Məhkəmə qərarları › İş №2(042)-20/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-20/2021

08.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-20/2021 08.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X12 oğlunun katibliyi, X1 iştirakı ilə, İddiaçılar İddiaçı və X5 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X9 məhkəmə iddia qaldıraraq Gədəbəy rayon X10 xx.xx.2001-ci il tarixli, 02 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Daşbulaq kəndində yerləşən, JN-9xx xxx 50532028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında İddiaçı məxsus olan 0.28 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən və JN-9xx xxx 50532028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında X7 məxsus olan 0.14 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Gədəbəy rayon X10 xx.xx.2001-ci il tarixli, 02 saylı qərarları ilə İddiaçı Gədəbəy rayonu, Qaradağ kəndində 0.28 ha və ona 0.14 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-9xx xxx 50532028 saylı və JN-9xx xxx 50532028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktıları tərtib edilmişdir. Onların pay torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuşdur. O bu barədə 2008-ci ildə məhkəməyə müraciət etmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə cavabdehin 0.28 ha və 0.14 ha torpaq sahələrindən çıxarılması qət edilmişdir. Qətnamə icraya yönəlmişdir. Həmin vaxt icra işi düzgün aparılmamış, cavabdeh tamamilə başqa torpaq sahəsindən çıxarılmış və icra işinə xitam verilmişdir. Onun torpaq sahəsi isə yenə də cavabdehin qanunsuz sahibliyində qalmışdır. Ona görə də bu gün yenidən mülkiyyət hüquqlarının bərpası üçün məhkəmədə iddia qaldırmalı olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Digər İddiaçı və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X2nı dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğunda rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli, 2-3.2008ci il nömrəli qətnaməsinin surətinindən görünür ki, iddia tələbi təmin edilmiş, JN-9xx xxx 50532028 "Torpağa mülkiyyət hüququna dair Dövlət aktında” “903C" ilə işarə edilmiş ərazidə 26701-26700-105-107-109-111-113-115-117-119 döngə nöqtələri və “903” ilə işarə edilmiş ərazidə 9806-9807-3973-3975-9804-9802 döngə nöqtələri daxilində yerləşən İddiaçı məxsus 0,28 ha pay torpaq sahəsindən və JN-9xx xxx 50532028 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktında” “904” ilə işarə edilmiş ərazidə 9808-9809-9807- 9806 döngə nöqtələri və “904C” ilə işarə edilmiş ərazidə 9586-7672-26705-101-7674-103- 26700-26701-121 döngə nöqtələri daxilində yerləşən X7 məxsus 0,24 ha pay torpaq sahəsindən Cavabdeh çıxarılması qət edilmişdir. İşdə olan JN-9xx xxx 50532028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Gədəbəy rayon X10 xx.xx.2001-ci il tarixli, 02 saylı qərarı Gədəbəy rayonu, Qaradağ kəndində İddiaçı və onun ailə üzvlərinə 0.28 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-9xx xxx 50532028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Gədəbəy rayon X10 xx.xx.2001-ci il tarixli, 02 saylı qərarı Gədəbəy rayonu, Daşbulaq kəndində X3 0.14 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, mütəxəssis rəyindən görünür ki, Gədəbəy rayon X10 15 01 2001-ci il tarixli 02 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu Daşbulaq kəndində yerləşən JN-9xx xxx 50532028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında X7 məxsus olan 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər hansı hissəsi cavabdeh X6 tərəfindən istifadə olunmur və JN-8xx xxx 50532028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında X6 öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmədə X1 izahatı və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gədəbəy rayon X10 xx.xx.2001-ci il tarixli, 02 saylı qərarları ilə İddiaçı Gədəbəy rayonu, Qaradağ kəndində 0.28 ha və X7 0.14 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-9xx xxx 50532028 saylı və JN-9xx xxx 50532028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktıları tərtib edilmişdir. İddiaçları onlara məxsus torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz zəbt edildiyini iddia etmişdir. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, Gədəbəy rayon X10 15 01 2001-ci il tarixli 02 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu Daşbulaq kəndində yerləşən JN-9xx xxx 50532028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında X7 məxsus olan 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər hansı hissəsi cavabdeh X6 tərəfindən istifadə olunmur və JN-8xx xxx 50532028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında X6 öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçılara məxsus torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh tərəfindən qanunsuz olaraq tutulması tədqiq edilmiş sübutlarla, eləcə də mütəxəssis rəyi ilə təsdiqini tapmadı. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq tutulması öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri mövcud olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmiş, eləcə də iş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş, mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 73.14 manat təşkil etmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu və hazırkı iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçılar İddiaçı və X5 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılar İddiaçı və X7 aid edilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq 73.14 manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı və X4 tutularaq “xxxx” MMC-nin AZ23AİİB******************** №-li hesablaşma hesabına köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar