Məhkəmə qərarları › İş №2(042)-161/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-161/2023

17.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-161/2023 17.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gədəbəy Rayon İcra Şöbəsinə qarşı əmlakın çıxaılması tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ünvan 1 ünvanı 44 olan fərdi yaşayış evindən cavabdeh Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus əşyaların çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq, ona verilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 5, yeni ünvanı 44 olan fərdi yaşayış evi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin evi alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. Evdə əvvəlki mülkiyyətçilər olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əşyaları qalmışdır. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdehlər əşyalarını çıxarmamışlar. Əşyaların evdə qalması onun mülkiyyət hüququnu məhdudlaşdırır. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gədəbəy Rayon İcra Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasənişdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(042)673/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 ünvan 3 ünvanında yerləşən evdən istifadə hüququna xitam verilmiş və onların həmin evdən çıxarılması qət edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-80/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 adına verilmiş ünvan 4 ünvanı 44 olan fərdi yaşayış evinə verilmiş ********** saylı Çıxarış ləğv edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. İddiaçı həmin evi alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. Evdə əvvəlki mülkiyyətçilər olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus əşyalar qalmışdır. Əşyaların evdə qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Bununla belə, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin bu tələb üzrə iddiaçı qarşısında hər hansı öhdəliyinin olması müəyyən edilməmişdir. Ona görə də iddia tələbləri qismən təmin edilməli, ünvan 5 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh1 və Cavabdeh2 məxsus əşyalar çıxarılmalıdır. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilməlidir. Məhkəmə göstərilənlərə nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri qismən təmin edilsin. ünvan 5 ünvanında yerləşən X1 mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh1 və Cavabdeh2 məxsus əşyalar çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh2 və Cavabdeh1 alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar