Məhkəmə qərarları › İş №2(042)-1359/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1359/2025

13.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1359/2025 13.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçi "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə” mülki iş (açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti

1. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum atası X3 miras qalmış “SAZ-3507” markalı 57-32AZH dövlət qeydiyyat nişanlı avtomobilə onun tərəfindən (vərəsəlik qaydasında) mirasın faktiki qəbul edilməsi hüququ faktının qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun mərhum atası X8 “Düzyurd” sovxozunda sürücü işləmiş, ölkədə kolxozların və sovxozların dağılması ilə əlaqadar olaraq Düzyurd kənd YAİK-nm xx.xx.2000-ci il tarixli 17 nömrəli protokolu və qərarı əsasında mərhum atasının istifadəsində olmuş “SAZ-3507” markalı 57- 32AZH qeydiyyat nişanlı avtomobili 33400 min manat dəyərləndirməklə payçı kimi atasına verilmiş və bu barədə xx.xx.2000-ci il tarixdə həmin avtomobilin atasının mülkiyyətinə verilməsinə dair mülkiyyət şəhadətnaməsi və texniki pasport verilmişdir. Həmin vaxtan avtomobil onların həyətində olmuş və gündəlik öz işlərində istifadə etmişlər. Lakin, avtomobilə dair heç bir hüquq müəyyənedici sənəd almamışlar. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra atasından miras qalmış əmlakları öz adına rəsimləşdirmək məqsədi ilə Gədəbəy rayon Notariat ofisinə müraciət etmişdir. Lakin, notariat ofisi tərəfindən həmin avtomobilin sənədlərini tələb edən zaman avtomobilin sənədlərinin DİN-nin BDYPİ-nin X10 İmtahan və X16 tərəfindən xx.xx.2025-ci il tarixdə 753 saylı imtina məktubu verilmişdir. Gədəbəy rayon Notarat ofisi tərəfindən xx.xx.2025-ci il tarixli, 66 saylı məktubunda qeyd edilmişdir ki, mərhum atası X4 miras qalmış “SAZ-3507” markalı 57- 32AZH qeydiyyat nişanlı avtomobilə dair vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməsi qeyd edilmişdir. Odur ki, atasından qalmış “SAZ-3507” markalı 57-32AZH qeydiyyat nişanlı avtomobilin vərəsəlik qaydasında miras kütləsinə daxil edilməklə onun adına rəsimləşdirilməsinə dair qətnamə çıxarılmasını istəyir.

II. Tərəflərin mövqeləri:

3. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Maraqlı şəxs Gədəbəy Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsini məhkəməyə göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

7. Belə ki, mülki iş materiallarında olan: - iş materiallarında olan sənədlərdən görünür ki, Gədəbəy rayonu Düzyurd sovxozu (kolxozu) X17 Komissiyasına məxsus “SAZ-3507” markalı 57-32AZH qeydiyyat nişanlı avtomobil X6 mülkiyyətə (satılmışdır) verilmişdir. - doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 14.111968-ci il tarixdə doğulmuş, atası qrafasında X8, anası qrafasında X7 qeyd edilmişdir. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə ölmüşdür.

8. Məhkəmə ərizəçinin miras əmlakın qanun üzrə qəbul edilməsi barədə tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X4 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

10. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

11. Məhkəmə iclasında müəyyən olundu ki, Gədəbəy rayonu Düzyurd sovxozu (kolxozu) X17 Komissiyasına məxsus “SAZ-3507” markalı 57-32AZH qeydiyyat nişanlı avtomobil X6 mülkiyyətə (satılmışdır) verilmişdir. Məhkəmə hesab edir ki, həmin avtomobilə dair X5 mülkiyyətə qanuni gözləntiləri vardır.

12. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər.

13. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur.

14. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, mərhum X5 “SAZ-3507” markalı 57-32AZH qeydiyyat nişanlı avtomobildən ibarət əmlaka dair mülkiyyət hüququnun gözləntisi olmuş və həmin əmlak X5 mülkiyyəti kimi qiymətləndirilməlidir.

15. X9 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra “SAZ-3507” markalı 57-32AZH qeydiyyat nişanlı avtomobil miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin avtomobil X3 qalmış miras kütləsinə daxil edilməlidir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

17. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından X3 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. - 1166-cı maddəsinə əsasən, Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. - 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. - 1243.2-ci maddəsinə əsasən, Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. - 1243.3-ci maddəsinə əsasən, Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

19. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, miras qoyanın qanun üzrə vərəsə ola biləcək digər vərəsələri arasında miras əmlakın qəbulu ilə bağlı hər hansı mübahisə yoxdur. Ərizəçi isə atasının ölümündən sonra qalmış mirası qanun üzrə vərəsə olaraq qəbul etmişdir. Belə ki, miras qalmış əmlak hazırda da ərizəçinin faktiki nəzarətindədir və həmin əmlakı o idarə edir.

20. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X1 miras qalmış, “SAZ-3507” markalı 57-32AZH dövlət qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. - 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

V. Nəticə

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

Ərizə təmin edilsin. X1 miras qalmış, “SAZ-3507” markalı 57-32AZH dövlət qeydiyyat nişanlı avtomobildən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə əmlak üzrə paylara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar