Məhkəmə qərarları › İş №2(042)-204/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-204/2023

21.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-204/2023 21.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı Gədəbəy rayon AİK-nın 24 noyabr 2001-ci il tarixli, 17 saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən JN-266 KOD 50531018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında ona məxsus olan 0.31 ha torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş 0.19 ha hissəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş bir otaqdan ibarət tikilinin cavabdehin hesabına sökülməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon AİK-nın 24 noyabr 2001-ci il tarixli, 17 saylı qərarı ilə anası X1 və onun birgə mülkiyyətinə Gədəbəy rayonun, Şahdağ kəndində 0.31 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-266 KOD 50531018 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. X8 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Hazırda torpaq sahəsindən o, istifadə edir. Torpaq sahəsinin 0.19 ha hissəsi əkin üçün nəzərdə nəzərdə tutulmuşdur. O, torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş 0.19 ha hissəsinin sərhədlərinin yerində müəəyən edilməsi ilə bağlı Azərbaycan Respublikası İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 Saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti əsasında 17 noyabr 2022-ci il tarixdə sözügedən 0.19 ha torpaq sahəsinin döngə nöqtələri naturada ölçülərək tanıdılmış və bu barədə akt tərtib edilmişdir.Həmin vaxt məlum olmuşdur ki,Cavabdeh ona məxsus torpaq sahəsini bötövlükdə qanunsuz olaraq tutmuş, eləcədə torpaq sahəsində bir otaqdan ibarət tikili inşa etmişdir. O, cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etsə də, o buna məhəl qoymamış və öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələlərini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 2001-ci il tarixli 17 saylı qərarı ilə verilmiş JN 0266 KOD 50531018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, X4 və X3 0.31 ha torpaq sahəsi verilmişdir. İşdə olan X2 Surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İşdə olan Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli 07 saylı qərarı ilə verilmiş JN 0266 KOD 50531018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, X5 Gədəbəy rayonu, Şurakənd kəndində 0.11 ha torpaq sahəsi verilmişdir. İşdə olan mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus torpaq sahəsinin 0.1523 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. İşdə olan Aktın Surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli müraciəti ilə bağlı JN-266 saylı Dövlət Aktı əsasında Gədəbəy rayonu, Şahdağ kəndi ərazisində olan 0.19 ha torpaq sahəsinin Elektron uçot məlumatlarına əsasən döngə nöqtələri yerində(naturada) ölçülərək tanıdılmışdır. İşdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu, eləcə də rəy verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin hesabına 95 manat ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, mütəxəssis rəyini və işdə olan sənədləri tədqiq edərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən 0.31 ha torpaq sahəsinin 0.1523 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Ona görə də iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı məxsus torpaq sahəsinin qanunsuz istifadə etdiyi 0.1523 ha hissəsindən çıxarılmalı, Cavabdeh məxsus tikili onun İddiaçı məxsus olan torpaq sahəsinin qanunsuz istifadə etdiyi 0.1523 ha hissəsində yerləşirsə, Cavabdeh hesabına sökülməldir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Yəni iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan, Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən 0.31 ha torpaq sahəsinin zəbt etdiyi 0.1583 ha hissəsindən çıxarılsın. Cavabdeh məxsus tikili onun İddiaçı məxsus olan torpaq sahəsinin qanunsuz istifadə etdiyi 0.1523 ha hissəsində yerləşirsə, Cavabdeh hesabına sökülsün. Ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat xərcin əvəzi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar