Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-245/2024 06.08.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçı X7 və onun nümayəndəsi X1 iştirakı ilə iddiaçı X3 cavabdehlər Cavabdeh3,Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma və tiklinin sökülməsi tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı X7 cavabdehlər Cavabdeh3,Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin Gədəbəy Rayon AİK-nın xx.xx.1999-cu il tarixli JN-0040 KOD 50500038 saylı “Dövlət Aktı” əsasında onlara 1,55 ha kənd təsərrüfatı məqsədi ilə verilmiş əkin və biçənək sahəsindən məcburi şəkildə çıxarılmalarına və həmin torpaq sahəsində inşa etdirmiş olduqları tiklilərin sökülməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X7 məhkəmə baxış iclasında iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon AİK-nın xx.xx.1999-cu il tarixli qərarı ilə ona və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1,55 ha kənd təsərrüfatı təyinatlı əkin və biçənək torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini cavabdehlər tutmuş, torpaq sahəsində yaşayış evləri inşa etmişlər. Cavabdehlər könüllü olaraq onlara məxsus olan torpaq sahəsindən çıxmaq istəmirlər. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında eyniməzmunlu ifadə vermiş, iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3,Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan JN 0040 KOD 50500038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Gədəbəy Rayon AİK-nın xx.xx.1999-cu il tarixli qərarı ilə Gədəbəy rayonu, Novosaratovka kəndində X7 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1.55 ha torpaq sahəsi verilmişdir. İşdə olan mütəxəssis rəyindən görünür ki, X4 məxsus torpaq sahəsinin 0.3377 ha hissəsi Cavabdeh1 və 0.1426 ha hissəsi Cavabdeh3 tərəfindən istifadə olunur. Cavabdeh1 tərəfindən inşa edilmiş sahəsi 136.26 kvm olan yaşayış evi İddiaçı qızna məxsus torpaq sahəsində yerləşir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı işə məhkəmədə baxılması üçün 100 manat dövlət rüsumu, eləcə də rəy verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin hesabına 95 manat ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, mütəxəssis rəyini və işdə olan sənədləri tədqiq edərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin 0.3377 ha hissəsi Cavabdeh1 və 0.1426 ha hissəsi Cavabdeh3 tərəfindən tutulmuşdur. Cavabdeh1 tərəfindən inşa edilmiş sahəsi 136.26 kvm olan yaşayış evi İddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsində yerləşir. Cavabdeh2 iddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir hissəsini tutmamışdır. Ona görə də iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iddiaçı X7 və onun ailə üzvlərinə məxsus torpaq sahəsindən çıxarılmalı, Cavabdeh1 iddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsində inşa etdirdiyi ev sökülməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni, iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri cavabdehlər Cavabdeh3 və Cavabdeh1 alınaraq, İddiaçı verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbi qismən təmin edilsin. Əliyev X5 Telli Məcid qızı və onun ailə üzvlərinə məxsus torpaq sahəsinin qanunsuz tutduğu 0.3377 ha hissəsisindən, Cavabdeh3 isə 0.1426 ha hissəsindən çıxarılsınlar. Cavabdeh1 İddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsində qanunsuz inşa etdirdiyi ev sökülsün. Ödənilmiş 100 manat dövlət rüsumunun və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat xərcin əvəzi müştərək qaydada Cavabdeh3 və Cavabdeh1 alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-245/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-245/2024
06.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver