Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-165/2024 15.01.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Ərizəçinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin etibarnamə üzrə nümayəndələri X1 və Veli Karacaoğlunun iştirakları ilə, Ərizəçinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin “sahiblik və istifadə hüququnun tanınması” dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçinin Azərbaycan Respublikasındakı nümayəndəliyi məhkəməyə ərizə ilə müraciət edərək, Ərizəçinin sahibliyində və istifadəsində olan mexaniki nəqliyyat vasitələri, o cümlədən Yeraltı yükləyici-daşıyıcı (underground loader), ST 2G Scooptram şirkətinin 2013-cü il istehsalı, ban nömrəsi AVO13X084-8 997505000, mühərrik nömrəsi 73336748; Yeraltı yükləyici-daşıyıcı (underground loader), ST 2G Scooptram şirkətinin 2013-cü il istehsalı, ban nömrəsi AV013X152-**********, mühərrik nömrəsi 73336748; Yeraltı qazma maşını (underground drill), ATLAS X6 281 SL şirkətinin 2008-ci il istehsalı, ban nömrəsi AV008A103 - **********, mühərrik nömrəsi 08795594; Yeraltı qazma maşını (underground drill), ATLAS Copco Boomer T1D şirkətinin 2013-cü il istehsalı, ban nömrəsi AV013A124/**********0, mühərrik nömrəsi 08882952; Hamarlayıcı (grayder), CAT 14 H şirkətinin istehsalı olan 2004-cü il istehsalı, ban nömrəsi ASE01063, mühərrik nömrəsi 3PD08718; Çəngəlağız yükləyici (forklift), KOMATSU TO25T640 şirkətinin 2008-ci il istehsalı, ban nömrəsi T18C-71502, mühərrik nömrəsi 735568; Çəngəlağız yükləyici (forklift), HELİ Forklift CPCD35 şirkətinin 2019-cı il istehsal, ban nömrəsi 010352E2037, mühərrik nömrəsi C490BPG19176341; Çəngəlağız yükləyici (forklift), KOMATSU FD35T 16 şirkətinin 2008-ci il istehsal, ban nömrəsi 746123, mühərrik nömrəsi 8182 və onların qoşqusu Qazma qurğusu (drill rig), ACH DRİLL CS 10 şirkətinin 2009-cu il istehsalı, ban nömrəsi CRG107802909-11, mühərrik nömrəsi 21937561 üzərində sahiblik və istifadə hüququ tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli 456-İQ №li və xx.xx.2022-ci il tarixli 558-VİQ №li qanunları ilə təsdiq edilmiş R.V.İNVESTMENT GROUP SERVİCES, LLC və ETSN arasında 20 avqust 1997-ci il tarixdə imzalanmış “Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis, və polimetal yataqlarının kəşfiyyatı, işlənməsi və X4 haqqında Sazişə və 20 iyun 2022-ci il tarixdə imzalanmış Dəyişikliyə (bundan sonra “Saziş”) əsasən əməliyyat şirkəti olaraq, Saziş üzrə Gədəbəy rayonu ərazisində yerləşən kontrakt sahəsində dağ-mədən fəaliyyətini həyata keçirməklə əlaqədar xaricdə aldığı və xaricdən Azərbaycan Respublikasını ərazisinə gömrük qaydalarına əməl etməklə idxal edərək qızıl-filiz yataqlarında qazma işlərində istifadə etdiyi daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növləri olan mexaniki nəqliyyat vasitələrini, o cümlədən Yeraltı yükləyici-daşıyıcı (underground loader), ST 2G Scooptram şirkətinin 2013-cü il istehsalı, ban nömrəsi AVO13X084-**********, mühərrik nömrəsi 73336748; Yeraltı yükləyici-daşıyıcı (underground loader), ST 2G Scooptram şirkətinin 2013-cü il istehsalı, ban nömrəsi AV013X152-**********, mühərrik nömrəsi 73336748; Yeraltı qazma maşını (underground drill), ATLAS X6 281 SL şirkətinin 2008-ci il istehsalı, ban nömrəsi AV008A103 - **********, mühərrik nömrəsi 08795594; Yeraltı qazma maşını (underground drill), ATLAS Copco Boomer T1D şirkətinin 2013-cü il istehsalı, ban nömrəsi AV013A124/**********0, mühərrik nömrəsi 08882952; Hamarlayıcı (grayder), CAT 14 H şirkətinin istehsalı olan 2004-cü il istehsalı, ban nömrəsi ASE01063, mühərrik nömrəsi 3PD08718; Çəngəlağız yükləyici (forklift), KOMATSU TQ25T640 şirkətinin 2008ci il istehsalı, ban nömrəsi T18C-71502, mühərrik nömrəsi 735568; Çəngəlağız yükləyici (forklift), HELİ Forklift CPCD35 şirkətinin 2019-cı il istehsal, ban nömrəsi 010352E2037, mühərrik nömrəsi C490BPG19176341; Çəngəlağız yükləyici (forklift), KOMATSU FD35T 16 şirkətinin 2008-ci il istehsal, ban nömrəsi 746123, mühərrik nömrəsi 8182 və onların qoşqusu Qazma qurğusu (drill rig), ACH DRİLL CS 10 şirkətinin 2009-cu il istehsalı, ban nömrəsi CRG107802909-11, mühərrik nömrəsi 21937561 olan daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata aldırmamış, ötən müddət ərzində xüsusi nəqliyyat vasitələrinin alış və idxal sənədlər itirildiyi, onların surətləri Dövlət Gömrük Komitəsində müəyyən edilmədiyi səbəbindən göstərilən xüsusi nəqliyyat vasitələri və onların qoşquları üzərində sahiblik və istifadə hüquqları məhkəmə qaydasında tanınmalıdır. Göstərilən mexaniki nəqliyyat vasitələri və onların qoşquları «Azərbaycan İntemeyşnl Mayninq Kompani Limited Şirkəti»nin Gədəbəy rayonu ərazisində yerləşən mədən sahəsində istifadə olunur və saxlanılır. Ərizəçinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin etibarnamə üzrə nümayəndələri X3 və Veli Karacaoğlu məhkəmə iclasında ərizədə göstərilənlərə oxşar izahat verdilər və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə ərizəçinin nümayəndələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kommersiya Təşkilatlarının Dövlət Reyestrindən çıxarışdan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi xx.xx.1998-ci il tarixdə, 387 nömrə ilə Ədliyyə Nazirliyi Kommersiya Təşkilatlarının Dövlət Reyestrində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş Kommersiya Hüquqi şəxsinin Dğvlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi Azərbaycan Respublikası Prezdentinin xx.xx.2007-ci il tarixli fərmanına əsasən “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan Ərizəçinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən təqdim arayışlardan görünür ki, yeraltı yükləyici-daşıyıcı (underground loader), ST 2G Scooptram şirkətinin 2013-cü il istehsalı, ban nömrəsi AVO13X084-8 997505000, mühərrik nömrəsi 73336748; Yeraltı yükləyici-daşıyıcı (underground loader), ST 2G Scooptram şirkətinin 2013-cü il istehsalı, ban nömrəsi AV013X152-**********, mühərrik nömrəsi 73336748; Yeraltı qazma maşını (underground drill), ATLAS X6 281 SL şirkətinin 2008-ci il istehsalı, ban nömrəsi AV008A103 - **********, mühərrik nömrəsi 08795594; Yeraltı qazma maşını (underground drill), ATLAS Copco Boomer T1D şirkətinin 2013-cü il istehsalı, ban nömrəsi AV013A124/**********0, mühərrik nömrəsi 08882952; Hamarlayıcı (grayder), CAT 14 H şirkətinin istehsalı olan 2004-cü il istehsalı, ban nömrəsi ASE01063, mühərrik nömrəsi 3PD08718; Çəngəlağız yükləyici (forklift), KOMATSU TO25T640 şirkətinin 2008-ci il istehsalı, ban nömrəsi T18C-71502, mühərrik nömrəsi 735568; Çəngəlağız yükləyici (forklift), HELİ Forklift CPCD35 şirkətinin 2019-cı il istehsal, ban nömrəsi 010352E2037, mühərrik nömrəsi C490BPG19176341; Çəngəlağız yükləyici (forklift), KOMATSU FD35T 16 şirkətinin 2008-ci il istehsal, ban nömrəsi 746123, mühərrik nömrəsi 8182 və onların qoşqusu Qazma qurğusu (drill rig), ACH DRİLL CS 10 şirkətinin 2009-cu il istehsalı, ban nömrəsi CRG107802909-11, mühərrik nömrəsi 21937561 - mexaniki nəqliyyat vasitələri və onların qoşquları Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin sahibliyində və istifadəsindədir. Həmçinin həmin mexaniki nəqliyyat vasitələri və onların qoşqularının foto şəkilləri əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Ərizəçinin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Ərizəçi tərəfindən qeyd olunan siyahıdakı digər mallar haqqında əlavə məlumatlar və ya təsdiqedici sənədlər təqdim olunduqdan sonra məsələyə yenidən baxılacaqdır. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agetliyi tərəfindən Ərizəçinin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Agentliyin daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində məktubda qeyd edilən texnikalardan yalnız AZ 10X-698 dövlət qeydiyyat nişanlı, TAL 02391 zavod nömrəli, CAT 966H markalı frontal yükləyici 2012-ci il 29 dekabr tarixində dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən, daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən, mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Ərizəçinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Gədəbəy rayonu ərazisində dağ-mədən fəaliyyətini həyata keçirilir. Şirkətin fəaliyyəti ilə əlaqədar xarici ölkələrdən ölkə ərazisinə Yeraltı yükləyici-daşıyıcı (underground loader), ST 2G Scooptram şirkətinin 2013-cü il istehsalı, ban nömrəsi AVO13X084-**********, mühərrik nömrəsi 73336748 olan, Yeraltı yükləyici-daşıyıcı (underground loader), ST 2G Scooptram şirkətinin 2013-cü il istehsalı, ban nömrəsi AV013X152-**********, mühərrik nömrəsi 73336748 olan, Yeraltı qazma maşını (underground drill), ATLAS X6 281 SL şirkətinin 2008-ci il istehsalı, ban nömrəsi AV008A103 - **********, mühərrik nömrəsi 08795594 olan, Yeraltı qazma maşını (underground drill), ATLAS Copco Boomer T1D şirkətinin 2013-cü il istehsalı, ban nömrəsi AV013A124/**********0, mühərrik nömrəsi 08882952 olan, Hamarlayıcı (grayder), CAT 14 H şirkətinin istehsalı olan 2004-cü il istehsalı, ban nömrəsi ASE01063, mühərrik nömrəsi 3PD08718 olan, Çəngəlağız yükləyici (forklift), KOMATSU TQ25T640 şirkətinin 2008-ci il istehsalı, ban nömrəsi T18C-71502, mühərrik nömrəsi 735568 olan, Çəngəlağız yükləyici (forklift), HELİ Forklift CPCD35 şirkətinin 2019-cı il istehsal, ban nömrəsi 010352E2037, mühərrik nömrəsi C490BPG19176341 olan, Çəngəlağız yükləyici (forklift), KOMATSU FD35T 16 şirkətinin 2008-ci il istehsal, ban nömrəsi 746123, mühərrik nömrəsi 8182 olan və onların qoşqusu Qazma qurğusu (drill rig), ACH DRİLL CS 10 şirkətinin 2009-cu il istehsalı, ban nömrəsi CRG107802909-11, mühərrik nömrəsi 21937561 olan mexaniki nəqliyyat vasitələri və onların qoşquları gətirilmiş, lakin, həmin nəqliyyat vasitələri daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınmamışdır. Nəqliyyat vasitələrinin alış və idxal sənədləri itirilmiş və onların surətləri Dövlət Gömrük Komitəsində müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən mexaniki nəqliyyat vasitələri və onların qoşquları uzun müddətdir ki, Ərizəçinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sahibliyində və istifadəsindədir. Hazırda həmin nəqliyyat vasitələri və onların qoşquları şirkətin Gədəbəy rayonu ərazisində dağ-mədən fəaliyyətini həyat keçirdiyi ərazilərdə istifadə olunur. Həmin nəqliyyat vasitələrinin alış və idxal sənədlər itdiyindən, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınması mümkün olmamışdır. Odur ki, qeyd edilən nəqliyyat vasitələrini və onların qoşquları üzərində Ərizəçinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sahiblik və istifadə faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir və bu faktın müəyyən edilməsi ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Ona görə də, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213-220, 233.1, 305- 311-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin ərizəsi təmin edilsin. Yeraltı yükləyici-daşıyıcı (underground loader), ST 2G Scooptram şirkətinin 2013-cü il istehsalı, ban nömrəsi AVO13X084-**********, mühərrik nömrəsi 73336748 olan, Yeraltı yükləyici-daşıyıcı (underground loader), ST 2G Scooptram şirkətinin 2013-cü il istehsalı, ban nömrəsi AV013X152-**********, mühərrik nömrəsi 73336748 olan, Yeraltı qazma maşını (underground drill), ATLAS X6 281 SL şirkətinin 2008-ci il istehsalı, ban nömrəsi AV008A103 - **********, mühərrik nömrəsi 08795594 olan, Yeraltı qazma maşını (underground drill), ATLAS Copco Boomer T1D şirkətinin 2013-cü il istehsalı, ban nömrəsi AV013A124/**********0, mühərrik nömrəsi 08882952 olan, Hamarlayıcı (grayder), CAT 14 H şirkətinin istehsalı olan 2004-cü il istehsalı, ban nömrəsi ASE01063, mühərrik nömrəsi 3PD08718 olan, Çəngəlağız yükləyici (forklift), KOMATSU TQ25T640 şirkətinin 2008-ci il istehsalı, ban nömrəsi T18C-71502, mühərrik nömrəsi 735568 olan, Çəngəlağız yükləyici (forklift), HELİ Forklift CPCD35 şirkətinin 2019-cı il istehsal, ban nömrəsi 010352E2037, mühərrik nömrəsi C490BPG19176341 olan, Çəngəlağız yükləyici (forklift), KOMATSU FD35T 16 şirkətinin 2008-ci il istehsal, ban nömrəsi 746123, mühərrik nömrəsi 8182 olan və onların qoşqusu Qazma qurğusu (drill rig), ACH DRİLL CS 10 şirkətinin 2009-cu il istehsalı, ban nömrəsi CRG107802909-11, mühərrik nömrəsi 21937561 olan mexaniki nəqliyyat vasitələri və onların qoşquları üzərində Ərizəçinin mülkiyyət hüquqları üzrə sahiblik və istifadəsində olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-165/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-165/2024
15.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver