Məhkəmə qərarları › İş №2(042)-250/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-250/2024

22.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-250/2024 22.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X15 oğlunun katibliyi, Ərizəçi Məhəmmədəli qızının iştirakı ilə, Ərizəçi Məhəmmədəli qızının “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Məhəmmədəli qızı məhkəməyə ərizə ilə müraciət edərək, onun 1983-cü il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Məhəmmədəli qızı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə Ermənistan SSR, Krasneliski rayonu, Ardanış kəndində anadan olmuşdur. O, 1983-cü il tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndinə gəlin köçüb gəlmişdir. Onun doğum haqqında şəhadətnaməsi, texnikum bitirməsinə dair atestatı və xx.xx.1983-cü il tarixdə rəsmi nikah bağlamasına dair özünə nikah haqqında şəhadətnaməsi vardır. Halhazırda o, Novosaratovka kənd İƏD-üzrə təsərrüfatbaşına kitabda adı 1983-cü il tarixdən qeyd edilməklə onun 3 övladı və nəvələr var. Ona keçmiş sovet pasportu verilmiş, lakin həmin pasportu itirmişdir. Hal-hazırda o pensiya yaşına çatmağı ilə əlaqadar olaraq ondan şəxsiyyət vəsiqəsi tələb edilən zaman onun şəxsiyyət vəsiqəsinin olmamasını bildirmişdir. O, şəxsiyyət vəsiqəsi almaq məqsədi ilə Gədəbəy rayon Polis şöbəsinin şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət etmiş, bu zaman ona bildirilmişdir ki, onun adı DİN-nin şəxslərin qeydiyyatının və uçotunun aparılması şöbəsində qeydiyyata alınmadığı üçün ona şəxsiyyət vəsiqəsinin verilməsi mümkün deyildir. Bununla bağlı adiyyəti üzrə Azərbaycan Respublikası Maraqlı şəxs1nə müraciət etməsi məsləhət görülmüşdür. O, lazımi sənədləri toplayaraq Azərbaycan Respublikası Maraqlı şəxs1nə müraciət etmişdir. Azərbaycan Respublikası Maraqlı şəxs1 vətəndaşlıq məsəllələri baş idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə onun müraciətinə cavab məktubu verilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, o 1983-cü il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə yaşadığın yer üzrə məhkəməyə müraciət edərək qətnamə əldə etdikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Maraqlı şəxs1nə müraciət edə bilər. Onun 1983-cü il tarixdən Gədəbəy rayonu, Novosaratovka kəndində yaşamasını Gədəbəy rayon, Novosaratovka kənd İƏD-üzrə nümayəndəsi, kənd sakinləri və yaxın qonşuları təsdiq edə bilərlər, bunlardan X12, X13 və X14 şahid qismində dindirilə bilər. Ərizəçi Məhəmmədəli qızı məhkəmə iclasında ərizəsində göstərilənlərə oxşar izahat verdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. X6 məhkəmə iclasında bildirdi ki, o, Gədəbəy rayonu, Novosaratovka yaşayır. Ərizəçi onun həmkəndlisidir. Qonşuluqda yaşayır. Ərizəçi 1983-cü il tarixdə Ermənistan SSRndan Gədəbəy rayonu, Novosaratovka kəndinə gəlin köçüb gəlmişdir. Həmin tarixdən Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır. Ərizəçinin ailə vəziyyəti və digər əlaqələri barədə ətraflı məlumatı olmuşdur. Ərizəçi Gədəbəy rayonundan başqa heç bir ölkəyə getməmiş, daimi kənddə yaşamış, təsərrüfatla məşğul olmuşdur. X7 məhkəmə iclasında X6 ilə eyni məzmunlu ifadə verdi. Maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxs1 nümayəndəsi, Gəncə regional miqrasiya idarəsinin bölmə rəisi Nümayəndə məhkəməyə ərizə verərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Novosaratovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 dekabr 2023-cü il tarixli, 907 saylı arayışdan görünür ki, İsmayılova (Namazova) Rahilə Məhəmmədəli qızı 10 iyul 1963-cü il tarixdə anadan olub, hazırda Gədəbəy rayonu, Novosaratovka kənd İƏD üzrə nümayəndəliyində qeydiyyatdadır və Novosaratovaka kəndində yaşayır. İşdə olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.1963-cü il tarixdə Ermənistan SSR, Krasneliski rayonununda doğulmuş, atası qrafasında X8, anası qrafasıdna X16 qeyd edilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 ilə X4 nikahlarını xx.xx.1983-cü il tarixdə bağlamışlar, nikah bağlandıqdan sonra ərə Namazov, arvada Namazova soyadları verilmişdir. İşdə olan Azərbaycan Respublikası Maraqlı şəxs1 tərəfindən X2 ünvanlanmış 01 aprel 2022-ci il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.7-ci yarımbəndinə əsasən xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənəd (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd-qaçqın düşərək məskunlaşdığınız rayonun icra hakimiyyəti başçısının qaçqınların və məcburi köçkünlərin işləri üzrə səlahiyyətli nümayəndəsi tərəfindən verilən sənəd) ünvanlarına təqdim edildikdən sonra onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətininmüəyyənləşdirilməsi ilə bağlı əlavə araşdırma aparıla bilər. İşdə olan Azərbaycan Respublikası Maraqlı şəxs1 Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X1 1983cü il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Maraqlı şəxs1nə müraciət edə bilər. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 12-ci bəndinə əsasən, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13-cü bəndinə əsasən, məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi Məhəmmədəli qızı 10 iyul 1963-cü il tarixində Ermənistan SSR, Krasneliski rayonununda anadan olmuş, 30 iyun 1983-cü il tarixində X10 ilə rəsmi nikaha girərək ailə qurmuş, elə həmin ildən də Azərbaycan Respublikasına köçərək ailəsi ilə birlikdə daimi olaraq Gədəbəy rayonu, Novosaratovka kəndində yaşamışdır. Ərizəçi Məhəmmədəli qızı onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, Azərbaycan Respublikasında daimi olaraq yaşaması faktının müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Maraqlı şəxs1nə müraciət etmiş, lakin bu faktın məhkəmə tərəfindən müəyyən olunması bildirilmiş və Maraqlı şəxs1 tərəfindən imtina məktubu təqdim edilmişdir. Məhkəmədə həmçinin müəyyən olunur ki, ərizəçinin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, Azərbaycan Respublikasında daimi olaraq yaşamağı ilə bağlı faktın başqa qaydada müəyyən edilməsi qeyri-mümkündür, ona görə də ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. İşdə olan sənədlərdən, ərizəçinin izahatı və şahid ifadələri ilə Ərizəçi Məhəmmədəli qızının 1983-cü ildən hal-hazıradək, Azərbaycan Respublikasında daimi olaraq yaşaması, heç bir dövlərin vətəndaşlığına mənsub olmaması öz təsdiqini tapdığından məhkəmə həmin faktın müəyyən edilməsini mümkün hesab edir. Odur ki, Ərizəçi Məhəmmədəli qızının Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşı olmaması faktı sübuta yetdiyindən, bu faktlar məhkəmə qaydasında təsdiq edilməlidir. Beləliklə, məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360, 362-ci maddələrini rəhbər tutaraq, Q ə t e t d i: Ərizə təmin edilsin. 10 iyul 1963-cü il tarixində Ermənistan SSR, Krasneliski rayonununda anadan olmuş Ərizəçi Məhəmmədəli qızının 1983-cü ildən Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən olunsun. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar