Məhkəmə qərarları › İş №2(042)-21/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-21/2021

08.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-21/2021 08.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı və cavabdeh Zeynalov Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh Zeynalov Cavabdeh qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh Zeynalov Cavabdeh Gədəbəy rayonu, NovoSaratovka kəndində yerləşən fərdi yaşayış evindən və 0,25 ha həyətyanı torpaq sahəsindən özünə məxsus olan əşyalarla birikdə çıxarılması, həmin evin və həyətyanı torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, xx xxxxxxx 1990-cı il tarixdə Gədəbəy rayonu, Novosaratovka kənd sakini X10 özünə məxsus fərdi yaşayış evini və 0,25 ha həyətyanı torpaq sahəsini sadə razılaşma yolu ilə qonşuluq aktı əsasında ona 150.000 Rus rubluna satmışdır. X10 Rusiya Federasiyasına köçüb getmiş və bir daha geri qayıtmamışdır. O isə savadsız olduğundan X10 ilə aralarında evin və torpaq sahəsinin alqı-satqısına dair notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsi bağlanmamışdır. O, sözügedən torpaq sahəsini öz adına rəsmiləşdirmək məqsədi ilə cavabdeh X3rşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair məhkəməyə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli, 2(041 )-889/2014 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(041 )-889/2014 saylı qərardadı ilə Zeynalova Şövkət Abdulla qızının verdiyi apellyasiya şikayət vermə hüququ olmayan şəxs tərəfindən verildiyindən apellyasiya şikayəti geri qaytarılmışdır. Gədəbəy Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərardadı ilə Zeynalova Şövkət Abdulla qızının Gədəbəy Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(041 )-889/2014 saylı qərardadından verdiyi şikayət təmin edilməmiş, şikayət mülki iş materialları ilə birlikdə baxılıması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 2213/2018 saylı, xx xxx 2018-ci il tarixli qərardadı ilə Gədəbəy Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(041 )-889/2014 saylı qərardadı və həmin qərardadla bağlı Gədəbəy Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli, 2(041 )-889/2014 saylı qətnaməsi ilə Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən fərdi yaşayış evinə və 0,25 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququ ona məxsusdur. Hazırda həmin evdə cavabdeh Zeynalov Cavabdeh heç bir əsas olmadan qanunsuz olaraq məskunlaşmışdır. Bu hal isə onun mülkiyyətində olan fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən istədiyi kimi istifadə və sahiblik etməyə imkan vermir. Bu da onun milli qanunvericilik və beynəlxalq hüquq normaları ilə qorunan mülkiyyət hüquqlarının pozulması deməkdir. Ona görə hesab edir ki, mülkiyyətində olan evi qanunsuz olaraq zəbt edərək məskunlaşmış şəxslər evdən çıxarılmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Zeynalov Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, onun istifadə etdiyi torpaq sahəsi özünə məxsusdur. İddiaçının rusdan aldığı evin və torpaq sahəsinin onun istifadəsində olan mülkə heç bir aidiyyəti yoxdur. Ona görə iddianı əsassız hesab edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğunda rədd edilməlidir. Belə ki, işdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Novosaratovka kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli, 2(041)-889/2014 saylı arayışdan görünür ki, Gədəbəy rayon Məhkəməsinin İddiaçı X5rşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə olan xx xxxxxxx 2014-cü il tarixli, 2(041)-889/2014 saylı qətnaməsi xx xxxxxx 2014-cü il tarixdə qanuni qüvvəsini almışdır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsi tərəfindən İddiaçı məktubuna cavab olaraq verilmiş xx xxxxxxx 2018-ci il tarixli, 2(104)-2213/2018 saylı məktubdan görünür ki, İddiaçı cavabdeh X3rşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(042)-889/2014 saylı qərardadından maraqlı şəxs Zeynalova Şövkət Abdulla qızı tərəfindən verilmiş şikayətə baxılmış və məhkəmənin 2(104)-2213/2018 saylı xx xxx 2018-ci il tarixli qərardadı ilə iddiaçı Zeynalova Şövkət Abdulla qızının şikayətinin təmin edilməməsi, Gədəbəy Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(041 )-889/2014 saylı qərardadı və həmin qərardadla bağlı xx xxxxx 2018-ci il tarixli 2(041 )-889/2014 saylı qərardadın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan MAPS arayışında görünür ki, Zeynalov Cavabdeh Gədəbəy rayonu, Novosaratovka kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli, 2(041)-889/14 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı ilə Gədəbəy rayon Novo-Saratovka kənd sakini Baqdanova Vasiliyevna arasında sonuncuya məxsus fərdi yaşayış evinin və 0, 25 ha həyətyanı torpaq sahəsinin alqı- satqısına dair müqavilə bağlanmış hesab edilməsi qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(104)-250/2019 saylı qərardadının surətindən görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2-1 (83)-2135/2017 saylı qərarından üçüncü şəxs Zeynalova Şövkət Abdulla qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2-1 (83)-2135/2017 saylı qərar ləğv edilməsi və İddiaçı cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyətinə və üçüncü şəxs Zeynalova Şövkət Abdulla qızına qarşı “Gədəbəy rayon X7 xx.xx.1999-cu il tarixli, 09 saylı qərarının üçüncü şəxs Zeynalova Şövkət Abdulla qızına aid hissədə ləğv edilməsi tələbinə dair” iddiası mümkün sayılmaması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1103/2020 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməməsi və Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(104)-250/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışdan görünür ki, Zeynalova Şövkət Abdulla qızının xüsusi mülkiyyətinə 0.2419 ha torpaq sahəsi verilmişdir. İşdə olan xx xxxxxx 2017-ci il tarixli Vəsiyyətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayan Zeynalov Şövkət Abdulla qızı ölən günədək ona məxsus olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini, çöl torpaq sahəsini və adına nə varsa hamısını Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayan Zeynalov Cavabdeh vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, mütəxəssis rəyindən görünür ki, Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən, məhkəmə qətnaməsi ilə X12 və İddiaçı arasında torpaq sahəsinin alqı-satqısına dair müqaviləsinin bağlanmış hesab edildiyi 0.25 ha həyatyanı torpaq sahəsinin koordinatlarını əks etdirən rəsmi sənəd mövcud olmadığından Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi idarəsi tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan **********65 reyestr nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüquqi ilə Zeynalov Şövkət Abdulla qızına məxsus olan 0.2419 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin koordinatları üst-üstə düşüb düşməməsi müəyyən etmək mümkün olmamışdır. İddiaçının tələb etdiyi ev və torpaq sahəsi qeydiyyat nömrəsi ********** olan **********65 reyestr nömrəli çıxarışa əsasən Zeynalova Şövkət Abdulla qızına məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfində verilmiş xx xxxxxx 2020-ci il tarixli, 10/2161 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin mühəndisi Tural Nəcəfovun mütəxəssis rəyində qeyd olunur ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən, məhkəmə qətnaməsi ilə X13 və İddiaçı arasında torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmış hesab edildiyi 0.25 ha həyətyanı torpaq sahəsinin koordinatlarını əks etdirən rəsmi sənəd mövcud olmadığından Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən AR ƏMDK yanında DƏDRX-nin 11 saylı ərazi idarəsi tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan **********65 reyestr nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə Zeynalova Şövkət Abdulla qızına məxsus olan 0.2419 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin koordinatları üst-üstə düşüb-düşməməsini müəyyən etmək olmamışdır. Tural Nəcəfovun mütəxəssis rəyində qeyd olunur ki, iddiaçının tələb etdiyi ev və torpaq sahəsi qeydiyyat nömrəsi ********** olan **********5 reyestr nömrəli çıxarışa əsasən Zeynalova Şövkət Abdulla qızına məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmədə iddiaçı X2 izahatı və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, xx xxxxxxx 1990-cı il tarixdə Gədəbəy rayonu, Novosaratovka kənd sakini X10 özünə məxsus fərdi yaşayış evini və 0,25 ha həyətyanı torpaq sahəsini sadə razılaşma yolu ilə qonşuluq aktı əsasında İddiaçı 150.000 Rus rubluna satmışdır. Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli, 2(041 )-889/2014 saylı qətnaməsi ilə alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş, həmin qətnamədən Zeynalova Şövkət Abdulla qızı tərəfindən apellyasiya şikayəti verilmiş, qətnamə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. İddiaçı hazırda həmin evdə cavabdeh Zeynalov Cavabdeh heç bir əsas olmadan qanunsuz olaraq məskunlaşdığını, evin və həyətyanı torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edildiyini iddia etmişdir. İş materiallarına əlavə edilmiş mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunur ki, Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən, məhkəmə qətnaməsi ilə X12 və İddiaçı arasında torpaq sahəsinin alqı-satqısına dair müqaviləsinin bağlanmış hesab edildiyi 0.25 ha həyatyanı torpaq sahəsinin koordinatlarını əks etdirən rəsmi sənəd mövcud olmadığından Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi idarəsi tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan **********65 reyestr nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüquqi ilə Zeynalov Şövkət Abdulla qızına məxsus olan 0.2419 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin koordinatları üst-üstə düşüb düşməməsi müəyyən etmək mümkün olmamışdır. İddiaçının tələb etdiyi ev və torpaq sahəsi qeydiyyat nömrəsi ********** olan **********65 reyestr nömrəli çıxarışa əsasən Zeynalova Şövkət Abdulla qızına məxsusdur. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsinin və fərdi yaşayış evinin hər hansı hissəsinin cavabdeh tərəfindən qanunsuz olaraq tutulması tədqiq edilmiş sübutlarla, eləcə də mütəxəssis və ekspert rəyləri ilə təsdiqini tapmadı. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin və fərdi yaşayış evinin cavabdeh tərəfindən qanunsuz olaraq tutulması öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri mövcud olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmiş, eləcə də iş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis və ekspert cəlb edilmiş, mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 134.26 manat, ekspert rəyinin verilməsinə görə çəkilən xərc isə 50 manat təşkil etmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu və hazırkı iş üzrə mütəxəssis və ekspert rəyinin verilməsinə görə çəkilən xərc iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı cavabdeh Zeynalov Cavabdeh qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılar İddiaçı və X4 aid edilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc olaraq 134.26 manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı və X1 tutularaq “xxxx” MMC-nin AZ23AİİB******************** №-li hesablaşma hesabına köçürülsün. İş üzrə ekspert rəyinin verilməsinə görə çəkilən xərc olaraq 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN: **********1, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar