Məhkəmə qərarları › İş №2(042)-143/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-143/2024

29.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-143/2024 29.01.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 1932-ci il tarixdə anadan olmuş və xx.xx.2014-cü il tarixdə vəfat etmiş bibisi X9 münasibətdə və eləcə də onun G.Məsimovaya münasibətdə qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X10 onun doğma bibisidir. Mərhum X19 ölənə kimi Gədəbəy rayonu, Novosaratovka kəndində yaşamışdır. Bibisi 1963-cü il tarixdə Qazax rayon sakini olmuş X22 adlı şəxslə rəsmi nikaha girərək evlənmiş və 2 il bilikdə yaşadıqdan sonra boşanmışlar. Bibisi sonra heç kəslə ailə qurmamışdır. Bibisinin bütün sənədlərində soyadı qızlıq soyadı ilə “Məsimova” kimi qeyd edilmişdir. X19 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Bibisi ölməmişdən öncə özünə məxsus fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə çıxarış almışdır. Bununla yanaşı bibisi xx.xx.2012-ci il tarixdə onun adına vəsiyyətnamə vermişdir. Hal-hazırda o bibisinə məxsus olan evdə yaşayır və mərhum bibisindən miras qalmış mülkü öz adına rəsimləşdirmək məqsədi ilə DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciət edərkən ona bildirilmişdir ki, Gədəbəy rayon Notariat ofisinə qanun üzrə vərəsəlik şəhadətnaməsi almalıdır. O, bununla bağlı notarat ofisinə müraciət etsə də mərhum bibisi X6 nikah şəhadətnaməsində soyadı “Cavadova” kimi qeyd edildiyindən və onun mərhum bibisi G.Məsimovaya münasibətdə qohumluq faktının müəyyən edildikdən sonra həmin mülki o öz adına rəsimləşdirə bilər. O, bu barədə Maraqlı şəxsnə müraciət etsə də ona imtina məktubu verilmiş və həmin məktubda qeyd edilmişdir ki, X19nın nikah akt qeydləri kitabında düzəliş edilməsi mümkün deyil, onun mərhum bibisi X9 münasibətdə qohumluq münasibətinə olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bununla bağlı Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktubları verilmişdir. Gədəbəy rayon Notorat Kontoru tərəfindən ona bildirilmişdir ki, mərhum bibisi X9 münasibətdə qohumluq faktı məhkəmə qaydasında müəyyən edilərsə ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün hesab edilə bilər. 1932-ci il tarixdə anadan olmuş və xx.xx.2014-cü il tarixdə vəfat etmiş mərhum bibisi X6 ona münasibətdə qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını istəyir. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, bibisi X10 başqa şəxslə ailə qurub, ayrılmışdır. Lakin soyadı dəyişməmişdir. O, bibisindən qalmış miras mülkün qəbulu ilə bağlı Notariat ofisinə müraciət edən zaman ona bibisi ilə qohumluq faktının məhkəmə qaydasında müəyyən edilməli olduğu bildirilmişdir. Bibisi Gədəbəy rayonu, Saratovka kəndində onunla birlikdə yaşamışdır. Bibisinin övladı olmamışdır. O, 7-ci sinifdə oxuyan vaxtdan bibisinin yanında yaşamış və bibisinə o baxmışdır. Bibisi tərəfindən ona vəsiyyətnamə verilmiş, vəsiyyətnamədə bibisinin soyadı Məsimova kimi qeyd edilmişdir. Lakin bibisi ailə qurduğu zaman nikah haqqında şəhadətnamədə soyadı Cavadova kimi qeyd edilmişdir. Ona görə də notariat ofisi tərəfindən ona məhkəmə qaydasında bibisi ilə qohumluq faktının müəyyən edilməli olduğu bildirilmişdir. Atasının soyadı Ələkbərov olmasına baxmayaraq bisinini soyadı ana soyadı ilə, Məsimova kimi qeyd edilmişdir. Atası gilə 4 bacı 1 qardaş olmuşdur. Atasının bacıları rəhmətə getmişdir. Atası yaşayır. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X3 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonu, İnəkboğan kəndində yaşayır. Ərizəçi onun qardaşıdır. X2 vəfat edib. Qardaşı Ramin bibisinin yanında yaşamışdır. X6 ərizəçinin bibisi olmasını təsdiq edir. X4 məhkəmə iclasında X3nun ifadəsinə uyğun ifadə verdilər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Gədəbəy rayon İHB-nın Novosaratovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli, 872 saylı arayışdan görünür ki, Ərizəçi RİHB Novosaratovka kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 06 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 14-cü səhifəsinə, 438 nömrəli şəxsi hesabına əsasən qeyd edilmişdir və ərazidə yaşayır. İşdə olan ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2014-cü il tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndində ölmüşlər. İşdə olan nikah akt qeydləri kitabından çıxarışdan görünür ki, X22 ilə X12 xx.xx.1963-cü il tarixdə nikahlarını Gədəbəy rayon İnəkboğan kənd İƏD üzrə nümayəndəliyində bağlamışlar, ərə Cavadov, arvada Cavadova soyadı verilmişdir. İşdə olan ölüm haqqında arayışdan görünür ki, X22 xx.xx.2010-cu il tarixdə Qazax rayonu, Ağköynək kəndində ölmüşdür. İşdə olan 201312 nömrəli doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 xx.xx.1949-cu il tarixdə doğulmuş, atası qrafasında X18, anası qrafasında X8 qeyd edilmişdir. İşdə olan 374022 nömrəli doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə doğulmuş, atası qrafasında X16, anası qrafasında X5 qeyd edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi xx.xx.2010-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə tam olaraq X6 adına ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2012-ci il tarixdə X10 tərəfindən verilmiş, Gədəbəy rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, X10 ona məxsus olan Gədəbəy rayonu, Novosaratovka kəındində yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini bütövlükdə Ərizəçi vəsiyyət etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 03 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 52 saylı, xx.xx.2001ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları”nın 1-ci bəndinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə kifayət qədər əsaslar verən sənədlər olmadığı səbəbdən mərhum bibisi X6 nikah haqqında akt qeydində soyadına düzəliş edilməsinə dair ərizəsinin qeydiyyat orqanında təmin edilməsi mümkün deyil. Məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və işdəki digər sübutlarla təsdiq edildi ki, ərizəçi xx.xx.1984-cü ildə anadan olmuşdur. Ərizəçinin bibisi X10 olmuşdur. Bibisi xx.xx.2014-cü ildə ölmüşdür. Hazırda yaşadığı ev bibisindən miras qalmışdır. Ərizəçi vərəsəlik haqqında şəhadətnamə almaq istəyərkən bibisinin soyadında nikah haqqında şəhadətnaməsi ilə digər sənədləri arasında uyğunsuzluq olduğuna görə, X10 ilə ərizəçinin qohum olmasını müəyyən etmək zərurəti yaranmışdır. Ərizəçiyə qohumluq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. X10 öldüyündən onun Ərizəçi ilə qohumluq münasibətində olmasının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. X1 ərizəçinin bibisi olması ərizəçinin izahatı, şahid ifadələri və işdə olan sübutlarla öz təsdiqini tapır. Odur ki, ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. 31 avqust 2014-cü il tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndində vəfat etmiş X6 xx xxxxxx 1984-cü il tarixdə doğulmuş Ərizəçi ilə qohumluq münasibətində, yəni X1 Ərizəçi bibisi olması hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar