Məhkəmə qərarları › İş №2(042)-156/2025

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-156/2025

18.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-156/2025 18.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı 14 saylı X2 Mərkəzinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı 14 saylı X2 Mərkəzinin Cavabdeh qarşı "meşə fondu ərazisində olan tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmaqla təhvil verilməsi" tələbi barədə işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 14 saylı X2 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarəsində olan 1,0 (bir) ha meşə fondu torpağında əsaslı tikintilərin sökülərək əvvəlki vəziyyətə gətirilməsi və əlavə olaraq zəbt etdiyi 1,0 (bir) ha meşə fondu torpağının üzərindəki tikililərin sökülüb əvvəlki vəziyyətinə qaytarılaraq 14 saylı X2 Mərkəzinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 14 saylı X2 Mərkəzi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşmə aparılması barədə ərizə verərək, 14 saylı X2 Mərkəzinin istifadəsində olan Qalakənd meşəbəyliyinin 2-3 saylı meşə dolayısında dövlət meşə fondu torpaqlarında icazəsi olmadan (qanunsuz olaraq) Cavabdeh 2015-ci il tarixdən bugünədək tikmiş olduğu əsaslı tikililərin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmaqla 14 saylı X2 Mərkəzinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı 14 saylı X2 Mərkəzinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Məhkəmə Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Gədəbəy Rayon Məhkəməsinin arxivində olan 2(041)-129/2015 saylı mülki iş materiallarına baxış keçirilmiş və məlum olmuşdur ki, iddiaçılar X3 və Bərpası Müəssisəsi və Gədəbəy rayon İcra Hakimiyyəti Cavabdeh qarşı “qanunsuz tikintinin öz hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Məhkəməyə müraciət etmişlər və Gədəbəy Rayon Məhkəməsinin 02 mart 2015-ci il tarixli, 2(041)-129/2015 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən meşə fondu sahəsi hesab edilən Gədəbəy rayonunun Qalakənd kəndi ərazisində, X3 və X1 Meşəbəyliyinin 21-22-ci kvartalının 13.1-6 bölməsində qanunsuz olaraq divarları mişar daşından, bünövrəsi betondan tikilmiş olan əsaslı tikililərin cavabdehin hesabına sökülməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Göründüyü kimi, hazirki mübahisə üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Belə olan halda məhkəmə iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Mülki Prossesual Məcəllənin: 261.0 və 261.0.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı 14 saylı X2 Mərkəzinin Cavabdeh qarşı "meşə fondu ərazisində olan tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmaqla təhvil verilməsi" tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar