Məhkəmə qərarları › İş №2(042)-186/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-186/2022

28.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-186/2022 28.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi haqqında ərizəsinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon Notariat Kontoruna qarşı mərhum atası X1 miras qalmış ** BF *** dövlət qeydiyyat nişanlı “NAZLİFAN” LF 7132/2-320 minik markalı avtomaşını istər vəsiyyət üzrə, istərsə də qanun üzrə miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, izahat verərək bildirmişdir ki, mərhum atası X6 ikinci dünya müharibəsinin iştirakçısı olduğu üçün Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq ona 11.08.2014-cü il tarixdə ƏƏSMNnin məktubu əsəsasında 21BF 904 dövlət nömrə nişanlı “NAZLİFAN” LF 7132/2-320 minik markalı avtomaşın verilmişdir. Həmin avtomaşını hazırda o idarə edir. X18 08.12.2016-cı il tarixdə vəfat etmişdir. Mərhum arası vəfat etməzdən əvvəl, yəni, 22.05.2010-cu il tarixdə Gədəbəy Rayon Notariat Ofisində vəsiyyətnamə tərtib edərək, özünə aid olan bütün daşınar və daşınmaz əmlakını ona vəsiyyət etmiş və digər vərəsələri vərəsəlik hüququndan mərhum etmişdir. Hal-hazırda həmin vəsiyyətnamə qanuni qüvvəsini almışdır. O, Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş 30.08.2021-ci il tarixli qətnaməsinə əsasən mərhum atamdan miras qalmış əmlakı və torpaq sahəsini vəsiyyətnamə və qanun üzrə onun sahiblik etməsinə dair qətnamə çıxarılmışdır. Lakin həmin vaxt onun savadsızlığı səbəbindən ərizəsində avtomaşını qeyd etməmişdir. Gədəbəy Rayon Notariat Ofisi “Nazlifan” markalı minik avtomaşının miras kimi qəbul edilməsi üçün məhkəməyə müraciət etməsini bildirmişdir. Ona görə də, məhkəməyə müraciət etmişdir və ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Gədəbəy Rayon Notariat Kontoru məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5. və 185.6-cı maddələrinin tələblərini nəzərə alaraq, işə maraqlı şəxslərin və ya nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadə verərək, bildirmişdir ki, ərizəçi onun yaxın qonşusudur. Ərizəçi mərhum atasından miras qalmış bütün əmlakı, o cümlədən, 21BF 904 dövlət nömrə nişanlı “NAZLİFAN” LF 7132/2-320 minik markalı avtomaşını miras kimi və avtomobili həmişə o idarə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 və X7 eyniməzmunlu ifadələr vermişlər. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 30.08.2021-ci il tarixli, 2(042)-907/2021 saylı qətnaməsinin surətindən görünür ki, Ərizəçi atasından miras qalmış əmlakı qəbul etmişdir. İşdə olan X4 Şəhadətnaməsinin surətindən görünür ki, 21BF 904 dövlət nömrə nişanlı “NAZLİFAN” LF 7132/2-320 minik markalı avtomaşın mülkiyyət hüququ ilə X5 məxsusdur. İşdə olan Vəsiyyətnamənin surətindən görünür ki, X6 özünə məxsus bütün daşınar və daşınmaz əmlakı Ərizəçi vəsiyyət etmişdir. İşdə olan X13 görünür ki, X6 08.12.2016-cı il tarixdə ölmüşdür. İşdə olan X13 görünür ki, X8 25.06.2003-cü il tarixdə ölmüşdür. İşdə olan X2 surətindən görünür ki, X6 və X9 14.02.1957-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İşdə olan X11 görünür ki, Ərizəçi 15.08.1983-cü il tarixdə doğulmuşdur. Onun atası qrafasında X6, anası qrafasında X8 göstərilmişdir. İşdə olan Gədəbəy Rayon Notariat Ofisi tərəfindən verilmiş imtina məktubundan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, Ərizəçi mərhum atası X3 adına daşınar və daşınmaz əmlak olmuşdur. Ərizəçi məhkəməyə müraciət edərək, daşınmaz əmlakı miras kimi qəbul etmiş, lakin ərizəsində mərhum atasından miras qalmış avtomaşını qeyd etməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər X1 miras qalmış 21BF 904 dövlət nömrə nişanlı “NAZLİFAN” LF 7132/2-320 minik markalı avtomaşının 2016-cı il tarixdən hazırki tarixədək X3 idarə etməsini bildirmiş, yəni, həmin avtomobilin X6 tərəfindən miras kimi qəbul edilməsini təsdiq etmişlər. Ona görə də ərizə təmin edilməli, Ərizəçi mərhum atası X1 miras qalmış 21BF 904 dövlət nömrə nişanlı “NAZLİFAN” LF 7132/2-320 minik markalı avtomaşını miras kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən mərhum atası X1 miras qalmış 21BF 904 dövlət nömrə nişanlı “NAZLİFAN” LF 7132/2-320 minik markalı avtomaşını miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar