Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-179/2023 13.03.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanından Cavabdeh çıxarılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi X6 iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən birotaqlı fərdi yaşayış evini Gədəbəy Notariat Kontoru tərəfindən təsdiqlənmiş 05 mart 2003-üc il tarixli alğı-satqı müqaviləsinə əsasən X2 almışdır. Həmin evə xx.xx.2019-cu il tarixdə mülkiyyət hüququ qeydə alınmış və ona bu barədə Çıxarış verilmişdir. Evin əvvəlki ünvanı Gədəbəy şəhəri, S.Vurğun küçəsi, ev 11 olmuşdur. Cavabdeh 2022-ci ildə iddiaçının mülkiyyətində olan evin qapısının qıfılını sındıraraq, evə daxil olmuş və hazırda həmin evdə yaşayı. Ona dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, evdən çıxmır və bununla da iddiaçının mülkiyyət hüququnu pozur. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, həmin ev atasına məxsus olmuşdur. X5 onun atasının ikinci arvadı olmuşdur. Atası 2001-ci ildə ölmüşdür. Atası ölən zaman o, cəzaçəkmə müəssisəsində olmuş və mirası qəbul etmək imkanı olmamışdır. Atasından qalmış əmlaka onun vərəsəlik hüququ və miras payı vardır. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasənişdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2019-cu il tarixdə İddiaçı mülkiyət hüququ qeydə alınmışdır. İşdə olan müqavilənin surətindən görünür ki, Orucov X4 şəhəri, S.Vurğun küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evini alğı-satqı müqaviləsi əsasında X1 almışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini iddiaçı alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. Ev iddiaçının mülkiyyətindədir və ona mülkiyyət hüququnun qeydə alınması barədə müvafiq Çıxarış verilmişdir. Həmin Çıxarış hazırda ləğv edilməmişdir. Cavabdeh həmin evin onun atasından miras qaldığını, evə vərəsəlik hüququnun olduğunu əsas gətirərək, özbaşına olaraq, evə girmiş və hazırda həmin evdə yaşayır. Bununla belə cavabdeh evə hər hansı bir hüququnun olmasını təsdiq edən hər hansı bir sübut təqim etməmişdir. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh mülkiyyət hüququ ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Məhkəmə göstərilənlərə nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh mülkiyyət hüququ ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-179/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-179/2023
13.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver