Məhkəmə qərarları › İş №2(042)-1504/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1504/2025

07.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1504/2025 07.01.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əmlakın çıxarılması tələbi barədə mülki iş (açar sözlər: əmlakın çıxarılması tələbi ilə əlaqədar mübahisələr) hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı əmlakın çıxarılması tələbi haqqında iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, müəyyən etdi: I. İşin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qalmış Cavabdeh məxsus cehiz əşyalarının – 1 ədəd paltaryuyan maşın, 1 ədəd stol və 8 ədəd stul, 1 ədəd televizor altlığı, 4 ədəd çilçıraq, 1 ədəd çörəkbişirən soba, 1 ədəd qaz sobası, 1 ədəd ikinəfərlik çarpayı, 1 ədəd ütü altlığı, 1 ədəd trümo, 1 ədəd şkaf, 1 ədəd təknəfərlik çarpayı, 1 ədəd elektrik çaydanı (tefal), 2 ədəd 3x4 m ölçülü xalça, 1 ədəd 3x2 m ölçülü dairəvi xalça, 1 ədəd 1.5x3.5 m ölçülü dairəvi çalça, 1 ədəd 80 x 160 sm ölçülü xalça, 1 ədəd kiçik xalça, 1 ədəd çamadan, 1 ədəd elektrikli sac, 2 ədəd döşək, 3 ədəd yorğan, 1 ədəd ikinəfərlik yorğan, 6 ədəd döşəkçə, 4 ədəd balış, 1 ədəd təknəfərlik çarpayı, 1 ədəd divar saatı, 8 ədəd pərdə, 1 ədəd zibil vedrəsi və qab-qacaq dəstinin Cavabdeh tərəfindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qalmış, Cavabdeh məxsus cehiz əşyalarının – 1 ədəd künc divanı, 1 ədəd tozsoran, 1 ədəd ütü, 1 ədəd şirəçəkən, 1 ədəd paltaryuyan maşın, 1 ədəd stol və 8 ədəd stul, 1 ədəd televizor altlığı, 4 ədəd çil-çıraq, 1 ədəd çörəkbişirən soba, 1 ədəd qaz sobası, 1 ədəd ikinəfərlik çarpayı, 1 ədəd ütü altlığı, 1 ədəd trümo, 1 ədəd şkaf, 1 ədəd təknəfərlik çarpayı, 1 ədəd elektrik çaydanı (tefal), 2 ədəd 3x4 m ölçülü xalça, 1 ədəd 3x2 m ölçülü dairəvi xalça, 1 ədəd 1.5x3.5 m ölçülü dairəvi çalça, 1 ədəd 80 x 160 sm ölçülü xalça, 1 ədəd kiçik xalça, 1 ədəd çamadan, 1 ədəd elektrikli sac, 2 ədəd döşək, 3 ədəd yorğan, 1 ədəd ikinəfərlik yorğan, 6 ədəd döşəkçə, 4 ədəd balış, 1 ədəd təknəfərlik çarpayı, 1 ədəd divar saatı, 8 ədəd pərdə, 1 ədəd zibil vedrəsi və qab-qacaq dəstinin Cavabdeh tərəfindən çıxarılmasına dair qətnamə qəbul edilmsəini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə Cavabdeh ilə evlənmiş, aralarında nikah olmamışdır. Birgə yaşadıqları dövrdə övladları olmamışdır. Aysunla cəmi 1 ay bir ailədə yaşamış, sonra aralarında baş vermiş narazılığa görə ayrılmışlar. Ayrılmaqlarına səbəb xasiyyətlərinin uyğun gəlməməsi, cavabdehin ona hörmət qoymaması, sonuncu dəfə onu bıçaqla hədələməsi olmuşdur. Həmin vaxtdan Aysun atası evində yaşayır. O Aysunla evləndikdən sonra Aysun mülkiyyət hüququ ilə ona məxus olan, ünvan 1 ünvanında yerləşən evə cehiz əşyalarnı gətirmişdir. Ayrılmaqlarına baxmayaraq Aysunun cehiz əşyaları ona məxsus evdə qalmışdır. Dəfəlrələ Aysuna və valideynlərinə cehiz əşyalarının çıxarılmasını tələb etsə də cavabdeh cehizi onun evimdən çıxarmır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Aysunun onun evində qalmış cehiz əşyaları 1 ədəd künc divanı, 1 ədəd tozsoran, 1 ədəd ütü, 1 ədəd şirəçəkən, 1 ədəd paltaryuyan maşın, 1 ədəd stol və 8 ədəd stul, 1 ədəd televizor altlığı, 4 ədəd çil-çıraq, 1 ədəd çörəkbişirən soba, 1 ədəd qaz sobası, 1 ədəd ikinəfərlik çarpayı, 1 ədəd ütü altlığı, 1 ədəd trümo, 1 ədəd şkaf, 1 ədəd təknəfərlik çarpayı, 1 ədəd elektrik çaydanı (tefal), 2 ədəd 3x4 m ölçülü xalça, 1 ədəd 3x2 m ölçülü dairəvi xalça, 1 ədəd 1.5x3.5 m ölçülü dairəvi çalça, 1 ədəd 80 x 160 sm ölçülü xalça, 1 ədəd kiçik xalça, 1 ədəd çamadan, 1 ədəd elektrikli sac, 2 ədəd döşək, 3 ədəd yorğan, 1 ədəd ikinəfərlik yorğan, 6 ədəd döşəkçə, 4 ədəd balış, 1 ədəd təknəfərlik çarpayı, 1 ədəd divar saatı, 8 ədəd pərdə, 1 ədəd zibil vedrəsi və qab-qacaq dəstindən ibarətdir. Bununla bağlı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasından sonra proses davam etdirilə bilməmiş, bununla əlaqədar ona ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir.

II. Tərəflərin mövqeləri:

4. İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil məhkəmə baxış iclasında iddia ərizəsində göstərilənlərlə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etirz etmiş və izahat verərək bildirmişdir ki, onun cehiz əşyaları iddiaçıya məxsus olan evdə qalsa da, iddiaçı onun qızıllarını geri qaytarmadığı üçün o da cehiz əşayalrını çıxarmamışdır. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası MPM-nin : - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və işdə olan sübutları təhqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir.

8. Belə ki, işdə olan: - Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrinən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayıış evi mülkiyyət hüququ qeydiyyata alınmışdır. -Sənədlərdən görünür ki, iddiaçı məhkəmədə 60 manat ilkin mediasiya xərci çəkmiş və 40 manat dövlət rüsumu ödəmişdir.

9. Ədаlət мühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlарın müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquгlарı üzrə Avrоpа məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respuбlикасı Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası “İnsan hüquqlarının və azadlıqların müdafıəsi haqqında” Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onуn Protokollarının təfsiri və tətbиqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasnın məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanları Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidir.

10. İnsan Hüquqları üzrə Аvrоpа Мəhкəмəsinin "Mahmudovуn Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin мəhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. “affirmanti, non neganti, incumbit probalion” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

11. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir.

12. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

13. Azərbaycan Respublikası Konstitusiyasının: - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

15. Beləliklə, işin mübahisə edilməyən hallarından görünür ki, tərəflər 2025-ci ilin iyul ayında nikah bağlamadan ailə qurmuşlar. İddiaçının mülkiyyətində ünvan 2 ünvanında fərdi yaşayış evi vardır. Cavabdeh iddiaçı ilə ailə qurduqdan sonra cehiz cehiz əşyalarını həmin evə gətirmişdir. Baş vermiş ailə mübahisələrinə görə cavabdeh evdən çıxıb atası evinə getmiş, cehiz əşyaları isə qalmışdır. Cavabdeh özü də cehiz əşyalarını hazırda həmin evdə qalmasını mübashiələndirməmişdir. İddiaçı mülkiyyət hüququndan məhrum olmasa da, cehiz əşyalarının onun evində yerləşməsi onun öz mülkiyyətindən maneəsiz şəkildə istifadə etməsini məhdudlaşdırır. Ona görə də iddia tələbi təmin edilməli, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus evə yığılmış, Cavabdeh məxsus olan 1 ədəd künc divanı, 1 ədəd tozsoran, 1 ədəd ütü, 1 ədəd şirəçəkən, 1 ədəd paltaryuyan maşın, 1 ədəd stol və 8 ədəd stul, 1 ədəd televizor altlığı, 4 ədəd çil-çıraq, 1 ədəd çörəkbişirən soba, 1 ədəd qaz sobası, 1 ədəd ikinəfərlik çarpayı, 1 ədəd ütü altlığı, 1 ədəd trümo, 1 ədəd şkaf, 1 ədəd təknəfərlik çarpayı, 1 ədəd elektrik çaydanı (tefal), 2 ədəd 3x4 m ölçülü xalça, 1 ədəd 3x2 m ölçülü dairəvi xalça, 1 ədəd 1.5x3.5 m ölçülü dairəvi çalça, 1 ədəd 80 x 160 sm ölçülü xalça, 1 ədəd kiçik xalça, 1 ədəd çamadan, 1 ədəd elektrikli sac, 2 ədəd döşək, 3 ədəd yorğan, 1 ədəd ikinəfərlik yorğan, 6 ədəd döşəkçə, 4 ədəd balış, 1 ədəd təknəfərlik çarpayı, 1 ədəd divar saatı, 8 ədəd pərdə, 1 ədəd zibil vedrəsi və qab-qacaq dəstindən ibarət cehiz əşyaları cavabdeh tərəfindən evdən çıxarılmalıdır.

16. İddia tələbi təmin edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərci və və dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

17. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

qət etdi:

İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən evə yığılmış Cavabdeh məxsus olan 1 ədəd künc divanı, 1 ədəd tozsoran, 1 ədəd ütü, 1 ədəd şirəçəkən, 1 ədəd paltaryuyan maşın, 1 ədəd stol və 8 ədəd stul, 1 ədəd televizor altlığı, 4 ədəd çil-çıraq, 1 ədəd çörəkbişirən soba, 1 ədəd qaz sobası, 1 ədəd ikinəfərlik çarpayı, 1 ədəd ütü altlığı, 1 ədəd trümo, 1 ədəd şkaf, 1 ədəd təknəfərlik çarpayı, 1 ədəd elektrik çaydanı (tefal), 2 ədəd 3x4 m ölçülü xalça, 1 ədəd 3x2 m ölçülü dairəvi xalça, 1 ədəd 1.5x3.5 m ölçülü dairəvi çalça, 1 ədəd 80 x 160 sm ölçülü xalça, 1 ədəd kiçik xalça, 1 ədəd çamadan, 1 ədəd elektrikli sac, 2 ədəd döşək, 3 ədəd yorğan, 1 ədəd ikinəfərlik yorğan, 6 ədəd döşəkçə, 4 ədəd balış, 1 ədəd təknəfərlik çarpayı, 1 ədəd divar saatı, 8 ədəd pərdə, 1 ədəd zibil vedrəsi və qab-qacaq dəstindən ibarət cehiz əşyaları Cavabdeh tərəfindən həmin evdən çıxarılsın. İş üzrə çəkilmiş 60 manat mediasiya xərci və 40 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq X1 verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar