Məhkəmə qərarları › İş №2(042)-244/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-244/2021

10.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-244/2021 10.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun vəkili X3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X4 qarşı yaşamaq hüququnun verilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X4 qarşı cavabdehlərin yaşadığı evdə ona, xx.xx.2011-ci il tarixdə doğulmuş Cavabdeh1 Anar oğluna və xx.xx.2015-ci il tarixdə doğulmuş X8 yaşamaq hüququnun verilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, X10 ilə 2010-cu ildə qeyri-rəsmi evlənmiş, ailə münasibətlərindən xx.xx.2011-ci il tarixdə Cavabdeh1 Anar oğlu və xx.xx.2015-ci il tarixdə X11 doğulmuşlar. Onlar ailə qurduqları zaman cavabdehə məxsus evə gəlin köçmüş, sonradan yaşamaq üçün Bakı şəhərinə və Rusiya Federasiyasına getmişlər. X10 ilə 2017-ci il tarixdə nikah bağlamış, 2020-ci il tarixdə aralarında olan nikah pozulmuşdur. Hazırda o, öz valideynlərinin evinə köçmüş və azyaşlı uşaqları ilə birlikdə müvəqqəti olaraq valideynlərinə məxsus evdə yaşayır. O, keçmiş əri X10 oğlundan dəfələrlə ona və övladlarına yaşaması üçün ev verməsini tələb etsə də, bu heç bir nəticə verməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçı onun oğlu X10 ilə 2010-cu ildə qeyri-rəsmi evlənmiş, ailə münasibətlərindən xx.xx.2011-ci il tarixdə Cavabdeh1 Anar oğlu və xx.xx.2015-ci il tarixdə X11 doğulmuşlar. Onlar ailə qurduqları zaman cavabdehə məxsus evə gəlin köçmüş, sonradan yaşamaq üçün Bakı şəhərinə və Rusiya Federasiyasına getmişlər. İddiaçı X10 ilə 2017-ci il tarixdə nikah bağlamış, 2020-ci il tarixdə aralarında olan nikah pozulmuşdur. İddiaçı onun oğlu ilə ailə qurduqdan sonra cəmi bir neçə ay ona məxsus evdə yaşamış, sonradan yaşamaq üçün Bakıya və Rusiya Federasiyasına getmişlər. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 vəkili X5 məhkəmə iclasında cavabdehlərin izahatlarına uyğun izahat vermiş, əlavə olaraq, bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən iddiaçının həmin evdən istifadə hüququ yaranmamışdır. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh5 və X4 məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə işdə iştirak etməyən digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, İddiaçı cavabdehlərin gəlini olmuş, bir neçə il bundan qabaq orada yaşamışdır. Lakin onun həmin evdə hansı illərdə yaşamasını unutmuşdur. İşdə olan X1 surətlərindən görünür ki, X6 və İddiaçı ailə münasibətlərindən xx.xx.2011-ci il tarixdə Cavabdeh1 Anar oğlu və xx.xx.2015-ci il tarixdə X11 doğulmuşlar. İşdə olan X2 surətindən görünür ki, X10 və İddiaçı xx.xx.2017-ci il tarixdə nikah bağlamışlar. İşdə olan Gədəbəy Rayon Qaradağ kənd İƏD üzrə Nümayəndəlik tərəfindən verilmiş Arayışdan görünür ki, İddiaçı Gədəbəy Rayonunun Qaradağ kəndində qeydiyyatda yoxdur və ərazidə yaşamır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, habelə, işin faktiki hallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları və digər sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında ailə münasibətləri 2010-cu ildə yaranmış və ailə münasibətlərinə 2020-ci ildə xitam verilmişdir. Yəni, mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə əsasən tənzimlənməli, iddiaçının cavabdehlərlə ailə münasibətlərinə xitam verildiyi, keçmiş ailə üzvü kimi, onun həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmamalıdır. Məhkəmə araşdırmaları zamanı iddiaçının cavabdehlərə məxsus yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması üçün əsaslar müəyyən edilməmişdir. Həmçinin iddiaçı həmin evdə cəmi bir neçə ay yaşamış, yəni davamlı olaraq, həmin evdə yaşamamışdır. Ona görə də iddia tələbləri təmin edilməməlidir. İddiaçı məhkəməyə müraciət edən zaman 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu İddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstəriləələri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar