Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-215/2025 25.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçi “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki iş (açar sözlər: hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında, şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi ilə, Ərizəçi “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. Ərizəçi məhkəməyə ərizə verərək, xx.xx.2005-ci ildə Gədəbəy rayonu, Şəkərbəy kəndində vəfat etmiş X20 ilə onun qohumluq münasibətində olmağı, yəni X8 onun qardaşı olması hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1937-ci ildə anadan olmuşdur. X3, anası X6r. Onun doğum haqqında şəhadətnaməsi itmişdir. Buna baxmayaraq Gədəbəy rayon Dövlət Arxivindən verilmiş xx.xx.2024-ci il tarixli arxiv arayışına əsasən, Maraqlı şəxs 1935-1942-ci illərə dair Doğum akt qeydiyyatı kitabında 28 yanvar 1938-ci ildə tərtib edilmiş 14 nömrəli aktda onun 18 avqust 1937-ci ildə Şəkərbəy kəndində anadan olması, atasının X17, anasının X12 olması qeyd edilmişdir. X20 onun qardaşıdır. Onlar bir qardaş və bir bacı olmaqla iki övlad olmuşlar. Bu barədə Gədəbəy rayon Dövlət Arxivindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışını ərizəsinə əlavə edir. Həmin arayışdan görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Şəkərbəy kənd X19 1966- 1968-ci illərə dair 5 nömrəli Təsərrüfatbaşına kitabın 117-ci şəxsi hesabında X3nun adına təsərrüfat qeyd edilmiş və qeyd edilən ailə üzvləri var: həyat yoldaşı X13 (d/t: 1880), oğlu X22 (d/t: 1916) və qızı X23 (d/t: 1937). X1 Gədəbəy rayon Dövlət Arxivindən verilmiş arxiv arayışına əsasən, doğum akt qeydi aşkar olunmamışdır. O, xx.xx.2005-ci ildə ölmüşdür. Qardaşı ailə qurmamış, övladları olmamışdır. Qardaşının başqa vərəsəsi olmadığı üçün o S.Məmmədovun yeganə vərəsəsi olaraq ondan qalmış mirası adına sənədləşdirmək istəyir. Bununla əlaqədar Gədəbəy rayon Notariat ofisinə müraciət etmiş, lakin qardaşının doğum akt qeydləri olmadığından S.Məmmədovla onun qohumluq faktını müəyyən etmək mümkün olmamış, bu səbəbdən məhkəməyə müraciət etməsi izah edilmişdir. Odur ki, qardaşından miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi almaq üçün onların qohumluq münasibətində olmağı, yəni mərhum X8 onun qardaşı olması hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur.
II. Tərəflərin mövqeləri və şahid ifadələri:
3. Ərizəçi məhkəməyə teleqram göndərərək, xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. X35 Zülfi məhkəmə iclasında bildirdi ki, Fatmanın qardaşı X9 gəlinidir. 3 bacı, 3 qardaş olublar. Salman xeyli müddətdir ki, dünyasını dəyişib. Hal-hazırda Fatmanın heç bir qardaşı və bacısı həyatda yoxdu, dünyasını dəyişiblər. Salman və Fatma bir yerdə yaşayıb, sonra Salman dünyasını dəyişdikdən sonra Fatmaya o baxmağa başlamışdır. Hal-hazırda Fatma yataq xəstəsidir, hərəkət qabiliyyətini tamamilə itirmişdir. Təsdiq edir ki, Salmanla Fatma qardaş-bacıdır.
5. X4 məhkəmə iclasında bildirdi ki, Fatma qonşusu olmuşdur. Fatma, qardaşı Salmanla bir yerdə yaşayırdılar. Heç birinin övladı yoxdu. Salmanın dəfnində o da iştirak etmişdir. Təsdiq edir ki, Salman və Fatma bacı- qardaşdır.
6. X2 məhkəmə iclasında bildirdi ki, Fatma qonşusu olub. Fatma gil 3 bacı, 3 qardaş olublar. Qara, Salman və Fatma sonsuz olublar, övladları yoxdu. Salman və Fatma bir yerdə yaşayırdılar. Təsdiq edir ki, Fatma və Salman bacı-qardaş olublar.
7. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Məhkəmə şahidləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
10. Belə ki, mülki iş materiallarında olan; - Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayonu Qeydiyyat şöbəsinin Şəkərbəy kənd sovetinin 1935-1942-ci illərə dair Doğum akt qeydiyyatı kitabında 28 yanvar 1938-ci ildə tərtib edilmiş 14 nömrəli aktda X14 18 avqust 1937-ci ildə Şəkərbəy kəndində anadan olması qeyd edilmişdir. Atası qrafasında X17, anası qrafasında X15 qeyd edilmişdir. - Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayonu Qeydiyyat şöbəsinin Şəkərbəy kənd Sovetinin 1935-1942-ci illərə dair Doğum akt qeydiyyatı kitabında Şəkərbəy kənd sakini, mərhum X8 adına Doğum akt qeydi aşkar olunmadı. - Maraqlı şəxs tərəfindən verilmiş 05 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, mərhum X8 Maraqlı şəxs və Şəkərbəy kənd İƏD-nin nikah akt qeydləri kitabları arasında nikahı haqqında akt qeydi aşkar olunmadı. Yoxlama xx.xx.1935-ci ildən xx.xx.2005-ci ilədək aparılmışdır. - Gədəbəy RİHB-nın Şəkərbəy kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun mərhum qardaşı X20 xx.xx.2005-ci il tarixdə ölmüşdür. Mərhumun ölümündən sonra təsərrüfatında ailə üzvüləri kimi 1937-ci il təvəllüdlü bacısı Ərizəçi qalmışdır. Göstərilən ailə üzvülərindən başqa mərhumun digər ailə üzvüləri olub- olmaması barədə nümayəndəlikdə məlumat yoxdur. - Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Şəkərbəy kənd X19 1991-1995-ci illərə dair 5 nömrəli təsərrüfatbaşına kitabın 147-cı şəxsi hesabında qeydiyyatda olmaqla X1 adına təsərrüfat qeyd edilmişdir və qeyd edilən ailə üzvləri var: A/b - X20 1916; bacısı - Ərizəçi 1937. Torpaq qrafasında 0,25 ha torpaq sahəsi və tikili qrafasında 1975-ci ildə inşa edilmiş ümumi sahəsi 34 kv.m olan ev qeyd edilmişdir. - Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Şəkərbəy kənd X19 1966-1968-ci illərə dair 5 nömrəli təsərrüfatbaşına kitabın 117-ci şəxsi hesabında qeydiyyatda olmaqla X3nun adına təsərrüfat qeyd edilmişdir və qeyd edilən ailə üzvləri var: A/b -X17 1867; H/yoldaşı - X10 1880; oğlu - X22 1916; qızı - X23 1937. Torpaq qrafasında 0,25 ha torpaq sahəsi və tikili qrafasında 1941-ci ildə inşa edilmiş ev qeyd edilmişdir. - A seriyalı 097853 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahak Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 saylı qərar ıilə X16 Gədəbəy rayonu, Şəkərbəy kəndində 2310 kv.m torpaq sahəsi verilmişdir. - Gədəbəy rayon Notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, mərhum X20 ilə Ərizəçi arasında olan qohumluq faktı müəyyən olunmadığından vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamış və məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - Maraqlı şəxs tərəfindən arayışlardan görünür ki, X20 xx.xx.2005-ci il tarixdə, X26 xx.xx.2004-cü il tarixdə, X21 xx.xx.1999-cu il tarixdə, X11 xx.xx.2008-ci il tarixdə, X27 xx.xx.2017-ci il tarixdə ölmüşdür.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
12. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində qanun üzrə vərəsələr qeyd edilmiş və 1159.2-ci maddəyə əsasən ikinci növbəli vərəsələr - ölənin bacıları və qardaşları sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
14. Məhkəmə iclasında müəyyən edildi ki, mərhum X20 Ərizəçi qardaşıdır. Bu hal ərizədə qeyd edilənlər, şahid ifadələri və iş materialları ilə təsdiqini tapır. Ərizəçi mərhum X8 ikinci növbə vərəsəsidir. Mərhumunun birinci növbə vərəsəsi mövcud deyildir. Ərizəçi mərhumun doğum haqqında şəhadətnaməsi olmadığından, miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. X20 öldüyündən onun Ərizəçi ilə qohumluq münasibətində olmasının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir. Odur ki, ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir.
15. Məhkəmə ərizəçinin izahatın dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutları hərtərəfli araşdırıb hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2005-ci ildə vəfat etmiş X8 1937-ci il təvəllüdlü Ərizəçi qardaşı olmasına dair qohumluq münasibətlərinin olması barədə hüquqi əhəmiyyətli faktı müəyyən edilməlidir.
V. Nəticə:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 326, 360, 362ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci ildə vəfat etmiş X8 1937-ci il təvəllüdlü Ərizəçi qardaşı olmasına dair qohumluq münasibətlərinin olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zamiq Rəsulov