Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1547/2025 15.01.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki iş (açar sözlər: hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında doğum faktının müəyyən edilməsi) hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X29 qızın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. Ərizəçi Maraqlı şəxsnə qarşı övladları - X10 31 may 2018-ci il tarixdə, X2 08 iyul 2020-ci il tarixdə və X5 20 fevral 2023-cü il tarixdə Gədəbəy rayonunun Arabaçı kəndində X3 doğulması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1993-cü il tarixdə doğulmuşdur. 2016-cı il tarixdə X14 ilə qeyri-rəsmi ailə münasibətləri qurmuşlar. Birgə ailə münasibətlərindən xx.xx.2018-ci il tarixdə Yusif, xx.xx.2020-ci il tarixdə Yağmur və xx.xx.2023-cü il tarixdə Günəş adlı övladları doğulmuşlar. Uşaqlar ev şəraitində doğulmuşlar. Uşaqların anası X6 vətəndaşlığı olmadığından onun şəxsiyyət vəsiqəsi mövcud deyildir. Uşaqların tibbi müəssisəsindən kənarda doğulmaları, habelə analarının vətəndaşlığını təsdiq edən sənədin olmaması səbəbindən uşaqlara doğum haqqında arayışların alınması mümkün olmamışdır. Gədəbəy Rayon Mərkəzi Xəstəxanası PHŞ Arabaçı kənd həkim məntəqəsinin sabiq həkimi X11 tərəfindən xx.xx.2025-ci il tarixdə sadə arayışlar verilərək uşaqların doğulduğu təsdiq edilmişdir. Həmçinin, Gədəbəy RİHBnın Arabaçı Kənd İƏD üzrə Nümayəndəsi tərəfindən uşaqların doğulması və Fərzalı kəndində yaşaması barədə xx.xx.2025-ci il tarixli arayış təqdim edilmişdir.O, Maraqlı şəxsnə müraciət edərək uşaqlarının doğumunun qeydə alınmasını xahiş etsə də, qeydiyyat şöbəsi tərəfindən uşaqların doğumunun qeydə alınmasından imtina edilmiş və bu barədə imtina məktubu verilmişdir. Bununla əlaqədar olaraq, o, uşaqlarının doğum faktının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmişdir.
II. Tərəflərin mövqeləri və şahid ifadələri:
3. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərə oxşar izahat vermiş, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. X1,X12 və X14 məhkəmə iclasında ifadələrində X7 31 may 2018-ci il tarixdə, X4 08 iyul 2020-ci il tarixdə və X8 20 fevral 2023-cü il tarixdə Gədəbəy rayonu, Arabçı kəndində X3 doğulmasını, atalarının Ərizəçi olmasını təsdiq etmişlər.
5. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası MPM-nin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
8. Belə ki, İşdə olan X9 surətindən görünür ki, X14 xx.xx.2001-ci il tarixdə Türkmənistan Respublikasında doğulmuşdur. İşdə olan Gədəbəy RİHB-nın Arabaçı Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi ilə X14 2016-cı il tarixdə qeyri-rəsmi ailə münasibətləri qurmuş, həmin münasibətlərdən üç övladları doğulmuşdur. İşdə olan Gədəbəy RİHB-nın Arabaçı Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, xx.xx.2018-ci il tarixdə X17, xx.xx.2020-ci il tarixdə X13 və xx.xx.2023-cü il tarixdə X16 doğulmuşlar. - Maraqlı şəxs tərəfindən verilmiş 19 noyabr 2025-ci il tarixli məktubdan görünür ki, doğum faktını müəyyən edən sənədlər olmadığından doğumun qeydə alınması barədə ərizənin qeydiyyat orqanında təmin edilməsi mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
9. Azərbaycan Respublikası MPM-nin; - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. -307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktları məhkəmə qaydasında müəyyən edilir. - 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə müvafiq olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
10. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “... Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır”.
11. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Ərizəçi və X6 ailə münasibətlərindən Gədəbəy rayonu, Arabaçı kəndində xx.xx.2018-ci il tarixdə X17, xx.xx.2020-ci il tarixdə X13 və xx.xx.2023-cü il tarixdə X16 doğulmuşlar. Onların tibb müəssisəsindən kənarda doğulmaları səbəbindən onlara doğum haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Uşaqların doğum faktlarının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. V. Nəticə:
12. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360, 362-ci maddələrini rəhbər tutaraq,
qət etdi:
Ərizə təmin edilsin. X10 xx.xx.2018-ci il tarixdə, X4 xx.xx.2020-ci il tarixdə və X8 xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu, Arabaçı kəndində doğulmaları, atalarının Ərizəçi, analarının X14 olması faktları fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən : Fizuli Mirzəquliyev