Məhkəmə qərarları › İş №2(042)-141/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-141/2023

25.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-141/2023 25.01.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, iddiaçı Ərizəçi maraqlı şəxs Şəmkir Rayon Notariat Ofisinə qarşı miras əmlakın vəsiyyətnamə üzrə qəbul edilməsi faktının müəyyən edilməsi haqqında ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi cavabdeh Şəmkir Rayon Notariat Ofisinə qarşı mərhum X1 miras qalmış, Gədəbəy rayonu, Mormor kəndində yerləşən, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********62-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli elektron çıxarış əsasında onun adına mülkiyyət hüququ ilə qeydə alınmış ümumi sahəsi 42.60 kv.m olan fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsindən ibarət mirasın vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, mərhum X3 onun anasının anası, yəni, nənəsidir. X3 xx.xx.2000-ci il tarixədək onunla Gədəbəy rayonu, Mormor kəndində yaşamış, nənəsinə o, qulluq etmişdir. Bu səbəbdən nənəsi xx.xx.2000-ci il tarixdə vəsiyyətnamə verərək bütün əmlakını ona vəsiyyət edərək, digər vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. O, da nənəsi vəfat etdikdən sonra onun bütün dəfn xərclərini çəkərək, onu dəfn etdirmişdir. Həmin vaxtdan sonra X1 miras qalmış evdə yaşamış, mirası faktiki qəbul etmişdir. Hazırda həmin evdə yaşayır, işıq, qaz, və digər kommunal xərcləri ödəyir. O, nənəsindən miras qalmış əmlakı adına sənədləşdirmək istəyir. X1 Gədəbəy rayonu, Mormor kəndində yerləşən, ümumi sahəsi 42.60 kv.m olan fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsi miras qalmışdır. Fərdi yaşayış evi və torpaq sahəsi X7 ölümündən sonra, yəni xx.xx.2022-ci il tarixdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bu barədə **********62-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli elektron çıxarış verilmişdir. O, miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şəmkir Rayon Notariat Ofisinə müraciət etmiş, lakin Şəmkir Rayon 2 saylı Dövlət Notariat Ofisi tərəfindən ona mirasın qəbulu üçün müddəti keçirdiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Nənəsindən qalmış miras əmlakla bağlı heç bir mübahisə yoxdur. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Şəmkir Rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsini məhkəmə iclasına göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5. və 185.6-cı maddələrinin tələblərini nəzərə alaraq, işə maraqlı şəxsin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahat verərək, bildirmişdir ki, Ərizəçi yaxın qonşusudur. Ərizəçinin nənəsi X2 rayonu, Mormor kəndində yaşamışdır. Onun mülkiyyətində həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi olmuşdur. Onun ərizəçinin anası X4 başqa, övladı olmamışdır. X11 öz əmlakını ərizəçiyə vəsiyyət etmiş və 2000-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra miras qalmış evdə Ərizəçi yaşamış və təsərrüfatı idarə etmişdir. X7 yeganə övladı X9 2010-cu ildə ölmüşdür. Məhkəmə iclasında X17 və X15 eyniməzmunlu ifadələr vermişlər. İşdə olan Çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********62-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən Gədəbəy rayonunun Mormor kəndində yerləşən 0.25 ha torpaq sahəsi və üzərində yerləşən 42.6 kv.m fərdi yaşayış evinə xx.xx.2022-ci il tarixdə X7 mülkiyyət hüququ tanınmışdır. İşdə olan Vəsiyyətnamənin surətindən görünür ki, X2 rayonunun Mormor kəndində yerləşən bütün əmlakını Ərizəçi vəsiyyət etmişdir. İşdə olan X8 görünür ki, X11 xx.xx.2000-ci ildə Gədəbəy rayon Mor-mor kəndində ölmüşdür. İşdə olan Arayışdan görünür ki, Nağıyev X14 rayonunun, Mormor kəndində qeydiyyatda olmaqla yaşayır. İşdə olan X6 surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə Gədəbəy rayonun Mor-mor kəndində doğulmuş, atası qrafasında X22, anası qrafasında X9 qeyd edilmişdir. İşdə olan X19 surətindən görünür ki, X10 xx.xx.1946-cı il tarixdə doğulmuş, atası qrafasında X18, anası qrafasında X12 qeyd edilmişdir. İşdə olan X8 görünür ki, X9 xx.xx.2010-cu ildə Gədəbəy rayon Mor-mor kəndində ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Beləliklə, ərizəçinin mərhum X3nın mülkiyyətində Gədəbəy rayonu, Mormor kəndində 0.25 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi olmuşdur. O, əmlakını ərizəçiyə vəsiyyət etmiş və 2000-ci ildə vəfat etmişdir. Mirasqoyanın ərizəçinin anasından başqa, övladı olmamışdır. Ərizəçinin anası 2010-cu ildə vəfat etmişdir. Ərizəçi miras qalmış evdə yaşamış, təsərrüfatı idarə etmiş və bununla da mirası qəbul etmişdir. Ona görə də ərizə təmin edilməli, X5 miras qalmış, Gədəbəy rayonu, Mormor kəndində yerləşən, 0.25 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən ibarət mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X5 miras qalmış, Gədəbəy rayonu, Mormor kəndində yerləşən, 0.25 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən ibarət mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar