Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-253/2024 21.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayоn Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa оğlunun sədrliyi, məhkəmə iclas katibi X21 оğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil X14, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X9 İdarəsi Gədəbəy Rayon X2 direktoru X8 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X9 İdarəsi Gədəbəy Rayon X1rşı əmrin ləğv edilməsi və vəzifəyə bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X9 İdarəsi Gədəbəy Rayon X1rşı cavabdehin “M.Solmazın əmək müqaviləsinə xitam verilməsi haqqında” *3 oktyabr 2*23-cü il tarixli 59 saylı əmrinin ləğv edilməsi, iddiaçının Gədəbəy Rayon Mərkəzi Kitabxanasının Komplektləşdirmə və Kitabişləmə Şöbəsinin baş kitabxanaçısı vəzifəsinə bərpa olunması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkil X14 iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, *4 aprel 2*22-ci il tarixli, 23 nömrəli təqdimatla X13 İdarəsi Gədəbəy Rayon X2 direktor müavini tərəfindən iddiaçının Gədəbəy Rayon Mərkəzləşdirilmiş X4 və Kitabişləmə Şöbəsində baş kitabxanaçı vəzifəsinə təyin olunması barədə X13 İdarəsinə müraciət olunmuşdur. X13 İdarəsinin *4 aprel 2*22-ci il tarixli əmri ilə iddiaçı *4 aprel 2*22-ci il tarixdən X13 İdarəsi Gədəbəy Rayon X2 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə müddətsiz təyin edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 25 avqust 2*22-ci il tarixli əmrinə əsasən X13 İdarəsinin iddiaçının kitabxanaçı təyin edilməsi haqqında *4 aprel 2*22-ci il tarixli əmri ləğv edilmişdir Bundan sonra X13 İdarəsinin rəisi tərəfindən iddiaçının işə bərpa olunması ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2* sentyabr 2*22-ci il tarixli məktubu ilə iddiaçının müvafiq vəzifəyə təyin edilməsinə etiraz edilməmişdir. X13 İdarəsinin 3* sentyabr 2*22-ci il tarixli əmri ilə İddiaçı *3 oktyabr 2*22-cü il tarixdən 6 ay müddətinə Gədəbəy Rayon X2 baş kitabxanaçısı vəzifəsinə təyin edilmişdir. Daha sonra X13 İdarəsinin Gədəbəy Rayon X2 direktorunun əmək müqaviləsinin müddətinin uzadılması haqqmda *3 aprel 2*23-cü il tarixli əmri ilə əmək müqaviləsinin müddəti yenidən 3 aprel 2*23-cü il tarixdən *3 oktyabr 2*23-cü il tarixədək 6 ay müddətinə uzadılmış, X1* əmək müqaviləsi bildirişinə düzəliş edilmişdir. X9 İdarəsinin Gədəbəy Rayon X2 direktoru tərəfindən *2 oktyabr 2*23-cü il tarixli məktubla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X9 İdarəsinə müraciət olunaraq, Gədəbəy Rayon X2 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinin baş kitabxanaçısı İddiaçı əmək müqaviləsinin müddətinin uzadılmasına və ya müddətsiz edilməsinə münasibət bildirilməsi xahiş olunmuş, məktubun üzərinə əmək müqaviləsinə xitam verilməsi haqqında qeyd edilmişdir. Bundan sonra X9 İdarəsinin Gədəbəy Rayon X2 direktorunun iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında *3 oktyabr 2*23-cü il tarixli əmri ilə əmək müqaviləsinin müddətinin bitdiyi nəzərə alınmış, iddiaçı *3 oktyabr 2*23-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş, əmək müqaviləsinə xitam verilmiş, son haqq-hesabın hesablanıb ödənilməsi əmr edilmişdir. Həmin əmr əsassızdır və ləğv edilməlidir. İddiaçı X13 İdarəsinin *4 aprel 2*22-ci il tarixli əmri ilə *4 aprel 2*22-ci il tarixdən X13 İdarəsi Gədəbəy Rayon X2 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə müddətsiz təyin edilmişdir. İddiaçı *4 aprel 2*22-ci il tarixdən baş kitabxanaçı vəzifəsində çalışmasına baxmayaraq, bu barədə işəgötürən X1* hər hansı bir qeyd aparmamış, onunla bağlanılmış *4 aprel 2*22-cı ıl tarixli əmək müqaviləsini Sistemə əlavə etməmişdir. Bunun əvəzində işəgötürən tərəfindən iddiaçının əmək fəaliyyətilə bağlı X1* 3*.*9.2*22-ci il tarixli əmək müqaviləsinin olması barədə məlumat yerləşdirilmişdir. Məlumata əsasən müqavilənin qüvvədən düşmə tarixi kimi 2*23-cü ilin oktryab ayı göstərilmişdir. Lakin belə bir müqavilə olduğu halda, iddiaçı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X9 İdarəsi Gədəbəy Rayon X2 direktoru Azər Abdullayev arasında bağlanmış *3.1*.2*22-ci il tarixli əmək müqaviləsinə əsasən Gədəbəy Rayon Mərkəzləşdirilmiş X4 və kitabişləmə şöbəsində kitabxanaçı-biblioqraf vəzifəsinə əsas iş yeri kimi işə qəbu olunmuşdur. Əmək müqaviləsi 1 İl 1 gün müddətinə, yəni *3.1*.2*22-ci il tarixdən *3.1*.2*23-cü il tarixədək bağlanmışdır. Göründüyü kimi işəgötürənlə iddiaçının 3*.*9.2*22-ci il tarixdə bağladığı müqavilə sonradan dəyişdirilərək iki formada tərtib olunmuşdur: həm 1 il 1 gün müddətinə, həm də 6 ay müddətinə, buna baxmayaraq sözügedən müqavilənin müddəti X1* 1* ay 15 gün qeyd olunmuşdur. İddiaçı ilə bağlanılmış 3*.*9.2*22-ci il tarixli əmək müqaviləsi 15.*8.2*23-cü il tarixədək qüvvədə olmasına baxmayaraq, barəsində əmək müqaviləsinin müddətinin uzadılması haqqında *3 aprel 2*23-cü il tarixli əmr verilmiş və əmək müqaviləsinin müddəti 6 ay uzadılmışdır.X7 müəyyən olunur ki, iddiaçı ilə işəğötürən arasında 1 ay 17 gün müddətinə 16.*8.2*23-cü il tarixli əmək müqaviləsi mövcud olmuşdur. Belə bir müqavilənin mövcudluğundan iddiaçının xəbəri olmamışdır. İşəgötürən öz səlahiyyətlərini əmək qanunvericiliyinin tələblərinə uyğun formada həyata keçirməmiş, qanunvericilikdə hər hansı müddəa olmadan onunla bağlanmış əmək müqaviləsinin müddətinin artırılmasına istəyi olduğu halda, digər qurumun mövqeyini əsas götürərək, iddiaçının bu istəyini həyata keçirməmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X9 İdarəsi Gədəbəy Rayon X2 əmək müqaviləsinə xitam verilməsi haqqında *3 oktyabr 2*23-cü il tarixli əmri poçt vasitəsilə iddiaçıya 13.11.2*23-cü il tarixdə təqdim edilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X9 İdarəsi Gədəbəy Rayon X6 nümayəndəsi direktor X12 məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, X13 İdarəsinin rəisi Azər Rəcəbovun *4 aprel 2*22-ci il tarixli əmri ilə iddiaçı X13 İdarəsinin Gədəbəy Rayon X2 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilmişdir. Lakin bu əmr əsasında iddiaçı ilə heç bir müqavilə bağlanılmamışdır. Azər Rəcəbov həmin əmri vəzifə səlahiyyətlərindən sui istifadə etməklə vermiş, bu və digər qanun pozuntularına görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bu və daha bir neçə əmr Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozulması, əmək müqavilələrinin gücləndirilmiş elektron imza ilə əmək müqavilələrinin elektron qeydiyyat sisteminə daxil edilmədən, əmrlərin verilməsi üçün hüquqi əsas olmadan, təyinatı nazirliklə razılaşdırılması nəzərdə tutulmuş vəzifələrlə əlaqədar belə razılıq olmadan verildiyi üçün Azərbaycan Respublikası Mədəniyyət X19 25 avqust 2*22-ci il tarixli əmrilə ləğv edilmişdir. Bundan sonra barələrində əmr verilmiş şəxslərin işsiz qalmamaları üçün X13 İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Nurəddin Mehdiyevin 3* sentyabr 2*22-ci il tarixli əmri ilə iddiaçı ilə 6 ay müddətinə, yəni, *2 aprel 2*23-cü il tarixə qədər əmək müqaviləsi bağlanılmışdır. Halbuki, iddiaçının müvafiq ixtisası olmamışdır. İddiaçının təqdim etdiyi sertifikat isə nazirlik tərəfindən hüquqi əhəmiyyəti olan sertifikat kimi qəbul edilməmişdir. Həmin müqavilənin müddəti bitdikdən sonra Gədəbəy Rayon X6 direktorunun *3 aprel 2*23-cü il tarixli əmrilə əmək müqaviləsinin müddəti daha 6 ay, yəni, *3 aprel 2*23-cü il tarixdən *3 oktyabr 2*23-cü il tarixdədək uzadılmışdır. Bu müqavilələrin hər iksi həm iddiaçı, həm də cavabdeh tərəfindən imzalanmış, yəni, tərəflər müqavilə şərtləri və öhdəlikləri barədə məlumatlı olmuş, iddiaçının bu barədə müvafiq ərizələri olmuşdur. Bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq, Gədəbəy Rayon X6in direktorunun *3 oktyabr 2*23-cü il tarixli əmrilə əmək müqaviləsinin müddəti bitdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən iddiaçı ilə əmək müqaviləsinə xitam verilmiş, o, işdən azad edilmiş, onunla son haqq-hesab aparılmışdır. İddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən heç biq qanun pozuntusuna yol verilməmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 1*6.1-nin maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur və bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X13 İdarəsinin rəisi Azər Rəcəbovun *4 aprel 2*22-ci il tarixli Əmrinin surətindən görünür ki, İddiaçı X13 İdarəsinin Gədəbəy Rayon X2 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilmişdir. İşdə olan Azırbaycan Respublikası Mədəniyyət X19 25 avqust 2*22-ci il tarixli Əmrinin surətindən görünür ki, X13 İdarəsinin rəisi Azər Rəcəbovun *4 aprel 2*22-ci il tarixli İddiaçı X13 İdarəsinin Gədəbəy Rayon X2 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilməsi haqqında Əmri qanunsuz olduğuna görə ləğv edilmişdir. İşdə olan X13 İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Nurəddin Mehdiyevin 3* sentyabr 2*22-cü il tarixli Əmrinin surətindən görünür ki, İddiaçı *3 oktyabr 2*22-ci il tarixdən 6 ay müddətinə Gədəbəy Rayon X2 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilmişdir. İşdə olan 3* sentyabr 2*22-cü il tarixli Əmək Müqaviləsinin surətindən görünür ki, iddiaçı ilə işəgötürən arasında *3 oktyabr 2*22-ci il tarixdən *2 aprel 2*23-cü il tarixdək 6 ay müddətinə bağlanılmışdır. İşdə olan Gədəbəy Rayon X2 direktoru Azər Abdullayevin *3 aprel 2*23-cü il tarixli Əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin müddəti *3 aprel 2*23-cü il tarixdən *3 oktyabr 2*23-cü il tarixdək 6 ay müddətinə uzadılmışdır. İşdə olan *3 aprel 2*23-cü il tarixli Əmək Müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin müddəti *3 oktyabr 2*22-ci il tarixdən *3 oktyabr 2*23-cü il tarixdək 1 il 1 gün müddətinə uzadılmışdır. İşdə olan Gədəbəy Rayon X2 direktoru Azər Abdullayevin *3 oktyabr 2*23-cü il tarixli Əmrinin surətindən görünür ki, İddiaçı onunla bağlanılmış əmək müqaviləsinin müddəti bitdiyi nəzərə alınmaqla *3 oktyabr 2*23-cü il tarixdən tuttduğu vəzifədən azad edilmiş, əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan X11 Edilməsi ilə X2* Bildirşinin surətindən görünür ki, İddiaçı ilə 3* sentyabr 2*22-ci il tarixdə əmək müqaviləsi bağlanılmış, işə başlama vaxtı kimi *3 oktyabr 2*22-ci il tarix, müqavilənin bitmə tarixi kimi *3 oktyabr 2*23-cü il tarix gösətərilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf юz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə юz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və iş üzrə sübutları araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin dördüncü bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin X1* qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsasında əmək müqaviləsinə xitam verilə bilər. Məcəllənin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X13 İdarəsinin rəisi Azər Rəcəbovun *4 aprel 2*22-ci il tarixli əmri ilə iddiaçı X13 İdarəsinin Gədəbəy Rayon X2 Komplektləşdirmə və Kitabişləmə Şöbəsinə baş kitabxanaçı vəzifəsinə təyin edilmişdir. Lakin bu əmr əsasında iddiaçı ilə müddətsiz və ya müddətli əmək müqaviləsi bağlanılmamışdır. Həmin əmr Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozulması, əmək müqavilələrinin gücləndirilmiş elektron imza ilə əmək müqavilələrinin elektron qeydiyyat sisteminə daxil edilmədən, əmrlərin verilməsi üçün hüquqi əsas olmadan, təyinatı nazirliklə razılaşdırılması nəzərdə tutulmuş vəzifələrlə əlaqədar belə razılıq olmadan verildiyi üçün Azərbaycan Respublikası Mədəniyyət X19 25 avqust 2*22-ci il tarixli əmrilə ləğv edilmiş, Azər Rəcəbov vəzifə səlahiyyətlərindən sui istifadə və digər qanun pozuntularına görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bundan sonra X13 İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Nurəddin Mehdiyevin 3* sentyabr 2*22-ci il tarixli əmri ilə iddiaçı ilə 6 ay müddətinə, yəni, *3 oktyabr 2*22-ci il tarixdən *2 aprel 2*23-cü il tarixə qədər əmək müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin müddəti bitdikdən sonra Gədəbəy Rayon X6 direktorunun *3 aprel 2*23-cü il tarixli əmrilə əmək müqaviləsinin müddəti 1 il 1 gün, yəni, *3 oktyabr 2*22-ci il tarixdən *3 oktyabr 2*23-cü il tarixdədək uzadılmışdır. Bu müqavilələrin hər iksi həm iddiaçı, həm də cavabdeh tərəfindən imzalanmış, yəni, tərəflər müqavilə şərtləri və öhdəlikləri barədə məlumatlı olmuşlar. Bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq, Gədəbəy Rayon X6in direktorunun *3 oktyabr 2*23-cü il tarixli əmrilə əmək müqaviləsinin müddəti bitdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən iddiaçı ilə əmək müqaviləsinə xitam verilmiş, o, işdən azad edilmiş, onunla son haqq-hesab aparılmışdır. İddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən heç biq qanun pozuntusuna yol verilməmiş, müqavilə şərtləri pozulmamışdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Rеspublikası MPMnin 216-22* və 36*-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayоn Məhkəməsi vasitəsi ilə Gəncə Apеllyasiya Məhkəməsinə apеllyasiya şikayəti vеrilə bilər. Sədrlik еdən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-253/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-253/2024
21.02.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver