Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-158/2023 15.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı mülkiyyətində olan torpaq sahəsinin və fərdi yaşayış evinin zəbtdən azad edilməsi və onun evə köçürülməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Gədəbəy rayonu, Əmiraslanlı kəndində yerləşən xx.xx.2019-cu il tarixli qeydiyyat nömrəsi olan ********** HDQH DƏDR-dən Çıxarış əsasında onun mülkiyyətində olan 0.10 ha həyətyanı torpaq sahəsinin və iki mərtəbəli fərdi yaşayış evinin zəbtdən azad edilməsi və həmin evə köçürülməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, cavabdeh onun qardaşıdır. Gədəbəy rayonu, Əmiraslanlı kəndində yerləşən mülkiyyətində olan 0.10 ha həyətyanı torpaq sahəsində şəxsi vəsaiti ilə ikimərtəbəli fərdi yaşayış evini qismən inşa etdirmiş, yəni, hörgüsünü və dam örtüyünü başa çatdırmışdır. Həmin evin tikintisi zamanı ailəsi ilə birlikdə cavabdehə məxsus Şəmkir rayonunun Yeni Həyat kəndində yerləşən evdə kirayəçi kimi yaşamışdır. Evin inşası başa çatdıqdan sonra öz evinə köçmək istəsə də, cavabdeh onu evə buraxmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçı ilə aralarında razılıq əldə etmiş, Gədəbəy rayonunun Əmiraslanlı kəndində yerləşən iddiaçıya məxsus evi təmir etdirmişdir. Evin təmiri başa çatdıqdan sonra iddiaçı ondan evdən çıxmasını tələb etmişdir. Əgər iddiaçı onu evdən çıxarmaq istəyirsə, həmin evin tikintisinə xərclədiyi on min manatı tələb edir. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasənişdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Əmiraslanlı kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi X1 mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Əmiraslanlı kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmiş, lakin cavabdeh iddiaçını evə buraxmamışdır. Bununla da cavabdeh iddiaçının qanunla müəyyən edilmiş mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə də iddia tələbi təmin edilməli, İddiaçı Gədəbəy rayonu, Əmiraslanlı kəndində mülkiyyətində olan torpaq sahəsində yerləşən evə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbləri təmin edilsin. İddiaçı Gədəbəy rayonu, Əmiraslanlı kəndində mülkiyyətində olan torpaq sahəsində yerləşən evə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-158/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-158/2023
15.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver