Məhkəmə qərarları › İş №2(042)-151/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-151/2023

13.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-151/2023 13.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Gədəbəy şəhəri, C.Abdullayev küçəsi, ev 11 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının olmaması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Gədəbəy şəhəri, C.Abdullayev küçəsi, ev 11 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Evə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmış, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən ona xx.xx.2021-ci il tarixli, **********43-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli elektron çıxarış verilmişdir. Hazırda heç bir qohumluq əlaqəsi olmayan şəxslər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus evdə qeydiyyatdadırlar. Bu isə ona hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barəsində bildirişlər göndərilməsinə baxmayaraq, cavabdehlərə göndərilmiş bildirişlər cavabdehlərin həmin ünvanda yaşamaması qeydi ilə məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə işdə iştirak etməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, **********43-10301 reyestr nömrəli Gədəbəy şəhəri, C.Abdullayev küçəsi, ev 11 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İşdə olan Arayışın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cəfərov X1 şəhəri, C.Abdullayev küçəsi, ev 11 (Yeni qaydalarla: ünvan 1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və işin faktiki hallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, Gədəbəy şəhəri, C.Abdullayev küçəsi, ev 11 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Hazırda heç bir qohumluq əlaqəsi olmayan şəxslər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus evdə qeydiyyatdadırlar. Bu isə ona hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Ona görə də iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan Gədəbəy şəhəri, C.Abdullayev küçəsi, ev 11 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və АzərbаycаnRеspublikаsıMPM-nin216- 227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan Gədəbəy şəhəri, C.Abdullayev küçəsi, ev 11 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının olmaması müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar