Məhkəmə qərarları › İş №2(042)-216/2023

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-216/2023

13.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-216/2023 13.01.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Mirzəquliyev Fizuli Balağa oğlu, Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarma və uşaq” tələblərinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “evdən çıxarma və uşaq” tələblərinə dair məhkəməyə ərizə ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb irəli sürmüşdür. Belə ki, iddia ərizəsindən görünür ki, evdən çıxarma və uşaq bir-biri ilə əlaqəli deyildir. Belə ki, evdən çıxarma və uşaq tələblərinin hər birinin ayrıca predmeti və hüquqi əsasları vardır. Bunun hər biri isə ayrıca iddia tələbi təşkil edir. MPM-in 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, belə olan halda iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məcəllənin 114.1 və 114.1.4-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı “evdən çıxarma və uşaq” tələblərinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardad rüsumun geri qaytarılması hissəsində icra edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar