Məhkəmə qərarları › İş №2(042)-226/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-226/2023

16.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-226/2023 16.08.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli elektron çıxarışlar əsasında ona məxsus olan 0.1496 ha və 0.2115 ha torpaq sahəslərindən Cavabdeh çıxarılması, Cavabdeh ona məxsus olan torpaq sahəsinin tutduğu hissəsinə çəkmiş olduğu metal torun cavabdehin hesabına sökülməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini müdafiə etmiş və izahat verərək bildirmişdir ki, O, Gədəbəy rayonu, Qumlu kəndində yaşayır. Gədəbəy şəhərində onun mülkiyyətində ayrı-ayrılıqda 0.1496 ha və 0.2115 ha torpaq sahələri vardır. Torpaq sahələri üzərində mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə DƏDRX tərəfindən ona ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli elektron çıxarışlar verilmişdir. Hal-hazırda ona məxsus torpaq sahəsini Cavabdeh qanunsuz olaraq zəbt etmiş və torpaq sahəsinin tutduğu hissəsini torla ayırmışdır. Bu da onun mülkiyyət hüququnu pozulmasına gətirib çıxarmışdır. O, cavabdehə torpaq sahəsindən çıxmasını və çəkdiyi metal torun sökməsini xahiş etsə də, heç bir nəticə olmamışdır. Ona görə də, o, məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etməmiş, izahat verərək bildirmişdir ki, o iddiaçıya məxsus heç bir torpaq sahəsini tutmamışdır. Ona görə də, iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışlardan görünür ki, Gədəbəy şəhərində yerləşən evə İddiaçı, evin yerləşdiyi 0.2115 ha torpaq sahəsinə İddiaçı və X2 ümumi birgə mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Torpağa Mülkiyyət Hüququna X8 surətindən görünür ki, İddiaçı və X1 Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1198-ci il tarixli qərarı ilə 0.36 ha torpaq sahəsi verilmişdir. İşdə olan Torpaq sahəsinin Planı və ölçüsü Sənədinin surətlərindən görünür ki, Gədəbəy DƏDRX-nin xx.xx.2022-cu il tarixli qərarı əsasında İddiaçı olan 0.1496 ha və 0.2115 ha torpaq sahəsi və X3 2098 kv.m torpaq sahəsi verilmişdir. İşdə olan mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Gədəbəy rayonu, Qumlu kəndində yerləşən torpaq sahəsinin hər hansı hissəsi Cavabdeh tərəfindən tutulmamışdır. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(041)-210/2012 mülki iş üzrə iddia tələbi qismən təmin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçnın və cavabdehin izahatlarını, mütəxəssis rəyini, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilmişdir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus Gədəbəy rayonu, Qumlu kəndində yerləşən torpaq sahələrinin hər hansı hissəsi Cavabdeh tərəfindən tutulmamışdır. Ona görə də, iddia tələbləri təmin edilməməlidir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏTETDİ: İddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar