Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-15/2025 04.03.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı3 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı paylarının naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1,İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı Gədəbəy rayonu, Qumlu kəndində yerləşən JN-313A Kod 50501004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair,şəhadətnamə əsasında paylı mülkiyyətlərində olan 0.25 ha həyətyanı torpaq sahəsində iddiaçılar İddiaçı1,İddiaçı2 və İddiaçı3 hər birinin 1/6 hissədə payın naturada ayrılması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə baxışı iclasında İddiaçı1 iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə Gədəbəy rayonu, Qumlu kəndində X1, X2, X3, İddiaçı1 Hüsyn qızının, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(042)-201/2022 saylı qətnaməsi ilə mərhumlar X2 və X1 ölümündən sonra miras qalmış Gədəbəy rayonu, Qumlu kəndində yerləşən JN 313 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair“ şəhadətnamə əsasında birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin 2/6 hissəsindən və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən ibarət miras əmlaka qanun üzrə vərəsələr X3 1/4 hissədə, Cavabdeh3 ¼ hissədə, Cavabdeh2 ¼ hissədə və Cavabdeh1 ¼ hissədə payları müəyyən edilmişdir.Hazırda həmin torpaq sahəsindən iddiaçıların hər birinin 1/6 hissə payı vardır. Onlar həmin payların naturada ayrılmasını istəyirlər. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında İddiaçı3 eyniməzmunlu izahat vermiş, iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 və cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 259.0.6.; 185.4 və 185.5-ci maddələrinin tələblərini nəzərə alaraq, işə İddiaçı2 və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, 21 dekabr 2022-ci il tarixdə ünvan 1 ünvanında 0.25 ha həyətyanı torpaq sahəsinə X5, İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin 1/4 hissədə mülkiyyət hüquqları qeydə alınmışdır. İşdə olan ekspert rəyindən görünür ki, torpaq sahəsində payların ayrılması texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı3 izahatlarını və iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Rerspublikası Mülki Məcələsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsindən iddiaçıların paylarının ayrılması texniki cəhətdən mümkün deyildir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-15/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-15/2025
04.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver