Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-227/2025 07.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, iddiaçı və İddiaçı2 nümayəndəsi İddiaçı1 iştiraklı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1,Cavabdeh2,X2 və Cavabdeh4 qarşı payların müəyyən edilməsi tələbi haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1,Cavabdeh2,X2 və Cavabdeh4 qarşı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ********** və ********** qeydiyyat nömrəli Çıxarışlar əsasında İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmiş Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 1.0 ha və 0.7199 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahələrinin hər birindən iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin 1/6 hissə payının müəyyən edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə baxış iclasında iddiaçı və iddiaçı X1 nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komisiyasının xx.xx.2001 -ci il tarixli qərarı ilə Gədəbəy rayonu, Slavyanka kəndində onun, digər İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə ayrı-ayrılıqda 1.0 ha və 0.7199 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələri verilmişdir. Bu barədə müvafiq olaraq JN-240 və JN-240Z saylı "Torpağa Mülkiyyət Hüququna X5 tərtib edilmişdir. Həmin dövlət aktları əsasında qeyd olunan torpaq sahələrinə dair ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydə alınmış, onlara bu barədə ********** və ********** qeydiyyat nömrəli Çıxarışlar verilmişdir. Hazırda ümumi birgə mülkiyyətə olan həmin torpaq sahələrindən onlara düşən payların müəyyən edilməsini istəyirlər. Torpaq sahələri altı nəfərin ümumi birgə mülkiyyətinə verildiyindən, onların həmin torpaq sahələrinin hər birindən 1/6 hissə payları müəyyən edilməlidir. Lakin bununla əlaqədar cavabdehlərlə razılıq əldə edə bilməmişlər. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 lazımi qaydada məlumat verilməsinə baxmayaraq,onlar məhkəmə baxış iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, 12 sentyabr 2024-cü il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 1.0 ha kənd təsərüfatı təyinatlı torpaqları kateqoriyasına aid torpaq sahəsinə İddiaçı1,İddiaçı2, Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 ümumi birgə mülkiyyət hüquqları qeydə alınmışdır. İşdə olan Çıxarışın surətindən görünür ki, 12 sentyabr 2024-cü il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.7199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 ümumi birgə mülkiyyət hüquqları qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçı və iddiaçı X1 nümayəndəsi İddiaçı1 izahatını və işdə olan sənədləri təhqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 1.0 ha və 0.7199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 ümumi birgə mülkiyyətindədir.Hazırda iddiaçılar həmin əmlakda paylarının müəyyən edilməsini istəyirlər. Ona görə də iddia tələbi təmin edilməli, tərəflərin ümumi birgə mülkiyyətdə olan torpaq sahələrində paylarının bərabər olması nəzərə alınmaqla, hər birinin 1/6 hissədə payları müəyyən edilməlidir. İddiaçılar iddia ərizəsinə məhkəmədə baxılması üçün 100 manat dövlət rüsumu ödəmişlər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı1 və İddiaçı2 Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 1.0 ha və 0.7199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birində 1/6 hissədə payları müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 alınaraq, İddiaçı1, İddiaçı2 verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-227/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-227/2025
07.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver