Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-21/2024 09.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X16 оğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və X3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və X4 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh X4 qarşı cavabdeh tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin zəbt edilmiş 157.28 kv. metr hissəsinin boşaldılması, həmin torpaq sahəsində aprılmış tikintinin cavabdeh tərəfindən öz vəsaitləri hesabına sökülməsi, həmın torpaq sahəsinin istifadəsinə verilməsi və həmin torpaq sahəsinin sərhədi kimi hasarın çəkilməsinə cavabdeh tərəfindən yaradılmiş maneələrin aradan qaldırılması tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbində dəqiqləşdirilməsi və Cavabdeh1 cavabdeh X6 ilə əvəz edilməsi barədə ərizə vermiş, cavabdehlər X6 və Cavabdeh2 trərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin zəbt edilmiş 157.28 kvm hissəsinin boşaldılması, həmin torpaq sahəsində aprılmış tikintinin cavabdehlər tərəfindən öz vəsaitləri hesabına sökülməsi, həmın torpaq sahəsinin istifadəsinə verilməsi və həmin torpaq sahəsinin sərhədi kimi hasarın çəkilməsinə cavabdehlər tərəfindən yaradılmiş maneələrin aradan qaldırılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X12 iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, ünvan 1 ünvanından yerləşən fərdi yaşayış evini və torpaq sahəsi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh2 və X6 torpaq sahəsinin bir hissəsini zəbt etmiş, zəbt olunmuş hissədə tikinti inşa etmişlər. Onlar mülkiyyətində olan torpaq sahəsinin sərhədləri boyunca hasar tikiməsinə mane olmuşlar. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 qız iddia tələbinə etiraz etmiş izahat verərək bildirmişdir ki, iddiaçı ilə razılıq əldə etməyə çalışmış, lakin iddiaçı ondan torpaq sahəsi üçün böyük miqdarda pul tələb etmişdir. Ona görədə iddia tələblərinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh X6 eyniməzmunlu izahat vermiş, iddia tələblərinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Gədəbəy şəhəri, M.Ə.Sabir küçəsi,ev 27A ünvanında yerləşən evə və torpaq sahəsinə X9 mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, X8 mülkiyyətində olan, Gədəbəy şəhəri, M.Ə.Sabir küçəsi,ev 27A ünvanında yerləşən torpaq sahəsinin 103.98 kvm hissəsi cavabdehlərin istifadəsində olan torpaq sahəsi ilə üst üstə düşür. Bundan 78.09 ha hissəsi X6, 25.89 kvm hissə Cavabdeh2 qız tərəfindən istifadə olunur. Cavabdeh2 məxsus tikilinin 20.56 kvm-dək hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsində yeriləşir. Cavabdeh X3 istifadəsində olan 78.09 ha-dək torpaq sahəsi cavabdeh tərəfindən inşa edilmiş hasarın 9.64 metrədək uzunluqda hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsində yeriləşir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı 195 manat məhkəmə xərci çəkmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, mütəxəssis rəyini və işdə olan sənədləri tədqiq edərək, hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı X8 mülkiyyətində olan, Gədəbəy şəhəri, M.Ə.Sabir küçəsi,ev 27A ünvanında yerləşən torpaq sahəsinin 103.98 kvm hissəsi cavabdehlərin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bundan 78.09 ha hissə X6, 25.89 kvm hissə Cavabdeh2 qız tərəfindən istifadə olunur. Cavabdeh2 məxsus tikilinin 20.56 kvm-dək hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsində yeriləşir. Cavabdeh X3 istifadəsində olan 78.09 ha-dək torpaq sahəsi və cavabdeh tərəfindən inşa edilmiş hasarın 9.64 metrədək uzunluqda hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsində yeriləşir. Ona görə də iddia tələbləri təmin edilməli, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 103.98 kvm torpaq sahəsindən cavabdehlər çıxarılmalı, həmin torpaq sahəsinin zəbt etdikləri hissəsinin ətrafına inşa etdikləri hasar onların öz vəsaitləri hesabına sökülməli, həmin torpaq sahəsində cavabdehlər Cavabdeh2 və X7 tərəfindən qanunsuz olaraq tikilmiş hasar və digər tikililər onların öz vəsaitləri hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq, iddiaçıya təhvil verilməli, . İddia tələbi təmin edildiyindən ödənilmiş məhkəmə xərcləri cavabdehlərdən alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbləri təmin edilsin. Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin 25.89 kvm hissəsindən çıxarılsın, ona məxsus tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşən 20.56 kvm hissəsi sökülsün. X1 Oqtay Hüseyn oğlunun mülkiyyətində olan torpaq sahəsinin 78.09 kvm hissəsindən çıxarılsın. Onun həmin hissədə inşa etdiyi hasarın 9.64 metr uzunluğunda olan hissəsi sökülsün. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin sərhədində hasarın tikilməsinə Cavabdeh2 və X6 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. 195 manat məhkəmə xərci Cavabdeh2 və X2 alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-21/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-21/2024
09.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver