Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-21/2022 01.02.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçı X1 və onun nümayəndəsi X4 iştirakları ilə, iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mərhum əri X7 Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının16 iyul 2007-ci il tarixli 3 saylı qərarına əsasən verilmiş 10699 kv.m torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 zəbt etdikləri hissəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X3 məhkəmə baxış iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, mərhum əri X7 Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının16 iyul 2007-ci il tarixli 3 saylı qərarına əsasən 10699 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir. O, dəfələrlə cavabdehlərə ona məxsus torpaq sahəsindən çıxarılmalarını xahiş etsə də mümkün olmamışdır. Bundan sonra məhkəməyə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin qərardadları ilə mütəxəssis baxışı təyin edilmiş, ona məxsus Gədəbəy rayonunun Novoivanovka kəndində yerləşən torpaq sahəsinin hər hansı hissəsinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmasının müəyyənləşdirilməsi haqqında mütəxəssis qarşısında suallar qoyulmuşdur. Lakin dəfələrlə mütəxəssis baxışı keçirilməsinə baxmayaraq, cavabdehlərin iştirak etməməsi səbəbindən rəy verilməsi mümkün olmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında X1 nümayəndəsi X9 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdelərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddiaçı X3 məhkəmə baxış iclasında ərizə verərək, cavabdehlər məhkəmə iclaslarında iştirak etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılaraq, qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan Torpaq sahəsinin Plan və ölçüsü sənədinin surətindən görünür ki, X7 Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının16 iyul 2007-ci il tarixli 3 saylı qərarına əsasən 10699 kv.m torpaq sahəsi verilmişdir. İşdə olan X2 surətindən görünür ki, X10 və X5 04.11.1968-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Rüstəmova soyadı verilmişdir. İşdə olan X6 surətindən görünür ki, X10 22.05.2006-cı il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiasının mərhum əri X7 Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının16 iyul 2007-ci il tarixli 3 saylı qərarına əsasən 10699 kv.m torpaq sahəsi verilmişdir. İddiaçı məhkəməyə torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş hissəsindən çıxarılmaları haqında iddia ərizəsi ilə müraciət etmiş, Gədəbəy Rayon Məhkəməsinin qərardadları ilə işə mütəxəssis baxışı təyin edilmiş, iddiaçıya məxsus Gədəbəy rayonunun Novoivanovka kəndində yerləşən torpaq sahəsinin hər hansı hissəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmasının müəyyənləşdirilməsi haqqında mütəxəssis qarşısında suallar qoyulmuşdur. Lakin dəfələrlə mütəxəssis baxışı keçirilməsinə baxmayaraq, cavabdehlərin iştirak etməməsi səbəbindən rəy verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehlərin təyin edilmiş mütəxəssis baxışında iştirak etməmələrini onların iş üzrə rəy verilməsinə mane olmaq cəhdləri kimi qiymətləndirir və belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, mütəxəssis baxışı təyin edilən fakt təsdiq edilmiş hesab olunmalı, Cavabdeh1 və Cavabdeh2 iddiaçı X1 mərhum əri X7 Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının16 iyul 2007-ci il tarixli 3 saylı qərarına əsasən verilmiş 10699 kv.m torpaq sahəsinin zəbt etdikləri hissəsindən çıxarılmalıdırlar. İddia ərizəsi təmin edildiyindən ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən alınaraq, iddiaçıya verilməlidir Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 X1 mərhum əri X7 Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının16 iyul 2007-ci il tarixli 3 saylı qərarına əsasən verilmiş 10699 kv.m torpaq sahəsinin zəbt etdikləri hissəsindən çıxarılsınlar. Qətnamə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə qiyabi qətnamənin ləğvi üçün şikayət verilə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-21/2022
Gədəbəy Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(042)-21/2022
01.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver