Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-226/2021 08.04.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3nə və üçüncü şəxs ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3nə və üçüncü şəxs ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə qarşı Cavabdeh1 ilə Cavabdeh2 arasında onun əvəzindən Gədəbəy Rayon Notariat Kontorunda bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına xx.xx.2019-cu il tarixdə ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** və ********** saylı qeydiyyatın ləğv edilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddia ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, cavabdehlər onun savadsız olmağından istifadə edib, əlbir olaraq, onu aldatmışlar. Lakin o, cavabdehlərə onun əvəzindən alğı-satqı müqaviləsi bağlamaq üçün etibarnamə verməmişdir. Onun torpaq sahəsini və evini satmışlar və həmin ev satıldıqdan sonra ona evin pulunu verilməmişlər. Onun evini satmaq fikri olmamışdır. Evin satılmasından xəbəri olmamışdır. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələblərinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, İddiaçı İlqar oğlu ev və həyətyanı torpaq sahəsnin alğı-satqısını aparmaq üçün zəruri olan bütün sənədlər hazır olmadığına görə və sənədlərin hazırlanması üçün ona evini satmaq üçün etibarnamə vermişdir. Ona verilmiş səlahiyyətə əsasən evi və torpaq sahəsini 11000 manata Cavabdeh1 satmışdır. Alğı-satqı müqaviləsi bağlanarkən heç bir qeyri-qanunu hərəkətə yol verilməmişdir. Evi satdıqdan sonra əvvəldən aralarında razılaşdırlmış məbləği, yəni, 11000 manatı iddiaçıya vermişdir. İddiaçı bildirir ki, evin və həyətyanı torpaq sahəsinin satılmasından xəbəri olmamışdır. Lakin o, bu müddət ərzində həyətyanı torpaq sahəsində ev tikmişdir. İddiaçı həmin evin tikilməsini örmüş. Lakin buna etiraz etməmişdir. Yəni, bu alğı-satqı müqaviləsi də, evin tikilməsi də onun razılığı ilə olmuşdur. Lakin hazırda o, bəzi qohumlarının təhriki ilə belə bir iddia tələbləri ilə əsassız olaraq, məhkəməyə müraciət etmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdeh3 nümayəndəsi X6 məhkəmə iclasında iddia tələblərinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, etibarnamə verilərkən və alğı-satqı müqaviləsi bağlanarkən heç bir qeyri-qanunu hərəkətə yol verilməmiş, iddiaçıya onun etdiyi hərəkətlərin hüquqi nəticələri izah edilmiş, o, buna razılıq vermiş, bu nəticıələri istədiyini bildirmişdir. Ona görə də qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 və üçüncü şəxs ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştiraklarını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə işdə iştirak etməyəbn cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Arayışdan görünür ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair İddiaçı adına ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli reyestrdən Çıxarış verilmişdir. Həmin torpaq sahəsi Gədəbəy rayonu notariat kontorunun 4Ə-244 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X2 adına özgəninkiləşdirilmiş və sonuncuya ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən Çıxarış verilmişdir. Gədəbəy rayonu, Söyüdlü kəndində 0.21 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69.3 kv.m olan fərdi yaşayış evinə dair İddiaçı adına ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli reyestrdən çıxarış verilmişdir. Həmin fərdi yaşayış evi Gədəbəy rayonu notariat kontorunun 4Ə-245 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsi əsasında X2 adına özgəninkiləşdirilmiş və sonuncuya ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən Çıxarış verilmişdir. Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.4028 ha və 0.2412 kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair İddiaçı adına ********** və ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli reyestrdən çıxarışlar verilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli, AN-İ nömrəli, ******* saylı Daşınmaz əmlakın alğısatqı müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyət hüququ ilə ona məxsus Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən, ümumi sahəsi 69.3 kv.m olan evi və 0.21 ha torpaq sahəsini Cavabdeh1 11000 manata satmış, alıcı müqavilədə göstərilən məbləği satıcıya tam ödəmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli, AN-İ nömrəli, ******* saylı Daşınmaz əmlakın alğısatqı müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyət hüququ ilə ona məxsus Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən, 0.12 ha torpaq sahəsini Cavabdeh1 5000 manata satmış, alıcı müqavilədə göstərilən məbləği satıcıya tam ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məcəllənin 139-1.1. və 139-1.1.5-ci maddələrinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tərəflərin izahatları və digər sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, tərəflər arasında müqavilə azadlığı hüququna əsasən daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı mülkiyyət hüququ ilə ona məxsus Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsini, Gədəbəy rayonu, Söyüdlü kəndində 0.21 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69.3 kv.m olan fərdi yaşayış evini X1. Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.4028 ha və 0.2412 kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair İddiaçı adına ********** və ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli reyestrdən çıxarışlar verilmişdir. İddiaçı alğı-satqıdan əldə edilmiş pulun ona verilməməsini əsas gətirərək, alğı-satqı müqaviləsini və həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsini xahiş etmiş, sübutetmə yükü üzərilərinə düşməsinə baxmayaraq, cavabdehə etibarnaməni aldadılma nəticəsində verməsini, ev və torpaq sahəsi satıldıqdan sonra dəyərlərinin ona verilməməsi hallarını sübut edə bilməmişdir. Ona görə də iddia tələbləri təmin edilməməlidir. İddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddia ərizəsi məhkəməyə daxil olarkən iddianın təmin edilməsi haqqında ərizə təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-226/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul olunanadək iddia ərizəsində göstərilən Gədəbəy rayonunun Söyüdlü kəndi ərazisində yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinin və torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Ona görə də Gədəbəy Rayon Məhkəməsinin 2(042)-226/2021 saylı, xx xxxxx 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alanadək Gədəbəy Rayon Məhkəməsinin 2(042)-226/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı qüvvədə saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, QƏT ETDİ: İddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-226/2021 saylı, xx xxxxx 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alanadək Gədəbəy Rayon Məhkəməsinin 2(042)-226/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı qüvvədə saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-226/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-226/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver