, Gərgər kəndində (yeni qaydalarla: AZ 2123. Gədəbəy rayonu. Gərgər kəndi, İsgəndər Aznaurov küçəsi, giriş 61) yerləşən, ümumi sahəsi 208.4 kv.m olan fərdi yaşayış evi tam pay olaraq və 0,65 ha torpaq sahəsi ümumi birgə mülkiyyət olaraq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nörməsi ilə adına qeydə alınmışdır. Eləcə də adına fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Qeyd olunanlar onu göstərir ki, İddiaçı həmin fərdi yaşayış evinə heç bir mülkiyyət hüququ yoxdur, ev tam mülkiyyət hüququ ilə ona məxsusdur. O, ididaçının yox, əksinə iddiaçı arvadı X12 ilə birlikdə onun evinə iradəsinə zidd olaraq qanunsuz daxil olmuşlar. Bununla bağlı Gədəbəy rayon prokurorluğuna ərizə ilə müraciət də etmişdir. Vaxtilə o Sumqayıt şəhərində Mübarizin adına 0,03 ha torpaq sahəsi almış və həmin torpaq sahəsində hər ikisinin yaşaması üçün fərdi yaşayış evi tikmişdir. Həmin vaxt o Rusiyada işləmiş və maddi imkanı yaxşı olmuşdur. Mübariz işləmirdi, pulu yox idi. Bütün xərcləri öz vəsaitim hesabına çəkərək orada ev tikmişdir. Mübariz 1992-ci ildə Mübariz öz adına kredit götürmüşdür. Həmin krediti də o ödəyib bağlamışdır. Bu onun qardaşlıq borcu idi. Bu gün Mübariz onun üçün etdiklərini unudur və belə haqsız, əsassız iddialar qaldırır.Qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
5. Cavabdeh nümayəndəsi, Vəkil məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə oxşar izahat verdi, iddia tələbinin rədd edilməsi və ödənilmiş vəkil xidmət haqqının iddiaçıdan cavabdehin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.
8. Belə ki, mülki iş materiallarında olan; - Gədəbəy rayon Notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-320 nömrə ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Gədəbəy rayonu,Gərgər kəndində qeydiyyatda olan X9 ölən günədək Gədəbəy rayonu, Gərgər kəndində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini, çöl torpaq sahəsini və adına nə varsa hamısını oğlu - İddiaçı vəsiyyət etmişdir. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə ölmüşdür. - İddiaçı tərəfindən notarial qaydada verilmiş xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş atası X6 ölümündən sonra miras qalmış əmlakdan vərəsəlik yolu ilə ona çatan payı qəbul etməmişdir, etmir, etmək niyətində deyildir. Həmin miras əmlakdan vərəsəlik yolu ilə ona çatan paydan qardaşı Cavabdeh xeyrinə imtina edir. Adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəyir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, Gərgər kəndi (Yeni qaydalarla : Az2123, ünvan 1 ünvanında yerləşən 208,40 kv.m fərdi yaşayış evi Cavabdeh adına tam, 0,65 ha torpaq sahəsi Cavabdeh və X4 adına ümumi birgə mülkiyyət hüquqi ilə xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.
9. Məhkəmə iclasında müəyyən edildi ki, hazırda mübahisə predmeti olan Gədəbəy rayonu, Gərgər kəndi (Yeni qaydalarla : Az2123, ünvan 1 ünvanında yerləşən 208,40 kv.m fərdi yaşayış evi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh İddiaçı qardaşıdır. İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh sözgedən fərdi yaşayış evindən çıxarılmasını tələb etmişdir.
10. Azərbaycan Respublikasının Konstitusiyasının; - 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
11. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya»nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir.
12. Azərbaycan Respublikasının Mülki Məcəllənin; - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). - 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
13. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh həmin fərdi yaşayış evindən çıxarılması tələbinin heç bir hüquqi əsası yoxdur və təmin edilməməlidir.
14. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən, İddiaçı Cavabdeh qarşı "fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma tələbi barədə” iddiası rədd edilməlidir.
15. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu və cavabdeh isə məhkəmə icraatı zamanı 320 manat vəkil xidmət haqqı ödəmişdir.
16. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
18. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən dövlət rüsumu və vəkil xidmət haqqı iddiaçıya aid edilməlidir.
V. Nəticə:
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı "fərdi yaşayış evindən çıxarılma tələbi barədə” iddiası rədd edilsin. Cavabdeh tərəfindən vəkilə ödənilmiş 320 manat xidmət haqqı İddiaçı tutularaq Cavabdeh ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zamiq Rəsulov