Məhkəmə qərarları › İş №2(042)-1361/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1361/2025

09.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1361/2025 09.12.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçi “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki iş (açar sözlər: hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında, şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. Ərizəçi məhkəməyə ərizə verərək, 1*.*9.2***-ci il tarixində X8 Bakı şəhərində doğulmuş, 29.*9.2*2*-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuş X4 onunla qohumluq münasibətində olması, yəni X4 onun oğlu olması hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1974-cü ildə ünvan 1 ünvanında anadan olmuşdur. Bakı şəhərində qeydiyyatda olan və yaşayan X7 ilə 1999-cu il tarixində qeyri-rəsmi ailə qurmuşdur. Onların bir ailə kimi rəsmi nikahları olmasa da onların faktiki nikahdan 1*.*9.2***-ci il tarixində X8 adında bir övladları olmuşdur. Sənədlərdən başı çıxmadığından 1*.*9.2***-ci il tarixində doğulmuş oğlu X5 atalıq verməmişdir. O, X7 ilə 2**4-cü ilə kimi birgə yaşamış, ondan sonra o, ailəsini və övladını Bakı şəhərində qoyaraq, onları saxlamaq məqsədi ilə Rusya Federasiyasına pul qazanmaq məqsədi ilə getmişdir. O, Rusiya Federasiyasında 2**5-ci il tarixdə erməni millətindən olan bir şəxsi bıçaqladığı üçün 4 il müddətində həbs edilmiş, 2**9-cu il tarixdə həbsdən çıxmağına baxmayaraq yenə də təkrarən erməni millətindən olan bir şəxsi bıçaqladığı üçün 4 il müddətində həbs edilmişdir. 2*13-cü il tarixdə ikinci həbsindən çıxdıqdan sonra 3 dəfə yenə də erməni millətindən olan bir şəxsi bıçaqladığı üçün 4 il müddətində həbs edilmişdir. 2*17-ci il tarixdə həbsdən azad edildikdən sonra vətəni Azərbaycana gəlmişdir. Həmin vaxtdan sonra ailəsinin uşağının yanında yaşamağa başlamışdır. O, Rusiya Federasiyasında və Azərbaycan Respublikasında olanda da 1*.*9.2***-ci il tarixində doğulmuş oğlu X5 həmişə ata qayğısı göstərmiş, bir ata kimi həmişə ona maddi-mənəvi dəstək olmuşdur. 2*19-cu il tarixində oğlu X6 həqiqi hərbi xidmətə yola salmışdır. Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlamışdır. X2 hərbi xidmətdə olduğu dövürlərdə də həmişə bir ata kimi X3 ilə görüşlərinə gedib-gəlmişdir. 29.*9.2*2*-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. Ona şəhidlik statusu, suqovuşanın azad edilməsinə görə, Vətən Uğrunda və Cəsur Döyüşçü medalları verilmişdir. Qohumluq faktı ona oğlu 1*.*9.2***-ci il tarixində X1 düzəldilməsi, doğum haqqında şəhadətnaməsinin alınması üçün lazımdır. X3 oğlu X8 şəhid olduqdan sonra ağır xəstəliklərə düçar olaraq huşunu itirmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsinin 14.*2.2*25-ci il tarixli 67 nömrəli arayışında qeyd edilir ki, 1974-cü il təvəllüdlü Ərizəçi ondan ötrü ki, onun mərhum oğlu 1*.*9.2***-ci il təvəllüdlü əsgər - X8 29.*9.2*2*-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 29.*9.2*2*-ci il tarixdən X8 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilir.

II. Tərəflərin mövqeləri və şahid ifadələri:

3. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə oxşar izahat verdi və ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Şahidlər Şahid1 Oktay oğlu, Şahid2 və Şahid3 məhkəmə iclasında ifadələrində X4 Ərizəçi övladı olmasını təsdiq etdilər.

5. Maraqlı şəxslər Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə və Bakı şəhəri Nərimanov rayon Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə ərizəçini və şahidləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.

8. Belə ki, mülki iş materiallarında olan; - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 29.*9.2*2*-ci il tarixdə hərbi əməliyyatlar zamanı aldığı xəsarətlər nəticəsində ölmüşdür. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsi tərəfindən verilmiş 14.*2.2*25-ci il tarixli, 67 saylı arayışdan görünür ki, Ərizəçi mərhum oğlu 1*.*9.2***-ci il təvəllüdlü əsgər – X8 29.*9.2*2*-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası qanununa əsasən 29.*9.2*2*-ci il tarixdən X8 “şəhid”, onun ailəsi isə “şəhid ailəsi” hesab edilir. - Bakı şəhəri Nərimanov rayon Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 15.*2.2*25-ci il tarixli məktubdan görünür ki, 1*.*9.2***-ci il təvəllüdlü X8 barəsində atalığın müəyyən edilməsi qeydiyyat orqanında mümkün olmamışdır.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 3*7.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 3*7.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. - 3*8-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 1*. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.*4.2*19-cu il tarixli, *3 saylı qərarının 2-ci bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində qanun üzrə vərəsələr qeyd edilmiş və 1159.2-ci maddəyə əsasən ikinci növbəli vərəsələr - ölənin bacıları və qardaşları sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

12. Məhkəmə iclasında müəyyən edildi ki, mərhum X8 Ərizəçi övladıdır. Bu hal ərizəçinin izahatı, şahid ifadələri və iş materialları ilə təsdiqini tapır. X8 ilə ərizəçinin qohumluq faktının müəyyən edilməsi ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. X8 öldüyündən onun Ərizəçi ilə qohumluq münasibətində olmasının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. Odur ki, ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir.

13. Məhkəmə ərizəçinin izahatın dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutları hərtərəfli araşdırıb hesab edir ki, ərizə təmin edilməli, 29.*9.2*2*-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuş X4 xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi övladı (oğlu) olmasına dair qohumluq münasibətlərinin olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.

V. Nəticə:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 326, 36*, 362ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. 29.*9.2*2*-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuş X4 xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi övladı (oğlu) olmasına dair qohumluq münasibətlərinin olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar