Məhkəmə qərarları › İş №2(042)-145/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-145/2021

09.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-145/2021 09.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, ilkin iddia ərizəsi üzrə İddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi X2 iştirakları ilə, ilkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh və üçüncü şəxs DƏDRX-nin 11 Saylı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin plan və ölçü sənədinin etibarsız hesab edilməsi və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı torpaq sahəsinin boşaldılması və tikilinin sökülməsi tələblərinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İlkin iddia ərizəsi üzrə İddiaçı Cavabdeh qarşı Cavabdeh adına Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə qeyd edilmiş torpaq sahəsinin plan və ölçü sənədinin etibarsız hesab edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı JN-006A, KOD 50501004 saylı Torpaq Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında mülkiyyətində olan 0.05 ha həyətyanı torpaq sahəsinin sənəd üzərində yerinin müəyyən edilməsi və İddiaçı tərəfindən zəbt edilmiş torpaq sahəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və zəbtdən azad edilməsi haqqında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, Gədəbəy RİHB-nınn şəhər nümayəndəliyinin 07.05.1996- cı il tarixli 138 saylı sərəncamına əsasən ona 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən o istifadə etmiş, orada yaşamış və ev tikdirmişdir. Lakin Gədəbəy rayonunda islahat aparılan zaman həmin torpaq sahəsi AİK-nın 28.08.1998-ci il tarixli 09 nömrəli qərarı ilə qardaşı Cavabdeh adına qeyd edilmişdir. O, həmin torpaq sahəsinə dair verilmiş sxem və sərəncamla birlikdə DƏDRX-nin 11 saylı Ərazi idarəsinə müraciətlər etsə də ona 21.09.2020-ci il tarixdə **********11 saylı imtina məktubu verilmiş və mübahisəli torpaq sahəsinə dair verilmiş plan ölçü sənədi etibasız hesab edilərsə ona hüquqmüyyənedici sənədin verilməsi mümkün olması bildirilmişdir. Qardaşı Cavabdeh onun adına verilmiş torpaq sahəsinə dair plan ölçü sənədinin etibarsız hesab edilməsi və yaxud səhvən onun adma verilməsi barədə ərizə verməkdən imtina edir. Ona görə də ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələblərinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında ilkin iddia tələbinə etiraz etmiş, qarşılıqlı iddia ərizəsinin məzmunuma uyğun izahat verərək bildirmişdir ki, İddiaçı onun mülkiyyətində olan 0.05 ha torpaq sahəsini zəbt edərək orada yaşayış evi tikmişdir. O, İddiaçı ona məxsus torpaq sahəsininin zəbtdən azad etməsini tələb etdikdən sonra o, qanunsuz və əsassız olaraq ona qarşı iddia qaldırmışdır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə ona Gədəbəy rayonu, Qumlu kəndində 0.05 ha həyətyanı torpaq sahəsi verilib. Həmin torpaq sahəsi 23 ildir qanuni və əsaslı olaraq onun mülkiyyətindədir. Lakin İddiaçı 23 ildən sonra ona qarşı iddia qaldıraraq Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28.08.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə qeyd edilmiş (kod:**********0005 nömrəli) “Torpaq sahəsinin plan və ölçü” sənədinin etibarsız hesab edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında Dövlət Aqrar İslahatı Komissiyası yaradılmış və Prezidentin 20 aprel 2005-ci il tarixli, 226 nömrəli Fərmanı ilə ləğv edilmişdir. Azərbaycan Respublikasında Aqrar İslahat Kommissiyası yaradılana kimi, yəni 1995-ci ilədək vətəndaşlara torpaq sahələrinin verilməsi yalnız rayon X5 İcraiyye Komitəsinin qərarı əsasında verilmişdir. Ona görə də ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 eyniməzmunlu izahat verərək, ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələblərinin təmin edilməsini xahiş edir. Üçüncü şəxs DƏDRX-nin 11 Saylı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan məktubdan görünür ki, İddiaçı Gədəbəy şəhər icra nümayəndəliyinin 07.05.1996-cı il tarixli 138 saylı sərəncamı ilə ayrılmış 0.10 ha torpaq sahəsinə Cavabdeh adına 28.08.1998-ci il tarixdə Torpaq sahəsinin planı və ölçüsü sənədi işlənmişdir. İşdə olan sərəncamın surətindən görünür ki, Gədəbəy şəhər icra nümayəndəliyinin 07.05.1996-cı il tarixli 138 saylı sərəncamı ilə İddiaçı 0.10 ha torpaq sahəsi verilmişdir. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy şəhərində yerləşən 0.2298 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. İşdə olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli qərarına 0.05 ha torpaq sahəsi verilmişdir. İşdə olan Mütəxəssis Rəyindən görünür ki, Seriya RX ******* saylı Çıxarış əsasında Cavabdeh məxsus olan Gədəbəy rayonunun Qumlu kəndində yerləşən 0.2298 ha torpaq sahəsi bütövlükdə İddiaçı tərəfindən istifadə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məcəllənin 158-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Məcəllənin 19-cu maddəsinə əsasən, Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gədəbəy RİHB-nın şəhər nümayəndəliyinin 07.05.1996- cı il tarixli 138 saylı sərəncamına əsasən İddiaçı 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində İddiaçı ev tikmiş, torpaq sahəsindən istifadə etmişdir. Lakin Gədəbəy rayonunda islahat aparılan zaman həmin torpaq sahəsi AİK-nın 28.08.1998-ci il tarixli 09 nömrəli qərarı ilə Cavabdeh adına qeyd edilmişdir. Məhkəmə həmin torpaq sahəsinin 07.05.1996- cı il tarixdə İddiaçı verilməsini nəzərə alaraq, həmin torpaq sahəsinə bundan sonra digər şəxsin adına verilmiş sənədlərin etibarsız olması qənaətinə gəlir. Eyni zamanda mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Seriya RX ******* saylı Çıxarış əsasında Cavabdeh məxsus olan Gədəbəy rayonunun Qumlu kəndində yerləşən 0.2298 ha torpaq sahəsi bütövlükdə İddiaçı tərəfindən istifadə edilir. Yəni, ilkin iddia ərizəsi üzrə iddiaçı 07.05.1996- cı il tarixdə verilmiş torpaq sahəsinin sərhədlərini aşaraq, Cavabdeh məxsus torpaq sahəsini də zəbt etmişdir. Ona görə də ilkin iddia tələbi qismən təmin edilməli, Gədəbəy Rayon AİK-nın 28.08.1998-ci il tarixli 09 nömrəli qərarı əsasında işlənmiş Torpaq sahəsinin Planı və Ölçüsü sənədi Gədəbəy RİHB-nın şəhər nümayəndəliyinin 07.05.1996- cı il tarixli 138 saylı sərəncamı ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinin hüdudları nəzərə alınmaqla dəyişdirilməli, qarşılıqlı iddia tələbləri qismən təmin edilməli, Alıyev X3 RİHB-nın şəhər nümayəndəliyinin 07.05.1996- cı il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin hüdudlarından kənar zəbt etdiyi torpaq sahəsindən çıxarılmalıdır. İddia tələbləri üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. Gədəbəy Rayon AİK-nın 28.08.1998-ci il tarixli 09 nömrəli qərarı əsasında işlənmiş Torpaq sahəsinin Planı və Ölçüsü sənədi Gədəbəy RİHB-nın şəhər nümayəndəliyinin 07.05.1996- cı il tarixli 138 saylı sərəncamı ilə İddiaçı ayrılmış 0.1 ha torpaq sahəsinin hüdudları nəzərə alınmaqla dəyişdirilsin. Qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. Alıyev X3 RİHB-nın şəhər nümayəndəliyinin 07.05.1996- cı il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin hüdudlarından kənar zəbt etdiyi Cavabdeh məxsus torpaq sahəsindən çıxarılsın. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar